Uşaqlar niyə intihar edir?

Müəllif: diablo
Şərhlər: 9
Baxılıb: 1296
Səs ver:
(səs: 0)
Səbəbindən asılı olmayaraq bütün ölümlər insana təsir edir. Xüsusən son zamanlarda aldığımız uşaq ölüm xəbərləri, intiharları bizi sarsıdır. Azyaşlılarda intihar hallarına demək olar ki, çox rast gəlmirik. Ölüm haqda fikirlər 10 yaşında formalaşdığı üçün intihar hallarına da adətən bu yaşdan etibarən rast gəlirik. İntihar edən uşaqların əksəriyyətini oğlanlar təşkil edir. Amma intihara cəhd edənlərin çoxu qızlardır. Sadəcə onlarda bu daha çox nümayiş və istəyinə nail olma xarakteri daşıdığı üçün çox vaxt ölümlə nəticələnmir. Ümumiyyətlə, uşaq intiharlarının səbəblərini aşağıdakı kimi sadalaya bilərik:

– ailədə belə bir cəhdin olması (intihar halı)

– ailə üzvlərindən birinin itkisi

– boşanma

– münaqişə

– başqalarını cəzalandırma

– məqsədinə nail olma

– diqqət çəkmə

– günahkarlıq hissi və s.

Uşaqlara ən çox təsir edən ailədə baş verən münaqişə, boşanma, ana-atanın ayılmasıdır. Bəzən uşaq buna mane olmaq üçün intihara cəhd edə bilər. Bundan başqa ailə üzvlərindən kimisə itirən uşaq intihar etməklə ona qovuşacağını düşünür və buna cəhd edir. Ən təhlükəli məqamlardan biri isə ailədə kiminsə intihara cəhd etməsidir. Uşaq bunu nümunə olaraq götürür və ilk ən çətin anında buna əl atır. Bəzən belə bir nümunənin olması yeniyetməlik, hətta yetkinlik dövründə öz təsirini göstərir.

İntihar hallarına ən çox yeniyetməlik dövründə rast gəlirik. Bu dövrdə yeniyetmələrin xarakterində, seçimlərində, fikirlərində ciddi dəyişikliklər nəzərə çarpır. Bu səbəbdən ailələr xüsusi diqqətli olmalıdır. Ailədə baş verən kiçik münaqişə belə yeniyetməni intihara apara bilər. Yeniyetmənin daha əvvəl reaksiya vermədiyi hadisəyə artıq daha kəskin reaksiya verməsi gözlənilən haldır.

Yeniyetmələrin intihar səbəbləri arasında genetik meyllilik, iqtisadi vəizyyət, psixoloji problemlər, ailə üzvləri ilə münaqişə, sevdiyi insanla problemlərin olması, narkotik istifadəsi və s. sadalana bilər.

Onu da qeyd etmək lazımdır ki, daha əvvəlcə intihara cəhd edən şəxslərin əksəriyyəti daha sonra da buna cəhd edir. Bu səbəbdən intihara cəhd edən şəxslər daim nəzarətdə olmalıdır. Çünki onlar buna yenidən cəhd edəcəklər.

Əlavə etmek istədiyim bir məqam da budur ki, bəzən KİV’də verilən intihar xəbərləri həssas insanlara ciddi təsir edir. Onlar kiçik bir problemlə rastlaşdıqda çıxış yolunu intiharda görürlər və buna cəhd edirlər.

Nuriyyə Quliyeva
Peşəkar Psixologiya Mərkəzinin direktoru/ Klinik psixoloq
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 1296
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 546
Xəbər sayı: 285
Lusi
Uşaqlar niyə intihar edir?
Niyə'də etmək istəməsinlər?
Belə bir cəmiyyətdə böyük olmaq çətindi. O ki qala bu cəmiyyətdə bir uşaq olasan. Hər zaman böyüklər özünü haqqlı çıxardır. Uşaqlarına qulaq asmır... Onların nəyə maraq göstərdiklərini belə bilmirlər... Hər sey sonra məhvə doğru gedir. 10 uşaqdan ya da yeniyetmeden 7 sində bu hal baş verir. İnkar ediləsi bir seydə deyil...
Əsas olan bu gün güclü olub, həyatla mübarizə apara bilməkdi ❤ İntihar düşüncəsi belə bir uşağı bir adım böyüdür :) Onun üçün ətrafınızdaki insanları daima nəzarətdə saxlamaq, onların necə olduğu haqqda maraqlanmaq lazımdı. Kiminsə psixologiyasına təsir edəcək sözlər deyib, yazmaq lazım deyil. Olmaz :) Olmamalıdı :) Cəmiyyəti korlamaq lazım deyil. Bu gün sən, sabah mən...
1 iyul 2020 23:37
9
'- Dünya mavidir, tıpkı portakallar gibi ^^
Şərh sayı: 7101
Xəbər sayı: 62
KRALİCEM
Allah uzaq elesin her sey wismetdi allahin yazisi ne deye bilerik seytan heckesin aglin elinden almasin...hamisi seytan emelidi......
28 iyun 2020 10:10
8
sukur verdiklerine
Şərh sayı: 6149
Xəbər sayı: 0
Cema_Axodova
Intihara cehd edenlerin coxu ailesinde etrafinda problem yawayanlardir.bele yawda uwaqlar diqqet merkezinde olmalidilar en cox psixologi problemlerli uwaqlardi
28 iyun 2020 08:33
7
p.s
Şərh sayı: 80576
Xəbər sayı: 30
BARBI
Heqiqetende indi lap coxalan haldir.Undiki zemane usaqlari intihari cixis yolu olaraq gorur.Ona gore usaqlara daim nezaret etmek lazimdi
27 iyun 2020 22:43
6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 273
Xəbər sayı: 0
Qıvırcıq_007
Sizə qəribə gələcəy ama mənim ən çox sevdiyim mövzulardandı - İNTİHAR,,ÖLÜM və bu kimi xəbərlər.İnsanların intihara cəhd etməsinin müxtəlif səbəbləri ola bilər.Ailədə olan problem'lər,valideynlər arasında olan münaqişələr yeniyetmələrə pis təsir edir.Elə həddə çatır ki,yaşanan'lara dözə bilmir çıxış yolunu İntiharda görür.Bəlkə'də valideynlər arasında inam,,güvən ən əsasda hörmət olsa uşaqların yanında bu cür münaqişə'lərə heç ehtiyac olmaz.Nəysəyee,,Anlayanaa...
Bu haqda çox yaza bilərəm.Maraqlı mövzudu.


Təşəkkür'lər Bacıcan❤
27 iyun 2020 22:31
5
Şərh sayı: 4594
Xəbər sayı: 47
fiyonik
Insan qinamadigini yasamadigca olmez. Duz deyil, tebiki. Amma onlarin ne yasadiglarini bir ozleri bir de Allah bilir. Intahar cixis yolu deyil. Cetin sey yasamamisam? Yasamisam. Aglimdan kecib tebiki. Sonra dusunmusem. Her gun olmek isdemisem. Bunu men hiss etmisem. Yalandan baxib qinamagla olunmur bu. Muhitden de cox sey asilidir. Insanin icini acacagi birisi birileri olmagi yaxsidir. Men ozume qapandigim ucun icimi acacagim yegane şexsler virtualdadi. Bunu yeniyetmelikle elaqelendirmek duzgin deyil. Millet yigisdirsin bu yeniyetmelere qarsi ironilerini. Gulmelisi de odu ki, qinayanlarin coxu ozu de yeniyetmedi. Gulmeli gelir. Umumiyyetle, yeniyetmelere qarsi aqresif dusunceler var. Her hereketlerinde sehv gudurler. Artiq bir yeniyetme deyilem. Ve bir cox yasidima ders de kecerem. Egolu deyirsinise deyin. Şou ucun qol cizanlar var,sozsuz. Defelerle gormusem. Amma çetin gunler kecirib, sonda qalib gelenler de var. Men ozume guclu deyecek insanam. Gucluyem. Maragli xeberdi. Saytdaki ergenler baxib netice cixartsa yaxsi olar :)
Tesekkurler
27 iyun 2020 22:24
4
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 80
Xəbər sayı: 0
Shrenu parikh. .
Bu mənə Elina hacıyevanın intharını xatırlatdı oda 14 yaşındaykən inthar etmişdi bəzən valideynləinr uşaqlarda hələ yeniyetməlik dövründə və ya körpəlik dövründə bəzi pisixoloji təsirləri olur bəzi valideynlər elə hesab edirki uşaqları döymək və ya əsəbləşməklə tərbiyə etdiklərini düşünürlər bu belə deyil bəzəndə evdə yaşananlardanda uşaqlar təsirlənir uşaqlara pisixoloji basqınlar olmamalıdır .
Təşəkkür'lər məlumata görə★
27 iyun 2020 22:09
3
Şərh sayı: 309
Xəbər sayı: 0
_samire_
_btsarmy;)_ cox duzgun dedin heqiqeten .......
,Mende de olub ele Hadise ki fikirlesmiwem ki intihar Etsem ne olar? ancaq o deqiqe axlima gelen ilk sey...sen kimsen ki ALLAHIN verdiyi Cana qiyasan!!....
.yeni bunu dusunmek bele bir gunahdi .heqiqetende insan eseblesende duzgun dusune bilmir .bunu insanin beynine Salan seytanin ves-veseleri olur .insan Gerek ALLAHin verdiyi cani sevsin ........
Gulum cox maraqli mövzu idi ellerine sagliq heart
27 iyun 2020 22:07
2
Şərh sayı: 3272
Xəbər sayı: 109
Btsarmy;)
Oooo...günümüzün aktual movzularindandir. Sanki trende duwub...!
Hansi yeniyetme "aglima gelmeyib bele bir cehd" dese inanmaram men! Gelmiyibsede gelecek.
Sebeb? Çünkü.....dusuncesizlik! Yeni yeniyetme vaxti ele bil insanın beyni qan olur. Her uğursuz cehtinde aile ile sert danisir...."özümü oldurecem!" deyir! Qorxur etmeye,ama diqqet çekmek isteyir.
Bezileride yasadiqlari coxxxxx çetin olur,son cixiw yolun intiharda tapir. Ama ne mena? Heyatinin en boyuk günahını edir! Allah verdiyi canı,bende kimdiki ala? Neçe #Elina'lar edib bu hereketi...bilirsiz? İndi belkede coxumuz unutduq Elina ve onun kimileri...biz tekce Elinani..onu ,bunu bilirik! Ama nece bilmediyimiz yeniyetmeler bu seyi edir. Belkede son yolu intiharda görürler. Bilmirem! Ama intiharin bir coxxxxxx sebebi var...!
Xeberdede qeyd olunub. Ama bir soz var eeee "Esebi başda,ağıl olmaz!" bu gün deyirsen intihar edim. Sebr ele yat ,dur. Esebin kececek. Deyeceksen,men nece cılız düşünceli imiwem. İnsanın esebinin kecmesine 1 saatda bes edir. Sadece sebr! Cılız duwunceliler sef tutur adamda,tekce yeniyetmeler yox ESASEN YENİYETMELER deyirem men! Çünkü her seye öz gözümden baxmaga caliwiram. Bir sözle esasen 10-18 yas arası bu dusunceler olur,xeberdede deyldiyi kimi,olum düşüncesi,esasen 10 yasında formalasir...Hec kesı qinamiram,qinayanlari QİNAYİRAM...!!!
Dusune bilmemekdi intihar!
İntihar sözün bitdiyi yerdir!


Teşekkürler bal'im. 123Bele movzular hesssasdi,ama men sevirem fikir bildirmeyi.
27 iyun 2020 21:39
1
-'Cox deyirler!)) "Sevgi nedir?"
"Sevgi kor bir insana goygurwagini basa salmaqdir" //
...✌

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri