Qadınların cəmiyyətdə çəkdiyi çətinliklər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 373
Səs ver:
(səs: 1)
Dindən uzaq cəmiyyətlərdə qadınların qarşı-qarşıya qaldıqları ən böyük problemlərdən biri də, boşanmadan sonra yaranan çətinliklərdir. Evləndikləri zaman yoldaşları tərəfindən işləməsinə icazə verilməyən və bu səbəblə maddi cəhətdən yoldaşlarından asılı yaşamaq məcburiyyətində qalan qadınlar, boşandıqları zaman son dərəcə çətin vəziyyətdə qalırlar.
 
Dünyada boşanan qadınların bəzisi hər hansı bir peşəyə sahib olmadığı, bəzisi yaşının çox olması səbəbilə işləməyə gücü qalmadığı, bəzisi isə heç bir əlavə ictimai haqq tanınmadığı üçün böyük çətinliklər çəkir. Bundan başqa boşandıqdan sonra hər iki tərəfin tələblərinin olması, tərəflərin yalnız öz mənfəətlərini düşünməsi səbəbindən də bu problem daha da çətinləşməkdə və anlaşılmazlıqlar artmaqdadır.

Halbuki Quran əxlaqını yaşayan bir cəmiyyətdə belə çətinliklər yaşanmaz. İnsanların evlilikləri kimi boşanmaları da könül razılığıyla olacağı üçün evlənərkən yoldaşlar arasında olan hörmət və sevgi, boşanarkən də eyni şəkildə qorunar. Çünki iki tərəf də bir-birini qadın və ya kişi olaraq deyil, ALLAHa iman edən insanlar olaraq, təqvalarına görə qiymətləndirər və gözəl davranarlar.

Bununla birlikdə Quranda qadınların boşanma kimi hallarda çətinliyə düşməmələri üçün alınmış çoxlu tədbir vardır. Məsələn, qadınlar maddi cəhətdən qəti bir zəmanət altına alınmışdır. Hər iki tərəfin qarşılıqlı razılaşması nəticəsində təyin olunan maddi kömək və boşanan qadınlara necə davranılması lazım olduğu ayələrdə belə bildirilir:

Boşanmış qadınlara (şəriətə) müvafiq qayda üzrə yaxşılıq etmək lazımdır. (Bu,) müttəqilər üçün bir borcdur. (Bəqərə Surəsi, 241)

Yaxınlıq etmədiyiniz və mehrini təyin etmədiyiniz qadınları boşasanız, sizə heç bir günah gəlməz. Onlara (şəriətə) müvafiq qayda üzrə yaxşılıq edin. Varlı öz imkanı daxilində, kasıb da öz imkanı daxilində (yaxşılıq etməlidir). (Bu isə) yaxşılıq edənlər üçün bir borcdur.Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını (onlara) verməlisiniz. Qadınların (bunu) (ərlərinə) bağışlaması və ya əlində nikah müqaviləsi olanın bunu (qadına) bağışlaması isə istisnadır. Sizin bağışlamağınız təqvaya daha yaxındır. Bir-birinizə güzəşt etməyi unutmayın. ALLAH sizin nə etdiklərinizi görür. (Bəqərə Surəsi, 236-237)

Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə ALLAHın ona verdiyindən xərcləsin. ALLAH heç kəsin üzərinə Özünün ona verdiyi (nemətdən) artıq yük qoymaz. ALLAH hər bir çətinlikdən sonra asanlıq verir. (Talaq Surəsi, 7)


Bundan əlavə qadınlara evlilik əsnasında verilmiş olan malların boşandıqdan sonra geri alınmaması da ayələrdə ifadə edilmişdir. Boşanılan qadınların yaşayış yerlərinin təmin edilməsi, qadınlara zorla varis olunmağa cəhd edilməməsi də ayələrdə diqqət çəkilən mövzulardandır.

Bura qədər izah edilənlərdə də göründüyü kimi həll yenə Quran əxlaqının yayılmasındadır. Quran əxlaqının yaşandığı bir cəmiyyətdə digər bütün ictimai problemlərdə olduğu kimi qadınların çətin vəziyyətdə qalmaları, çətinlik çəkmələri kimi vəziyyətlər olmayacaq.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 373
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri