1 kq arıqlamaq üçün

Müəllif: Angela7
Şərhlər:
Baxılıb: 1096
Paylaş:
Səs ver:
(səs: 1)
Təmiz havada cəld yerimək arıqlamağın ən asan üsuludur.
 
Publika.az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində, cəld yürüməklə saatda orta hesabla 400-420 kalori, 2 saatda 800 kalori, 4 saatda 1600, 18 saatda isə 7200 kalori yandırmaq mümkün olduğu müəyyənləşdirilib. Yəni, 1 kq arıqlamaq üçün fasiləsiz olaraq 18 saat yürüş etmək lazımdır.
 
Əlbəttə, bura gün ərzində hərəkət edərkən yandırdığımız 200-300 kalorini daxil etməsək, orta hesabla 10-12 saat gəzmək lazım olduğu ortaya çıxır. Yəni, hər gün 1 saat cəld yeriyən adamın ayda 3 kiloya qədər arıqlamaq imkanı var.
 
Yürüməyin faydaları
Yalnız 1 paket kiçik jelibon şirniyyatlarında olan kalorini əritmək üçün futbol meydançası sahəsi qədər dayanmadan qaçmalısınız. Şirniyyat yeyən zaman bu faktı mütləq xatırlayın. Çünki effektli nəticə almaq üçün kaloriyə nəzarət etməlisiniz.
 
Sürətli gəzinti ürək və ağciyər sağlamlığını qorumağın ən yaxşı yoludur. Məsələn, 20-25 dəqiqəlik gəzinti zamanı ürək döyüntüsü 75 faiz ilə 85 faiz arasında olur.
 
Artıq yağların yandırılmasına yardımçı olur.
 
Həzm sistemini yaxşılaşdırır.
 
Yemək istəyinə nəzarət edilməsinə yardımçı olur.
 
Bədənə enerji verir.
 
Stressdən uzaqlaşmağa kömək edir.
 
Qocalma prosesini ləngidir.
 
Qandakı xolesterin səviyyəsini azaldır.
 
Yüksək təzyiqi sabitləşdirir.
 
Şəkər xəstəliyinin qarşısını almağa yardımçı olur.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1096
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv