SƏHƏRLƏR GÜNƏŞ ŞÜASI QƏBUL ETSƏNİZ… – TÖVSİYƏ

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 1 658
Səs ver:
(səs: 0)
Mövsüm dəyişməsi nəticəsində bioloji saatın pozulması ilə əlaqədar yaşanan depressiyanın çarəsi tapılıb: səhər günəşi

Hava açıq və günəşli ikən şən, tutqun və buludlu ikən cansız olan melanxolik insanlarda bunun səbəbi bioloji saatdakı axsamalardır.

Yaşanan depressiya əzələ və baş ağrıları, qəbzlik, bulantı kimi şikayətlərə səbəb olur. Mütəxəssislər deyir ki, bu şikayətlər bir həftədən çox davam edirsə, “fəsildəndir”, – deyib keçmək yox, həkimə müraciət etmək lazımdır.

Yetərsiz günəş şüası qəbul etmədiyi üçün beyin kimyəvi maddələrin ziyanına məruz qalır və depressiyaya açıq vəziyyətdə olur. Buna görə səhərlər yarım saat günəş şüası qəbul etmək yaşanan depressiya və halsızlığın qarşısını alar.

Qadınlarda bu mövsümdə depressiyaya yaxalanma riski kişilərdən iki dəfə daha yüksəkdir.

Mövsüm depressiyasında diqqətini toplaya bilməyən və unutqan olan insanın işdə məhsuldarlığı azalır. İstəksizlik və edə bilməyəcəyini düşünməsi ilə məsuliyyətində axsamalar olur. Günəş şüasından faydalanmaqla yanaşı yetərincə yatmaq, vitamin qəbul etmək, müntəzəm yüngül idman etmək insana kömək edəcək.

Yuxuya getmək üçün spirtli içki içmək yanlışdır. Spirt bir zəhərdir və çox içilməsi başda depressiya olmaqla bir çox ruhi pozuntulara yol açır. Depressiya – duyğu, düşüncə, davranış və bədənə təsir edən bir xəstəlikdir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 658
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri