Düşüncə zəhərlənməsi – PSİXOLOQ YAZIR

Şərhlər: 2
Baxılıb: 1188
Səs ver:
(səs: 0)
Zəhərlənmə , müxtəlif səbəblərdən (içkidən,yeməkdən,metaldan,dərmandan və s.) baş verə bilər. Bəzən zəhərli maddələr həmin anda, bəzən isə uzun bir müddət sonra öz təsirini göstərərək insanın zəhərlənməsinə səbəb olur. Fərqli toksiki maddələrin səbəb olduğu zəhərlənmənin simptomları da fərqli ola bilər. Eyni zamanda yaş, çəki faktorları da simptomlara təsir göstərir, ancaq ümumi göstəriciləri bunlardır:

-Qusma
-Çətin nəfəsalma
-Uyuşma
-Qarın ağrısı
-İshal vəs.

Adətən zəhərlənmə dedikdə, yanlızca toksiki təsirə malik olan maddələrin səbəb olduğu hadisə kimi başa düşülür. Bəzən insan öz düşüncələrindən belə zəhərlənə bilər. Ancaq bu vəziyyət uzun müddət ərzində yavaş-yavaş baş verdiyi üçün insanın özünün bunu fərq etməsi çox da asan olmur. İlk öncə insan üçün toksiki təsirə malik olan düşüncələrin nədən ibarət olduğunu təyin etmək lazımdır. Bu düşüncələr irrasional düşüncələr adlanıb insanın psixoloji dözümlülük dərəcəsinin azalmasına səbəb olur ki, bu da öz növbəsində insanın stressor faktorlara qarşı adaptasiya qabiliyyətini zəiflədir. Kontrolun öz əlində olmadığını gördüyü zaman insanın davranışları da adekvatlığını itirir.

İnsanın düşüncələrinin formalaşması zamanla mümkün olduğu üçün dəyişdirilməsi də bir o qədər çətin olur.Düşüncələrin formalaşmasında yaş, cins, sosial mühit kimi faktorlar əsas rol oynayır. Uzun müddət insanın özü tərəfindən doğru olduğuna inandırılan düşüncələrinin irrasional olduğunu anlaması iki halda mümkündür. Birinci halda , insanın özünün bunun fərqinə varması belə ki, hər dəfəsində eyni xoşa gəlməyən nəticələrlə qarşılaşması insanı yenidən düşünməyə vadar edir. Bu zaman insan öz düşüncələrinin təməlinə fokuslanaraq səbəbini araşdırmağa başlayır.

İkinci halda, digər insanların təkidi ilə davranışlarına səbəb olan düşüncələrinə yönəlir. Hər iki halda irrasional düşüncələrin təsbit edilməsi insanın özü tərəfindən mümkün olur. İrrasional düşüncələrin əsasını bunlar təşkil edir:

Məcburetmə: belə düşüncələrin təməlini daha çox –malı,-məlilər təşkil edir. Məsələn, o məni sevməlidir və ya yarışda birinci olmalıyam.

Qorxunclaşdırma: primitiv hadisələrə qarşı həddindən artıq reaksiya verərək özünü çıxılmaza düçar etməkdir. Məsələn, sevdiyim qız məni sevməsə, bu mənim üçün dünyanın sonu olar.

Dözümsüzlük: Başımıza gələn hadisələrə dözə bilməyəcəyimiz düşüncəsindən qaynaqlanır,məsələn, sevdiyim qiz məni sevməsə buna dözə bilmərəm.

Qəlibləşdirmək: Qəlibləşmiş düşüncələr sayəsində hadisələri olduğu kimi deyil, alışdığımız tərzdə interpretasiya edirik, məsələn, o qız məni sevmirsə, bu mənim sevilməyə layiq bir oğlan olmadığıma dəlalət edir.

Düşüncələrimiz duyğularımız və davranışlarımızın əsas göstəricisi olduğu üçün rasional və ya irrasional olması çox mühim əhəmiyyətə malikdir. Belə ki, nə düşünürüksə onu hissedirik və hissetddiklərimiz davranışlarımızda əks olunur. Düşüncələrimizin fərqinə varmağımız üçün əldə etdiyimiz nəticələrə baxmaq kifayətdir. Nəticə dəyişmirsə, deməli, rigidləşmiş düşüncələri dəyişdirməyin zamanıdır. İrrasional düşüncələrimizin toksiki təsirini yox etmək üçün ilk öncə fərqinə varmağımız və təsbit etməyimiz lazımdır. Hər bir irrasional düşüncənin dəyişdirilməsi və rasionallaşdırılması insanın öz əlindədir.Bunun üçün sadəcə istəmək kifayətdir.
Bəzən düşüncələrimizin də detoksa ehtiyaci olur…

Psixoloq İlahə Novruzova
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1188
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 521
Xəbər sayı: 0
Fulin
Maraqla oxudum.Faydalı məlumatlar var.

Təşəkkür⭐
31 iyul 2020 23:06
2
'- Sıkılırsan güneşten,, gece oluruz erkenden ⭐
Şərh sayı: 80719
Xəbər sayı: 30
BARBI
Dusunce zehrrlenmesei maraqli termindir.Dusuncelerde insana menfi tesir gostere biler
30 iyul 2020 22:35
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri