Yoruldum", "Gücüm çatmır" deyirsinizsə, mütləq oxuyun

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 2 401
Səs ver:
(səs: 0)
Case Western Reserve Universitetinin (ABŞ) alimləri bədənimizdə hər hansı bir xəsarət və qazanılmış xəstəliklərə qarşı "zədələrin bərpası" prosesini aktivləşdirmək üçün bir çıxış yolu tapıblar.
Məlum olub ki, bu yol qlikoliz - qlükozanın enerjiyə çevrilməsi prosesi ilə sıx bağlıdır.

Xəsarət aldığımız zaman bədən enerji istehsalı üçün lazım olan qlükoza istifadəsini "dayandırır" və bu qlükozanı zədələnmiş toxumaların bərpası üçün istifadə edir. Bədən bu zaman bir növ "B planını" qoşur. Qlükozanın parçalanması zamanı qeyri-adi molekullar formalaşır. Bu molekullar
mitoxondriyaya yox, birbaşa bərpa prosesinə yönləndirilir.

Orqanizmimiz bir həkim qədər özünü müayinə və müalicə edə bilər. Bu zaman orqanizmimiz bir növ müalicə üçün qeyri-ixtiyari "təmirə bağlanır". Baş vemiş zədələnmə və ya xəstəlik zamanı bədənimiz mümkün qədər tez normal rejimə qayıtmağa çalışır. Bu proses təbii seçmə qanunundan qaynaqlanır. Çünki uzaq keçmişdə əcdadlarımız daimi olaraq ovçuluq və düşmənlərdən qaçmaq məcburiyyətində idilər. Buna görə də onlar bütün enerjilərini bərpaya xərcləyə bilməzdilər. Nəticədə onların orqanizmi özünü bərpa işlərini minimuma endirir və enerjinin bir hissəsini hərəkət üçün ayırırdı.

Artıq müasir dövrdə insan orqanizmi fiziki istirahətə möhtacdır. Eyni zamanda orqanizmimiz daxildə xəstəliklərlə, viruslarla və zədələrlə də mübarizə aparmalıdır. Bunun üçün biz daha çox qlükoza qəbul etməliyik. Bəs qlükozanı necə qəbul edək ki artıq şəkər yüklənməsinin qarşısı alınsın? Nələrə "XEYR" deməliyik?
Birincisi saxaroza və maltoza - saf şəkər, boş kalorilər, heç bir faydası olmayan karbohidratlardan. Bu növ karbohidratlar əsasən ağ dənəvər şəkər tozunda və qənddə olur. Yeri gəlmişkən tərəvəz və meyvələrdə də bu növ şəkərə rast gəlinir. Xüsusilə çuğundurda, yerkökündə, şaftalıda, yemişdə və armudda. Ən təhlükəli şəkər həddi isə kekslərdə, dondurmalarda, tortlarda və şirin bulkalarda olur.

Bəs hansı qidalara "HƏ" deməliyik? Orqanizm üçün vacib olan qlükozaya. Onsuz (qlükozasız) nə böyüklərin, nə də uşaqların orqanizmi yaşaya bilməz. Bu maddə hüceyrələrimiz üçün yanacaq funksiyasını daşıyır. "Yoruldum", "gücüm çatmır" kimi ifadələr uşaqların və ya elə öz bədənimizdə qlükoza səviyyəsinin azaldığını göstərir.

Qlükozanı hardan əldə edək?
Qlükoza ən çox giləmeyvələrdə, meyvə və tərəvəzdə olur. Üzümdə, gilasda, albalıda və moruqda əsasən çox olur. Əgər meyvə və tərəvəz qəbul etmirsinizsə o zaman ən azından qlükoza tərkibli içkilərdən istifadə etmək tövsiyə olunur
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 401
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri