Psixoloq ayrı, psixiatr ayrı…

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 367
Səs ver:
(səs: 0)
Psixologiya nədir?

Psixologiya – yunanca ruh, ruhi aləm və bilik, öyrənmək, elm sözlərinin birləşməsindən yaranan sözdür. Psixologiya termini evristik baxımdan elmin predmetini dəqiq ifadə edir: psixologiya psixika haqqında elmdir. Psixologiya elminin predmeti mürəkkəb və çoxcəhətlidir. Psixologiya elmi həm də fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir. Psixika fəaliyyət və ünsiyyət prosesində müxtəlif formalarda təzahür edir. Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizmləri haqqında elmdir.

Psixoloq kimdir?

Psixologiya fakültəsi və psixologiya ixtisasından məzun olan şəxslər psixoloq ünvanını qazanırlar. Lakin psixologiya üzrə təhsil alan hər psixoloq konsultasiya aparmaq hüququna malik deyil. Eksperimental psixologiya, sosial psixologiya, inkişaf psixologiyası, məhkəmə psixologiyası psixoloqların ixtisaslaşaraq fəaliyyət göstərə biləcəkləri psixologiya sahələridir. Psixoloq həkim deyil, dərman yazmır. Psixoloq nə psixiatr, nə də parapsixoloqdur. Psixoloq – sağlam insanlarla işləyən, onlara düşdükləri çətin situasiya və qarşılaşdıqları problem kimi görünən hadisələrdə özlərini necə aparacaqlarına dair məsləhət verən mütəxəssisdir.

Klinik psixoloq psixologiya üzrə təhsil aldıqdan sonra klinik psixologiya sahəsində magistr dərəcəsini bitirmiş mütəxəssisdir. Diaqnoz qoymaq və terapiya aparmaq bacarığına malikdir. Klinik psixoloq psixi xəstəlikləri olan insanlarla psixoloji məşğələlər və ixtisaslaşdığı sahədə psixiatr təyinatı ilə neyropsixoloji qiymətləndirməni həyata keçirir.

Psixoloji narahatlıqların bir çoxu dərman dəstəyi olmadan, konsultasiya vasitəsilə aradan qaldırılan problemlərdir. Bir çox araşdırmalar bəzi terapiya üsullarının farmakoterapiyadan daha təsirli olduğunu sübut edib. Bəzi psixoloji narahatlıqlar qısamüddətli, bəziləri isə daha uzunmüddətli seansları zəruri edir. Bu müddət problemin yaranmasına gətirib çıxaran səbəblər, problemin dərinliyi, dərəcəsi, başlanğıc zamanı kimi faktorlardan asılıdır.

Problemin dərəcəsi çox olduğu və terapiyaya təsir göstərdiyi halda, medikamentoz, yəni dərman terapiyasından istifadə olunur. Dərman, sadəcə, dəstəkləyici rol oynayır, müalicə etməkdən daha çox simptomları azaltmaq və psixoloji vəziyyəti korreksiya etməyə kömək edir.

Bəzi psixoloji problemlər bioloji səbəbdən qaynaqlanır, buna görə də dərman terapiyasına ehtiyac duyulur. Lakin psixoloji səbəblərdən qaynaqlanan problemin terapiyasında dərman heç bir rol oynamır. Psixoterapiya vasitəsilə problemləri həll etmək, səbəb olan faktorların fərqinə vararaq onları dəyişmək öyrədilir.

Psixoloji narahatlıq yaşadığını düşünən şəxs öncə psixoterapevtə müraciət etməlidir. Bu şəxs klinik psixoloq və ya psixoterapiya təlimlərindən keçmiş psixoloq da ola bilər. Dəyərləndirmə zamanı dərman terapiyasına ehtiyac duyularsa, bu zaman mütəxəssis pasienti psixiatra yönləndirir.

Bir çox psixoloq təhsilini müxtəlif psixoloji istiqamətlər üzərində davam etdirir – psixoanaliz, geştalt terapiya, NLP və s. İxtisaslaşmış psixoloqlar çalışdıqları istiqamətdə böyük praktik təcrübəyə malik olduqları üçün pasiyentin probleminin həllində daha məhsuldar olurlar.


Psixiatriya nədir

Psixiatriya – almanca və latınca sözlərin birləşməsindən yaranmış sözdür. Psixiatriya kliniki tibb bölməsidir. Ruhi xəstəliklərin öyrənilməsi və müalicəsi ilə məşğuldur. İnsanın davranış dinamikalarını biopsikososial olaraq açıqlamaq üzərində çalışan və normal ilə normaldan kənar (xəstəlik) davranışları təsnif edərək müalicə etməyə çalışan tibb elmi və ruh həkimlikdir.

Psixiatr kimdir?

Azərbaycan qanunvericiliyinə görə, psixiatrlar müvafiq 6 illik tibb təhsilindən sonra xüsusi imtahan verərək, əlavə 2 illik rezidentura təhsili alaraq bu ixtisasa yiyələnə bilirlər. İnkişaf etmiş ölkələrdə 4 və ya 6 il psixiatriya üzrə əlavə təhsil aldıqdan sonra psixiatr ixtisası alınır.

Psixiatrlar psixi problemlərin kökünün beyindəki fiziki, hormonal (serotonin, dofamin, adrenalin və s.) dəyişikliklərlə bağlı olduğuna əsaslanaraq, problemi dərmanlar təyin etməklə həll edirlər. Psixiatr psixi və sosial faktorları nəzərə alaraq, müalicə planını fərdin ehtiyacına görə təyin edir, eyni zamanda dərmanla müalicəni həyata keçirir. Psixiatr tibb təhsili aldığı üçün farmakoterapiya aparmaq hüququna malikdir. Hər psixiatr, psixoterapevt deyil. Psixiatr psixoterapiya aparmaq üçün lazımı təhsili almalı və superviziyalarda iştirak etməlidir.

Psixoterapevt kimdir?

Psixoterapiya müalicə metodudur. Bu işi həyat keçirən şəxs isə psixoterapevtdir. Bu işi xüsusi kurslar keçdikdən sonra həm psixiatrın özü, həm də psixoloq həyat keçirə bilər. Hər psixoloq psixoterapevt deyil. Müəyyən əlavə təhsillə psixoterapevtik texnikalara yiyələnmiş, eyni zamanda bunların tətbiqini aparıb, uyğun nəticələr əldə etmiş şəxslər psixoterapevt sayılır.

(səs: 0)
Şərhlər: 8
Baxılıb: 367
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
maraqli bilgi oldu
23 aprel 2019 10:19
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Online
YalniZ-ArZu
Sitat: LuNa
. Bizim millet baş ağrısına ayaq hekimine ayağı ağrıyan da öd hekimine gediller hec bir netice de olmur 24

öd həkiminə getmək qəti qadağandı bizdə...gedən kimi ödüvü kəsirlər vururlar qoltuğuva ki, apar, lazımsız orqandı))))
21 aprel 2019 20:07
7
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
BakılıQız
Cox sukur bunlari ayird ede bilirem. Psixoloq yaninda olmusam. Adama musbet tesir edir ureyini basa dusene bosaltmaq
21 aprel 2019 20:05
6
Гулмек бир вирусдур, гулумсейин 30
Offline
BARBI
Ayri ayri peseledi.Biri depresiyaya dusen insanlar ucundu digeri ise ruhi xesteliyi olan sexsler ucundu
21 aprel 2019 14:04
5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
LuNa
O gün qonşuyla söhbet edirik , qonşu qadın deyir ki qızında baş gicellenme ve boyun arxasında ağrı var , flankes deyib ki flan yerde yaxşı börek hekimi var uşağını ora apar Mende deyirem senin ağılın budu ya mezelenirsen 11-yaşlı uşağın böyrek hekiminin yanında ne işi var uşağını uşaq pediyatırına apar lazım olarsa lazım olan yerlere pediyatır göndersin . Bizim millet baş ağrısına ayaq hekimine ayağı ağrıyan da öd hekimine gediller hec bir netice de olmur 24
21 aprel 2019 12:44
4
Тебя будут осуждать до конца жизни. Поэтому живи как хочешь.✌️
Online
diablo
Sitat: Cema_Axodova
Bizde bezen bu peweleri sehv salirlar adinda deli hekimi qoyublar
21 aprel 2019 11:58
3
Nece izah ede bilmeyeceyim ucun susdugum seyler var
Online
Love Angel
Sitat: Cema_Axodova
Bizde bezen bu peweleri sehv salirlar adinda deli hekimi qoyublar

Deli hekimi? hahahah Baci Allah seni guldursun.
21 aprel 2019 10:57
2
-"Bitti" dediğin anda yeniden başlarmış insan. Başka yerde, başka şekilde, başka hayatlarla. Mutsuz, tedirgin, ama "Yeniden" Ve bitti dediğinde durduğunu zannetdiğin her şey, yeniden yepyeni güzellikler için çarpmaya devam edermiş. Yani nefes alıyorsa insan, "Umut" var demekmiş.
Offline
Cema_Axodova
Bizde bezen bu peweleri sehv salirlar adinda deli hekimi qoyublar
21 aprel 2019 09:25
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri