Evlənərkən doğru insanı seçmək çətin deyil

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 430
Səs ver:
(səs: 0)
Həyatınızın insanını seçərkən xarakterlərin eyniliyi əsas deyil, vacib olan ortaq məqsədlər və hədəflərdir. Boşanmaları araşdıran zaman uyğun olduqlarını düşünən insanların boşanma sayının digərləri ilə eyni olduğu ortaya çıxmışdır.

Evlilikdən nə gözləyirsən və nə etməli olduğunu düşünürsən? Bu sualı özünüzə və qarşı tərəfə vermək lazımdır. Evlilik zamanı xarakter, şəxsin evlilikdən nə gözlədiyi və yaşam fəlsəfəsi daha önəmlidir.

Maddi dəyərlər və xarici görünüş əsas götürülən evlilik uzunömürlü deyildir. Halbuki gerçək gözləntilər əsasında qurulan evlilik daha dözümlüdür və yaranan problemləri özü həll edər.

Gözləntilər evliliyə yüklənən mənanı da müəyyən edir. Bu həm də cütlüklər arasında problemlərin yaranmasına səbəb olan başlıca amillərdəndir, çünki evliliklə bağlı yüksək gözləntiləri olan adamlar bu gözləntilər təmin olmayanda xəyal qırıqlığı yaşayırlar. Buna görə də evlilik uzun yol kimi düşünülməli, həm pis gün, həm də yaxşı günlərin olacağı əvvəldən nəzərə alınmalıdır. İnsanlar gözlənti və məqsədlərinin 70-80 faiz uyğun olduğunu düşünürlərsə evlənmə qərarı ala bilərlər.
“Övladıma yaxşı model (nümunə) ola bilərmi?” sualını verməlidir.

Ətrafdakı hadisələrə eyni, yaxud da bənzər baxış bucağı sərgiləmək mühümdür. Belə deyək mədənilik səviyyələri bir-biriylə uzlaşmalıdır. Bir digər məsələ isə dəyişikliyə açıq olmaqdır. Əgər tərəflərdən biri “mən beləyəm, dəyişmirəm” deyib tərslik edirsə o zaman qarşı tərəf çarəsiz qalar. Amma evlilikdə də “qızıl orta” məsələsi var, yəni tərəflərin hər biri müəyyən şeylərdə güzəştə getsə gözəl olar.

Təhsil səviyyəsi çox önəmlidir. Xüsusilə də kişinin təhsili, bilik səviyyəsi münasibətə çox təsir. Əgər qadın ondan daha yaxşı təhsilə sahib olarsa, kişi öz hakimiyyətini qurmağa çalışar ailədə, yəni özünü bu yolla təsdiq etməyə cəhd edər.

Evliliyə qərar verildiyi zaman ideal yaşdan çox psixoloji yaş önəmlidir. Yaş olaraq fiziki şərtlər uyğundursa, psixoloji olaraq cütlüyün evliliyə hazır olub olmadıqlarına diqqət etmək lazımdır. Bu mövzuda ailə quracaq insanların fikri daha önəmlidir, nəinki valideynlərin.

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 430
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
diablo
Heç kim evlənməmişdən öncə tanimir bir birin gizli olan xarakterlər evlilikdən sonra çixir ortaya o qeder ailələr varki uzun il birlikdə yasayib sonda bosanmaq üz tuturlar bir insani tanimaq üçün onunla birgə yaşamalısan məncə təşəkkür
18 iyun 2019 14:03
4
Perfect
Online
vipbetul
evlilikde doqru insani secmek cetindi eslinde

evlilikde doqru insani secmek cetindi eslinde
17 iyun 2019 11:35
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Evlilikde dogru insani secmek cetindir.O insanla onur surmesen bilmirsen nece oldugunu
16 iyun 2019 23:11
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Love Angel
Mən tanımamış qurulan evliliyə qarşıyam. Ailə həyatı qurularkən məncə ilk növbədə tərəflər bir-birlərini tanımalıdırlar. Tanımamış qurulan evliliklər təəssüf ki, tez sonlanır. Ən əsası qarşındakı insan (kişidirsə) ailəcənab, ailəcanlı, tərbiyəli, qadını sevməli, ona hörmət etməlidir. Əgər, qarşındakı qadındırsa, əxlaqlı, tərbiyəli, mərhəmətli olmalıdır. Şəxsi düşüncəmdir. Tərəflər özlərini evliliyə hazır hiss etdikdən sonra, ailə həyatı qurmalıdır. Çünki, ailə həyatının özü böyük bir məsuliyyətdir. Burda psixoloji yaş da önəmlidir təbii ki. Özlərini psixoloji cəhətdən evliliyə hazır hiss etməlidirlər. Sonra, ailə həyatı qurula bilər məncə. Belə, evlikliklər daha uzunömürlü olar zənnimcə. Təşəkkürlər... 20
16 iyun 2019 22:34
1
'- Kitab ol, hamıya açılma,
Qoy ancaq səni anlayanlar oxusun....!'

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri