İnsan psixologiyasında musiqinin nə kimi rolu var? – PSİXOLOQ YAZIR

Şərhlər: 7
Baxılıb: 1899
Səs ver:
(səs: 0)
Musiqi sözu qədim yunan sözü olub (mousike) incəsənət deməkdir. Musiqi nədir sualına çox sayda təriflər vermək olar. Ən primitiv olaraq desek, musiqi, notların harmoniyası nəticəsində yaranan səslərin ritmik melodiyasıdır. Həm hərəkət, həm də hərəkətverici bir qüvvə kimi musiqi fenomeni duyğuların ifadə edildiyi sosial interaksiya vasitəsidir. Hər bir musiqi müəyyən bir duyğunun, hissin ifadəsidir. Musiqinin ifadə etdiyi duyğu hər bir insanda eyni dərəcədə dərk edilib eyni duyğunu yaradırmı? Başqa sözlə desək, şən və ya qəmli olaraq adlandırılan musiqilər onları dinlədikləri zaman hər insanda eyni təsirə malik olurmu? Bu sualların cavabını vermək üçün ilk öncə insan psixologiyasının individuallığını qeyd etmək lazımdır. Eyni bir hadisə qarşısında iki insanın verəcəyi reaksiya, o hadisənin interpretasiyası tamamilə fərqli ola bilər. Bu insanların spesifik xüsusiyyətlərindən və koqnitiv qabiliyyətlərinin fərqli səviyyələrdə olmasından qaynaqlanır. Dinlənilən bir musiqi bir insanda dərhal xoş xatirələrlə assoasiya olunub üzdə gülümsəmə nəticəsində hislərinin təzahürünə çevrilə biləcəyi halda, digər insanda keçmişi ilə bağlı xoşagəlməyən bir hadisəni xatirladaraq dərhal negativ bir mimik ifadənin yaranmasına səbəb olacaqdır. Bu da onu göstərir ki, hər bir musiqi müəyyən bir duyğu ilə yaradıla bilər, ancaq hər insanda yaradacağı duyğu insanın şəxsi psixoloji keyfiyyətlərindən asılıdır. Hər bir insan düşündüyünü hiss edir və hiss etdiyini davranışlarında əks etdirir. Musiqi dinlədikdə yaranan hislər və duyğular əslində musiqinin onda xatırlatdığı hadisə ilə bağlı düşüncələrinin təzahürüdür. Bu fakta əsasən deyə bilərik ki, yaxşı və ya pis musiqilər yoxdur. Sadəcə olaraq o anda hansı hadisələrlə assoasiya olunmağından və insanların o hadisələrə yüklədikləri mənadan asılı olaraq həmin şəxsə əsasən musiqi” yaxsı” və ya” pis “olaraq kateqorizə edilə bilər.

İnsan beynində musiqiyə emosional cavabı verən hissə -duyğuların yarandığı və xatirələr halında yaddaşa dərk edilən amigdaladır. Hər bir insanın musiqiyə emosional cavabı individual xarakter daşıyır. ”Şən musiqi” olaraq adlandırılan hər musiqinin insanda yatdiği emosional vəziyyət enerjik və ya depressiv xarakterli ola bilər. “Şən “və ya “Qəmli “musiqi anlayışı yarisina qədər dolu olan bardağın digər yarısının dolu və ya boş olmasının necə dərk edilməsi kimi xartakterizə edilə bilər.

Musiqilər həm stimulator rolunu oynayaraq insanda spesifik duyğuların yaranmasına , həm də xatırladıcı funksiyasi nəticəsində xatirələrin yenidən canlanmasına səbəb olur. Dinlənilən musiqinin növündən asılı olaraq insanın motivasiyası arta və ya azala bilər.Beləki, arxa fonda çalınan yüksək ritmli musiqilər insanın enerjisini yüksəldərək məsğul olduğu işdə perfonmasının artmasına səbəb olur.Daha çox motivator rolunu oynayır.

Ancaq klassik musiqilər də insanın koqnitiv funksiyalarının artmasında rol oynayır. Uşaqlıqdan dinlənilən klassik musiqilər koqnitiv və motorik qabiliyyətlərin inkişafına müsbət təsir göstərir.

Musiqi insan beynin frontal lobunu aktivləşdirərək dopamin ifrazına və nəticədə məmnunluq halına səbəb olur.Musiqini beynin illeqal dərmanı adlandırmaq olar .

Musiqi insanın eyni zamanda eskapizm halıdır.Yəni, eskapizm halı dedikdə musiqi insanı mövcud gərçəklikdən uzaqlaşdiraraq öz xəyali dünyalarina səyahət etdirir. Bəzən insan gərgin bir işdən sonra və ya stresli bir hadisədən sonra musiqi dinləyərək relaksiya olur. Eskapizm zamanı insan reallığı, mövcud vəziyyəti inkar etmir sadəcə anlıq olaraq özünü bir axına buraxaraq fantaziyalar dünyasına qapılır. Bu insanın öz iradəsinə bağlı olaraq mümkün olur və eyni zamanda stres səviyyəsində azalma müşahidə edilir. Stres səviyyəsinin azadilması və ya idarə edilməsində musiqinin rolu çox böyükdür. Eyni zamanda musiqi sedativ effektə malik olub bəzi psixoloji pozğunluqların, məsələn, depressiyanın, bipolar pozğunluqların müalicəsi zamanı istifadə edilə bilir. Meditasiya və klassik tipli musiqilər daha çox sedativ effektə malik olur.

Musiqi eyni zamanda, kommunikator rolunu oynayan notların dilidir. Emosional və sosial komnukasiyanın qurulmasında ən effektiv üsul həm spesifik duyğuların ifadə edildiyi, həm də birbaşa ötürülə bildiyi notların adekvat düzülüşü olan-musiqidir.

Psixoloq İlahə Novruzova
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1899
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 6407
Xəbər sayı: 0
Cema_Axodova
Musiqileri xasiyyetime uygun dinleyirem esebi olanda hezin, wen olanda rep
18 iyun 2020 11:18
7
p.s
Şərh sayı: 1680
Xəbər sayı: 74
Üzel..
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
17 iyun 2020 23:39
6
- Такая Королева как я,не замечает мелочных соперниц как вы ✌ ✔
Şərh sayı: 799
Xəbər sayı: 0
Fulin
Qulaqcıqla musiqi dinləməyi çox sevirəm.

Təşəkkür⭐
17 iyun 2020 23:23
5
`- Sıkılırsan güneşten,, gece oluruz erkenden..
Şərh sayı: 81240
Xəbər sayı: 30
BARBI
Musiai delisiyem.Her an her deqiqe sevirem.Ister yemek bisirim ister ev yigisdiririm her an musiqi olsun
17 iyun 2020 22:28
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 4981
Xəbər sayı: 48
fiyonik
Açıq və konkret Azərbaycan musiqilərini sevmirəm. Istisnalar ola biler. Çox axmağca eyni tempdə olurlar. Bir mahninin sozune baxirsan hecne kimi bir seydi. Musiqi de dıptıs-dıptıs. Men daha sakin huzur veren musiqiler. Eynile Turklerden cox az miqdarda sevdiyim 2 mugenniden basqa tek-tuk musiqilerdi. 2 dene de qrup. Kpop sevirem. Bts var. Bir de bir nece musiqi var ki, cox optimist enerji verir kpop. Rus musiqileri de cox hezin ve sakitlesdirici havasi var. Musiqi menim dincelmek yerimdi. Sanki bir şatodu ve prensesi de menem . Sakitcilik. Evde hay-kuyden musiqide rahatlig tapiram. Bezen vaxtlar olur ki, qaranligda otaga girib sakitce ya musiqi dinleyerem ya da kitab oxuyaram. Maragli xeberdi. Tesekkurler
17 iyun 2020 21:56
3
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 3787
Xəbər sayı: 109
ÜlSi❤
Musiqi menim ucun yawamdi!
Men ağlayanda bele içimden ,beynimde mahni oxuyuram!
Teşekkürler!
17 iyun 2020 21:51
2
... -'tek kişilik miydi ki bu şehir? Sen gidince bomboş kaldı da...✌❤☀:)
Şərh sayı: 646
Xəbər sayı: 12
_pandam_
Belke çoxuna qeribe gelecek ama men musiqi sevmirem ve dinlemirem. Bezen olur bir musiqi çox xoş melodiyası olur onda ona bezmeden qulaq asaram. Ama sonra oda sıxar meni. Ayda ilde birdefe dinleyirem)
17 iyun 2020 21:39
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri