Ariıqlamaqdan çox kökəlmək istəyən xanımların şərəfinə...

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 2895
Paylaş:
Səs ver:
(səs: 1)

yemək, kökəlmək, üstünlük, verin, şirniyyat, Yeməkdən, yeyin, deyil, qəbul, sonra, əziyyət, artırmaq, idman, edilən, Qəbul, məhsullarına, nəticə, karbohidratın, uğurlu, mürəbbə


Çəkinizi artırmaq üçün idman edin
Bu gün insanlar daha çox artıq çəkidən əziyyət çəkir. Bunun üçün də daima pəhriz axtarışındadırlar. Ancaq zəif olub, heç cür çəkisini artıra bilməyənlər də var. İnsanın kökəlməməsinin bir neçə səbəbi var. Əgər insanın istifadə etdiyi enerji, qazandığından çoxdursa, əgər siqaret çəkirs,ə (yeməklərin dadını və qoxusunu ala bilmir nəticədə iştahsızlıq yaranır), əgər bağırsaqlarında qurd varsa, stress, depresiya, xəstəlikdən əziyyət çəkirsə kökəlmək çətinləşir. İştahsızlıq yarandığı təqdirə insan ac olsa da beyninə toxluq siqnalları göndərilir. 

Sağlam şəkildə kökəlmək üçün:
Kökəlmək üçün nizamsız qida qəbuluna başlamaq lazım deyil. Bu zaman yalnız qarında şişlik meydana gələcək. 
Hər gün 3 əsas, 3 ara yemək yeyin. Yeməkləri ötürməyin. 
Yeməkdən öncə idman edin, gəzin, qaçın. Bu həm iştahı açır, həm də sağlam kökəlməyə kömək edir. 
Süd və süd məhsulları, ət və ət məhsullarına üstünlük verin. 
Qəbul edilən karbohidratın miqdarını artırın. 
Südə bal, bəkməz, mürəbbə əlavə edərək için. 
İİçkiləri yemək zamanı deyil, qida qəbulundan ya 30 dəqiqə öncə, ya da sonra için. 
Təzə meyvə sularına üstünlük verin.
Yatmamışdan öncə yemək, şirniyyat yeyə bilərsiniz. 
Yeməkdən sonra şirniyyat qəbul edin. 
Fındıq, fıstıq, badam, qoz və sairə yeyin. 
Hər gün yumurta qəbul edin. 
Əridilmiş yağ əvəzinə duru yağlara üstünlük verin. 
Unutmayın ki, kökəlmək xatirinə çox yağlı yemək yeməyin. Çünki yağ ilə artan çəki sağlamlıq üçün ziyandır. 
Qeyd edək ki, ayda iki kq çəki artırmaq uğurlu nəticə hesab edilir.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 2895
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv