İlham pərimizi harda axtaraq?

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 1 791
Səs ver:
(səs: 0)
Yaradıcılıq böhranı hər birimizin qapısını bir gün döyür. Həmin günlərdə ilham pərisinə ehtiyacımız olur, o isə gəlmir ki, gəlmir. Qadinla.com onu harada axtara biləcəyimizi bilir:

Onu təbiətdə axtarın:
Gəzintiyə çıxın və zaman anlayışını itirin. Özünüzlə kameranı götürün və gözünüzə gözəl və maraqlı görünən hər bir anı ölümsüzləşdirin.
Təbiət haqqında verilişlərə baxın və ya təbiət səslərini dinləyin. Gözlərinizi bağlayın və dərindən nəfəs alın. Özünüzü meşədə, çəmənliklərdə, okeanlarda hiss edin.
Təmiz havada idman edin.

Onu internetdə axtarın:
İdeyalarla bol olan TED mühazirələrini izləyin.
Digər insanların təcrübələrini əks etdirən ilhamlandırıcı məqalələr oxuyun.

Onu yeni imkanlarda axtarın:
Alınmayacağından qorxduğunuz üçün heç vaxt məşğul olmadığını şeylərlə məşğul olun.
Kiməsə yeni bir şeylər öyrədin.
Həyatınız boyu etmək istədiyiniz şeylərin siyahısını yaradın.

Onu insanlarda axtarın:
Yaxınlarınızdan aldıqları mühim həyat dərsləri haqqında soruşun.
Böyük uğurlar əldə etmiş məşhurların həyat hekayəsini oxuyun.
Ruhunuza toxunan musiqiyə qulaq asın. Bəstəkarın bu musiqini yaradarkən nələr hiss etdiyini düşünün. Eyni şeyi film və kitablarda yoxlayın.
Uşaqlarla vaxt keçirin. Onların səmimi gülüşlərindən enerji alın. Dostlarınız və sevdiklərinizi ziyarət etməyi də unutmayın.

Onu özünüzdə axtarın:
Həyatınızı dəyişdirə biləcək vərdişlərə yiyələnin.
Özünüzə zövq verməkdən başqa heç nə etməyəcəyiniz bir gün ayırın.
Gündəlik aparmağa başlayın. Onu zaman-zaman oxuyun. Daha öncə diqqət etmədiyiniz şeylərə rast gələcəksiniz.
Uşaq ikən sevdiyiniz məşğuliyyətləri yadınıza salın və onları yenidən edin.
Hər kəsin güclü tərəfləri var. Sadəcə onlar üzərində işləmək gərəkdir. Bunu unutmayın.

İlham pərisi baxdığınız hər yerdədir: baxışlarda, göydələnlərdə, ağaclarda, küləyin səsində və sükütda. Onu sadəcə görməyə çalışın.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 791
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri