Oğlan uşaqlarına niyə üstünlük verilir?: “Ciddi səbəbləri var” - Sosioloq

Şərhlər: 6
Baxılıb: 467
Səs ver:
(səs: 0)
2018-ci ildə Azərbaycanda 751 uşaq övladlığa götürülüb ki, bu da 2017-ci illə müqayisədə 14,4 faiz azdır. Əvvəlki ilə nisbətən övladlığa götürülən oğlanların sayı 13,7 faiz azalaraq 402 nəfər, qızların sayı 15,1 faiz azalaraq 349 nəfər olub. "Bu gün azərbaycanda oğlan uşaqlarına ümumiyyətlə üstünlük verilir”.

Bu barədə sosioloq Cavid İmamoğlu açıqlama verib:

” Nəinki övladlığa götürüləndə hətta dünyaya uşaq gətirəndə belə selektib abortlar var. Qız uşaqlarını abort etdirirlər ki, oğlan uşaqlarına yiyələnsinlər. Gənc ailələr və yaxud da ikinci və üçüncü uşağa sahib olmaq istəyənlər. Oğlan uşaqlarına üstünlük verilməsinin cəmiyyətdə bəlli səbəbləri var. Bu ondan irəli gəlir ki, ailələr düşünürlər ki, oğlan uşaqları gələcəkdə ailənin, nəslin davamçısıdır. Yəni ailəni qoruyandır. Nəsli davam elətdirir, soy adı, ata adını davam elətdirir. Mülkiyət ona məxsus olur, mülkiyəti davam etdirir.”

Sosioloqun sözlərinə görə, valideyinlər düşünürlər ki, oğlan uşağı ailəyə maliyyə dəstəyi edir, yəni pul qazanır. Qızlar isə bunu bacarmır. Ailəyə cavabdehlik daşıya bilir: "Belə absurt fikirlər çox təssüf ki, cəmiyyətimizdə mövcuddur. İllərdir sındırılması mümkün olmayan bir stereotip var.  Dünyaya qız uşağı gəldisə o maddi cəhətdən yük, oğlan isə xeyir kimi baxılır”.

Cavid İmamoğlu qeyd edib ki, Övladlığa verilmə ilə bağlı azalmanın müşahidə olunması övladlığa verilmə ilə bağlı prosedurları qeri şəffaf olması ilə bağlıdır: "Bilirsiniz ki, ötən il prezident fərman verdi. Övladlığa götürülmə ilə bağlı artıq yeni qanunvericilik layihəsi hazırlanır. İyunda artıq əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən bu qanunlayihəsi təqdim olunacaq. Burada  məsələ ondan ibarətdir ki, övladlığa uşaq verilmə prosesi şəffaflaşdırılacaq və elektron qayda da aparılacaq. Bura da sosial işçilərin cəlb olunması ilə uşağın ən yaxşı ən öndə marağı naminə bütün proses təşkil olunacaq. Belə olan halda artıq uşaqların övladlığa verilməsi prosesi artıq bürokratik əngəllərdən azad olacaq. Hərkəs bəlli kretieriyalara cavab verirsə onlar müraciət edib, növbəyə düşüb və sonradan uşaq götürülməsi prosesinə cəlb oluna biləcəklər. Yəni bundan sonra artıq övladlığa görütürülməsi prosesində artım müşahidə olunacaq. Bəli indiki halda proses çox qəliz və çətindir. Buna görə də bu prossesdə azalma müşahidə olunur”. 

Qeyd edək ki,2018-ci ildə əvvəlki illə müqayisədə övladlığa götürülmüş 3 yaşa qədər olan uşaqların sayında 10,5 faiz, 3-5 yaşlı uşaqların sayında 19,2 faiz, 6-10 yaşlı uşaqların sayında 21,0 faiz, 11-17 yaşlı uşaqların sayında isə 11,9 faiz azalma müşahidə olunub və bu yaş qruplarında müvafiq olaraq 376, 139, 132 və 104 uşaq övladlığa götürülüb.Ötən il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 14 uşaq övladlığa götürülüb ki, onların da 4-ü qızdır. 2018-ci ildə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən ləğv edilmiş övladlığa götürülmə barədə qərarların sayı əvvəlki illə müqayisədə 15,5 faiz artaraq 67 olub.

(səs: 0)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BARBI
Her bir vaxtxa bu problem olub.Mehemmed peygemberimiz bosuna demeyib qiz usagi nemetdir.Hec vaxt usaq ayird etmek olmaz.Ovladin yaxsisi pisi olmaz.Esasi imanli olsun.Qiz usagi daim ailenin qaygisina qalir basini ucaldir.Bir cox cehetden ustundur
9 may 2019 03:45
6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
❤Ə❤CANAN❤G❤
Qizi veren Allahima qurban olum.4 ilden sonra mene qiz payi verin Allahim.Her evde olsun bele sirin qizlardan.Oglan evladida hani isdeyir elbetdeki.Ama ayri seckilik qoymaram men.Ne ogul ne qiz ikiside evlatdi caninandi qaninandi..Men hemise deyirem kas İkinci usagim qiz ola..Canan ucun baci ola..3 insallah oglan olar...Allah veren paydir qurban olum her iki payina
7 may 2019 22:13
5
canan qizim sirin seker qizim.
Offline
diablo
Mamam demisken kas o qizdan 5 in vere mene qiz da oglanda eynidi menim fikrimde ferq etmezki yeterki sagliqli xeyirli ovlad olsun.qizlari abort etdirenlere de pis baxiram
7 may 2019 20:59
4
Perfect
Online
Love Angel
Mence bir oglan usagi ucun nece bele qiz usagini feda etmek olmaz. Valisdeynler qizin vaxti gedliyinde yuvadan getdiyini, lakin oglanin nesil davamcisi oldugunu dusunurler, unutmaq olmaz ki, ele o oglan usaqlarini da dunyaya getiren qadindir. Eger oglan usagi ucun qiz abort etdiren varsa, cahildir. Hal-hazirda cemiyyetde buna mecbur edilen qadinlar da var. Mecbur edildiyi ucun ovlad qatili olan analar. Her ne qeder onlara pis baxilsa da, eslinde onlar da mecburudurlar cunki, tehdid edilirler. Yox, ozu oglan istediyi ucun qizi abort etdiren analara cox pis baxiram. Neticede o da senin canindandir. Tewekkurler bacis))
7 may 2019 14:27
3
-"Bitti" dediğin anda yeniden başlarmış insan. Başka yerde, başka şekilde, başka hayatlarla. Mutsuz, tedirgin, ama "Yeniden" Ve bitti dediğinde durduğunu zannetdiğin her şey, yeniden yepyeni güzellikler için çarpmaya devam edermiş. Yani nefes alıyorsa insan, "Umut" var demekmiş.
Offline
Aylin...
Dünyaya qız uşağı gəldisə o maddi cəhətdən yük, oğlan isə xeyir kimi baxılır”.
Bu dövürdə məncə tam tərsinə olur
7 may 2019 09:50
2
hh
Online
vipbetul
maraqli achiqlamadir esas oqul usaqini davamci kimi isdiyir va\lideyinler
7 may 2019 09:39
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri