Başqasının mənfi enerjisindən necə qorunmaq olar?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 407
Səs ver:
(səs: 0)
Ətrafdakı insanların mənfi enerjisindən müdafiə olunmaq böyük bacarıqdır. İradəli insanlar bu işin öhdəsindən daha asan gələ bilir.

Xarakter baxımdan zəif insanlar bir çox hallarda enerji vampirlərinin qurbanına çevrilir və bu vəziyyətdən çıxış yolu tapana qədər çox böyük enerji itirir.

Qadinla.com bu dəfə oxucuları başqalarının neqativ enerjisindən qoruyan üsullarla tanış edib.

Empatiya - başqa insanların emosiyalarını duymaq və hiss etmək qabiliyyətidir. Simpatiya - digər insanlara qarşı sevgi və mərhəmət hissidir.

Empat olmaq başqalarının ağrı və əzablarını udmaq deməkdir və bu, sizə mənfi təsir edə bilər. Əgər otaqda mənfi aurası olan bir insanla ünsiyyət qurmağa məcbur olmusunuzsa, siz onun nə qədər zəhərli enerjisi ola biləcəyini müəyyən edirsiniz. Bioenergetiklər hesab edir ki, ətrafdakı insanların mənfi enerjisini udmamaq böyük mənəvi bacarıqdır.

Özünü yadların mənfi enerjisindən qorumağın 5 üsulu ilə tanış olmağa dəyər:

1. Yadda saxlayın ki, hər kəs üçün faydalı ola bilmərsiniz.

Əgər kimsə sizə şikayətlənirsə, bu adamın xoşuna gəlməyə çalışmayın. Bu, enerjinizi sovuracaq və enerji cəhətdən sizi onun fikirlərindən asılı olmağa məcbur edəcək. Sizi hamı sevə bilməz. İnsanlar yer üzündə müxtəlif məqsədlər üçün yaşayırlar. İlk növbədə özünüzü sevin, bununla sizi başqalarının fikirlərinin təsirindən qoruyan özünümüdafiə divarı yaradacaqsınız. Onu da yadda saxlayın ki, hamını dəyişdirə bilmərsiniz. Bunu həyat missiyası etməyin. Bəzən insanın özünə etdiyi ən böyük yaxşılıq sadəcə başqasının ötürdüyü enerjini udmamaqdır.

2. Həyatınıza buraxdığınız insanları ehtiyatla seçin.

Bədən, ağıl və ətrafınız sizin məbədinizdir. Oraya kimi dəvət edirsiniz? Bu, açıq bir dəvətdir? İnsanlar içəri girməzdən əvvəl çirkli ayaqlarını qəlbinizə silməlidir? Siz buna icazə verirsinizmi və bu, normaldır?

Əgər bir gün kiməsə bir dilim çörək versəniz, o, ertəsi gün sizdən bütöv bir çörək istəyəcək. Bəzi tanışların başqalarına qarşı soyuq və qapalı olduğunu fikirləşə bilərsiniz. Amma onlara hiddətlənməyə dəyməz. Çünki belə adamlar özünə və evinə hörmət edir, odur ki, belə adamların münasibətini sadəcə qəbul etmək lazımdır.

Əliaçıq olmaq əladır, amma çox incə bir hədd var, hansı ki, o həddin tapdalamasına icazə vermək olmaz. Odur ki, "yox" deməyi və bunu adi hal kimi qəbul etməyi öyrənin.

3. Pis adamları vecinizə almayın!

Parazit yaşaması üçün onu qəbul edən sahibinə ehtiyac duyur. Başqa birinə diqqət yetirməklə biz ona enerji ötürürük. Bu zaman sizinlə onun arasında enerji mübadiləsi baş verir. Enerji vampirləri enerji tədarükünü azaltmağa çalışmaqla düşüncələrinizi oğurlamağa çalışacaq. Bəzi insanlar mənfi enerjini sizə tərəf yönləndirməyə çalışacaq, daha sonra növbəti qurbanına doğru addımlayacaq.

Dost nəsihəti münasibətlər üçün lazımdır, amma yenə də elə bir hədd var ki, onu keçməyə heç kimin haqqı yoxdur. Ola bilər ki, hər hansı şəxs istər işlə bağlı, istərsə də ailə həyatında olan problemlərini və ya nailiyyətləri sizinlə bölüşsün. Amma bütün bu duyğular selinə məruz qalmaq həyatınızı yaxşı olmayan istiqamətdə dəyişə bilər. Odur ki, özünüzü sevin və onların şikayətlərini hər zaman dinləməyin. “Səni dinləməyə indi hazır deyiləm” sözünü deməkdən utanmayın. Bu yolla onların sizə ötürməyə çalışdığı neqativ enerjini geri göndərirsiniz.

4. Təbiət qoynunda gəzin.

Təbiəti seyrə çıxın, gəzin, meditasiya ilə məşğul olun və torpağı hiss edin. Təmiz havanı ciyərlərinizə çəkib dənizdən zövq almağa çalışın, fiziki işlə məşğul olun və ya dərindən nəfəs alın. Kəpənək kimi yüngül və sürətlə hərəkət edin.

Düzgün və dərin nəfəs texnikası qan dövranını sürətləndirir və sizi əhatə edən insanların enerjinizi udmasının qarşısını almağa kömək edir. Başınızı dik qaldırıb özünə inamla gəzin və heç kəsə əhval-ruhiyyənizi korlamağa icazə verməyin.

Tırtıl öz ətrafında hər şeyi yeyir, kökəlir və nəticədə hərəkətsiz olur. Uça bilmək üçün o, yüngül olmalıdır.

5. Düşüncə və emosiyaların 100 % məsuliyyətini öz üzərinizə götürün.

Əhval-ruhiyyəniz 100 % özünüzdən asılıdır. Kainat insanları həyatımıza bizi sınamaq üçün göndərir. Yadda saxlayın ki, insanın özünü qəbul etməsi və anlaması başqalarını qəbul etməkdən daha güclüdür.

Qurban deyilsiniz və heç kimin ixtiyarı yoxdur ki, sizin üzərinizdə ağalıq etsin. İmkan verməyin ki, başqaları üzərinizdə hökmranlıq etsin. Düşüncə və emosiyaların sizi narahat edən situasiyalarda özünü necə göstərdiyini təsəvvür edin.

Hər şey səbir səviyyəsindən, əsəb və ya rəhmdən asılıdırsa? Reaksiyalarınızın bütün məsuliyyətini öz üzərinizə götürən kimi özünüzlə daha dərin səviyyədə birləşəcəksiniz.

Odur ki, həyatın istənilən şəraitində özünüz üçün enerji səviyyəsini yüksəldən situasiyalar yaradın. Hər hansı insanla birlikdə özünüzü daha yaxşı hiss edirsiniz? O adam da özünü sizin yanınızda daha rahat hiss edir? Siz parlaq təcrübəyə maliksiniz, odur ki, bunu dərk etmək vaxtıdır.

Özünü ətrafın neqativ enerjisindən qorumaq elmi özünə sevgidən başlayır. Yadda saxlayın ki, siz yalnız sevgi, sülh və xoşbəxtliyə layiqsiniz. İmkan verməyin ki, qəzəb və kin qəlbinizə və ruhunuza ləkə salsın. Unutmayın ki, kiməsə "yox" demək, təbii haldır və energetik vəziyyətinizin müəllifi sizdən başqa heç kim ola bilməz.

Bəs sizin ətarfınızda enerji vampirləri var? Cavabı tapmaq çətin deyil. Enerji vampirləri ilə hər gün hər yerdə rastlaşa bilərik. Əsas odur ki, özünüzü sevin və yuxarıdakı qaydalara əməl etməkdən çəkinməyin.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 407
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BARBI
Pis insanlari vecinize almayin.Onlarin dusuncelerini onemsemeyin
25 avqust 2019 12:24
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
diablo
Hən heç kimi asanlıqla həyatıma buraxmiram.Tanımadigim insanlarla da ünsiyyət qurmağa çalışmıram.Neqativ insanı üzünə baxanda ayird edirəm.Dərdini tökən insanı heç sevmirəm.Çünki səni tanımıram dərdinə niyə şərik oluum?Təşəkkür can əla xəbər idi123
25 avqust 2019 11:11
1
......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri