İndi motivasiyaya ehtiyacın var? Bunu oxu!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 309
Paylaş:
Səs ver:
(səs: 1)
Bilmirəm sizdə necədir, ancaq mən özüm özümü daha yaxşı motivasiya edirəm. Bunun üçün nə edirəm? Müxtəlif filmlər izləyirəm, sitatlar oxuyuram və ya beynimdə olan hər hansı bir şeyləri özümə qəbul etdirirəm. Bəzi sitatlar var ki, oxumağınız lazımdır. Niyə? Çünki bunlar sizi hər zaman yüksək əhval ruhiyyədə saxlamağa kömək ola bilər.

Üzgün ol və ya motivasiyalı! Görürsən? Necə olacağına özün qərar verirsən!

Çox insanlar deyir ki, motivasiya həmişəlik deyil. Düzdür! Ancaq çimmək də həmişəlik deyil, ona görə də hər gün yuyunmağımız lazım olduğunu bilirik!

Bir gün düşündüm: Əgər bu yolu gedərkən, arxamda məni dəstəkləyən kimsə olsaydı, o zaman daha başqa yerlərə gedib çıxardım. Olmadı, mən də özümün bacardığı kimi etdim, çox daha xoşbəxt biri oldum!

Hə, elə bilirdiniz elə motivasiya üçün sitat oxumağınız kifayətdir? Elə deyil! Çox fərqli bir şey deyəcəm. Həyatınızda dəyişikliklər edin! Bir psixoloq kimi danışıram, bilirəm, ancaq deyiləm… Əslində məsləhət verməyin də çox asan bir şey olduğunu düşünürəm. Yenə də sizlərə özümün edib, xeyrini gördüyüm bir neçə ipucu verəcəm.

İstəyim odur ki, planetdə hər kəs xoşbəxt olsun. Düşünürəm, hamının xoşbəxt olmağa haqqı var. Belə olduqda, əminəm ki, dünyadakı pisliklər azalacaq. Hər kəs o qədər xoşbəxt olsun ki, ayaqları beş qarış havada olsun, başları da ancaq özlərinə qarışsın!

İndi keçək əsas məsələyə! Bunlar elə də fərqli ipucları deyil, ancaq ümid edirəm, oxuyub əməl edərsiniz. Xeyrini görəcəyinizi düşünürəm.

Sadəcə başla!

Bəzən bir şeyləri etmək üçün motivasiyamızın yüksək olacağı dövrü gözləyirik. Məsələn: 1) bugün də yeyim, sabahdan pəhrizi edərəm; 2) Bugün də bu filmi izləyim, sabahdan işlərimi görərəm; 3) Bugün də dincəlim, sabahdan aylardır ertələdiyim kursuma başlayaram…

Bunlar sizlərə də tanış gəlir? Hamısını özüm də etmişəm. Ona görə misalları onlar üzərindən çəkdim. Həqiqətən də gözləməyin! Sadəcə başlayın. Motivasiya başlayandan sonra, nəticə görəndə gələcək. Daha sonra sizə daha da əyləncəli olacaq. Ona görə də bütün yarımçıq işlərinə bugün başla!

Kiçik şeylərdən başla!

Bir şeyləri etmək istəyirsən, ancaq bu gözünü qorxudur… O zaman kiçik şeylər tap və bunlarla başla! Məsələn, bilikli bir mühəndis olmaq istəyirsən. Bunun üçün böyük bir proyektə başlamalısan. Ancaq bu səni qorxudur. O zaman kiçik bir şey et- bildiyin hər hansı bir mühəndisliklə bağlı fənni kiməsə öyrət. Öyrətdiyin zaman öyrənəcəksən, öyrətdiyin insanın bir şeyləri öyrəndiyini görəndə isə özünlə fəxr edəcəksən, özünə güvənəcəksən! Həəəə, indi böyük işləri də etməyə hazırsan!

Ətrafını sev!

Ətrafını heç izləmisən? Əlbəttə xoş olmayan şeylər də olur. Ancaq müsbətlikləri görməmisən hec? Ətrafındakı insanları, ağacları, heyvanları izlə! Məsələn, işə gələndə qarşıma bir ata və qızı çıxmışdı. Ata qızının əlindən öpdü və yoluna davam etdi. Çox ürəkisidən səhnə idi… Pişiklər otluqda oynayırlar, çox şəkər görünürlər. Bəs ağacların əzəməti?

Əlbəttə bunlarla bərabər, üzgün üzləri də görürəm. Onlar üçün də üzülürəm, ancaq nə etmək olar? Onlara da bacaracağınız köməkləri edin. Ətrafınıza qarşı duyarlı olsanız, daha xoşbəxt hiss edəcəksiniz.

Özünə qarşı mehriban ol!

Mən bəzən səhv etdikdə özümü çox danlayıram, özümlə mübarizə içində oluram. Bunu da etmək lazımdır ki, bir daha səhv etməmək üçün daha çox çalışasan. Ancaq bu qədərini də etməyin. Keçmişinizə baxın. Əminəm orada qazandığınız uğurları da görəcəksiniz. Uğur dedikdə böyük şeyləri nəzərdə tutmuram. Məsələn, ailənin sevgisi uğurun ola bilər.. və ya hər hansı heyvana sahib çıxmaq. Kiçik şeyləri bəzən uğur saymırıq. Ancaq bunlardır bizi daha çox insan olduğumuzu xatırladan… Ona görə də, özünüzə qarşı hər zaman mehriban olun, arada dincəlin, bütün əksikliklərinizlə özünüzü qəbul edin! Tələbkar da olun, ancaq bütövlükdə özünüzə sahiblənin.

Tənəffüs

İstirahət etməyi unutma. Zövq aldığın şeyləri et və hər zaman asudə vaxtın olsun. Hər gün həyat marafonunda qaçırıq, ancaq əminəm ki, arada nəfəs almağa ehtiyacımız var. Dərin nəfəs alın! Həyat gözəldir. Yaşayın və gülümsəməyi unutmayın!

loading...
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 309
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
maraqli yazi oldu motivasiya insancin yaxsi haldiki daima ruh yuksekliyi olsun
11 fevral 2019 09:58
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
YalniZ-ArZu
ozum ozumu motivasiya etmeyi bacariram. belke de cox xirda bir seylerden mutlu olan birisiyem ondandir, belke de illerin tecrubesidir ki ozumden bashqa meni motivasiya edecek kimse yoxdu, belke uzgunluyumu hec kime deyen deyilem odurki kederimle depressiyamla stressimle tek başina bacariram ondandir. bir sozle artiq motuvasiya menim verdişimdir))
İster qadin ister kişi guclu şexsiyyetdirse onun bele ipuclarina ehtiyaci olmaz. İnsan ozu ozune psixoloji telqinleri edib pozitiv koklene biler her zaman. Yeterki istesin, bedbinliye qapilmaqla hele hec kim hecne qazanmayib.

şerhler ucun tesekkurler qizlar.
10 fevral 2019 14:02
4
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
tatyana
Cox dogru yazılıb,insan özüdü özücün mativasyon,teşekkür Arzum maraqlı oldu oxumaq
10 fevral 2019 12:57
3
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Online
Ahu
Basdan sona qeder oxudum. Ancaq mende musbet aura yaranmadi. Cunki cox cetin donemden kecirem. Gece-gunduz fikirlesirem, fikirlesmekden olurem. Beynimde fikirlesdiyim birce o promlem canlanir istesemde istemesemde. Gozum basqa hec neyi gormur. cetinliyim aradan qalsin,onu yoluna qoymaliyam, ondan sonra heyat menim ucun gozel olacaq.
10 fevral 2019 10:43
2
сени о гедер хеял етдимки, артыг бир хеялсан...
Online
Love Angel
Özünə qarşı mehriban ol!

Mən bəzən səhv etdikdə özümü çox danlayıram, özümlə mübarizə içində oluram. Bunu da etmək lazımdır ki, bir daha səhv etməmək üçün daha çox çalışasan. Ancaq bu qədərini də etməyin. Keçmişinizə baxın. Əminəm orada qazandığınız uğurları da görəcəksiniz. Uğur dedikdə böyük şeyləri nəzərdə tutmuram. Məsələn, ailənin sevgisi uğurun ola bilər.. və ya hər hansı heyvana sahib çıxmaq. Kiçik şeyləri bəzən uğur saymırıq. Ancaq bunlardır bizi daha çox insan olduğumuzu xatırladan… Ona görə də, özünüzə qarşı hər zaman mehriban olun, arada dincəlin, bütün əksikliklərinizlə özünüzü qəbul edin! Tələbkar da olun, ancaq bütövlükdə özünüzə sahiblənin.
Bu fikirlə razıyam. Təşəkkürlər...
10 fevral 2019 10:36
1
Bəzi insanları tanımamaq, bəzilərini isə əvvəlcədən tanımaq istərdim.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
loading...

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri