Aldadılan qadınların dəhşətli intiqamı...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 9 223
Səs ver:
(səs: 6)
Aladadılan qadın mütləq intiqam alır...

Qadınlar ilk olaraq xəyanətin qoxusunu hiss edirlər. Daha sonra şübhələrin arxasınca gedirlər. Aldatıldığından şübhələnən qadını durdurmaq mükün deyil.

Kişilər niyə xəyanət edir? Bütün kişilər xəyanət edirmi? Xəyanət edən kişi vicdan əzabı çəkirmi?


Bu kimi sualları başqa bir vaxta saxlayıb aldadılan qadınların nə etdiklərindən danışacağıq.
Kişilər xəyanət etdikləri zaman bunu sevdiyi qadından gizli qalacağını düşünsələr də, xəyanətləri bir gün ortaya çıxır. Qadınlar əvvəlcə şübhələnir və daha sonra başlarına gələn ən pis şeyin izinə çıxırlar. Qadınları şübhəyə salan məqam kişinin davranışındakı dəyişiklikdir.

Ona olan diqqətini itiribsə, dalğın, gərgin və stresslidirsə, deməli, nəsə var... Heç bir səbəb olmadan əsəbi davranır, hətta mənasız davalar belə çıxara bilir. Bundan başqa huzursuz olur və cinsi istəkləri də azalır. Evə gəldikdə isə mobil telefonunu yanından ayırmır və gələn zənglərə ehtiyatla yanaşır. Ya da evə gəldikdən sonra telefonu səssiz rejimə qoyur. Bəziləri isə telefonu söndürür. Məşhur bir psixoloqun yanına gələn qadınlardan biri isə "Telefonu alt paltarında gizlətdiyini gördüyüm zaman məni aldatdığını anlamışdım”  deyib. Qısası, qadınlar bunu yaxşı hiss edirlər.

Bundan sonra təqiblər başlanır və internet parolları öyrənilir. Kişilər isə sıxışdığını görən zaman  evliliklərini xilas etmək adına bir çox bəhanələrə əl atır. Bu yalanlarda xəyanətin qoxusunu hiss edən qadın sonda hər şeyi öyrənməyə nail olur.

Lakin bütün qadınlar belə olmur. Ərlərinə hədsiz dərəcədə inanan qadınlar, bu yalanları  başa düşmür. Ərini əlindən alan qadın isə ona zəng edərək bütün dünyasını və ailəsini dağıtmağa müvəffəq olur.

Aldadılğını öyrənən qadın ərindən intiqam almaq üçün plan fikirləşir. "Mənə çəkdirdiyi acını özünə yaşadacam” və.s kimi fikirlərlə gəzir.

İntiqam almaq üçün ərini tərk edən və yaxud boşanan qadınlar da olur. Uşaqlarını ərindən gizlədən qadınlara da rast gəlinir. "O, bu uşaqları görməyə layiq deyil...” və.s kimi sözlər işlədirlər.

intim qadağası qoyan qadınlar da olur. Ən psisi isə sosial mühitdə ərini rəzil edib alçaldan qadınlar da olur.

Ən ağır intiqam isə xəyanətə, xəyanətlə cavab verməkdir. Həm də ərinin və ya sevgilisinin ən yaxın dostu ilə xəyanət edən qadınlar olur. Odur ki, kişilər, belə hallara düşmək istəmirsinizsə, sevdiyiniz insanı heç zaman aldatmayın...
(səs: 6)
Şərhlər: 4
Baxılıb: 9 223
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri