“Səhər və ya axşam yeməyindən vaz keçməlidirlər. Həyat tərzinə özləri qərar verə bilərlər. Yeməyi ya səhər-günorta, ya da günorta-axşam yemək lazımdır. Yatmazdan ən az 3 saat öncə yeyib-içməyi dayandırmaq vacibdir”.
Axşam saat 6-dan sonra yemək adamı niyə kökəldir? Axşam saat 6-dan sonra yeməməklə arıqlamaq olar. Amma bəzən bu prinsip gözlənilən nəticəni vermir. Çünki insanların həyat tərzi və orqanizmin bioritmi müxtəlifdir. Bu sistemi yuxudan tez oyanan insanların orqanizmi daha yaxşı qəbul edir. Belə insanlar yuxudan səhər 6-da oyanıb, günlərini aktiv keçirib, 18:00-da şam edib, 1-2 saatdan sonra yatırlar. Beləcə, orqanizm aktiv işləyib, gün ərzində qəbul olunan qidanı rahat həzm edir. Gec yatıb, gec oyanan insan ücünsə bu sistem işə yaramır.
Gec yatan insanın rejimi:
-O, səhər idmanını sevmir. İdmandan sonra özünü yorğun və halsız hiss edir.
-Səhərlər iştahası olmur. Amma buna baxmayaraq, səhər doyunca yeyib, işə yollanır. Çünki düşünür ki, onsuz da axşam yeməyəcək.
-Arıqlamaq üçün pəhriz saxlayır. Amma pəhrizin ilk yeməyi doyumlu olur.
Bu cür qidalanmaq arıqlamağa kömək etməklə yanaşı, bir çox xəstəliyin qarşısını da alır.