Mühiti dəyişə bilmirsənsə, münasibətini dəyiş

Müəllif: Nazlı_qız
Şərhlər: 19
Baxılıb: 1910
Paylaş:
Səs ver:
(səs: 1)
Psixoloqa müraciət etməzdən əvvəl psixoloqun kim olduğunu bilmək lazımdır. "Psixoloq lazımdırmı?”, "Nə üçün lazımdır?” sualları ilə cəmiyyətimizdə tez-tez qarşılaşırıq.

İnsanın psixikası ruhi aləmi elə quruluşa malikdir ki, ona təsir etmək mümkündür. İnsanın həssaslıq səviyyəsindən asılı olaraq onda bir neçə sözlə yüksək əhval-ruhiyyə yaratmaq, həvəsləndirmək, yeni maraqlar oyatmaq olar və bunu yalnız psixoloq bacarmır. Eyni zamanda bir neçə sözlə insanı ruhdan salmaq, həyatdan küsdürmək olar. Heç psixologiya elmindən xəbəri olmayan da bunu bilir və qəbul edir. İnsan psixikasına, daxili aləminə pozitiv yöndən təsir psixoloqa həvalə olunur. Hamımızın bir neçə kəlmədən ibarət təsəlliyə, kiçik və xoş jestə ehtiyacımız olan anlarımız olur. Ya da elə problemlərimiz olur ki, onu sadəcə danışmaqla da rahatlıq tapa bilirik. Amma ətrafımızda bu problemləri danışmağa kimsə tapa bilmirik. Ya başa düşülməməkdən, ya da özümüz haqda xoş olmayan təəssurat formalaşdırmaqdan ehtiyat edirik. Yaxud elə vaxtlar olur ki, insan özünü boşluqda hiss edir, heç nəyə həvəsi, meyli olmur. Hər şeyi mənasız, boş və gərəksiz görür. Bu və ya digər səbəblərdən dolayı psixoloq cəmiyyət üçün əvəzolunmazdır. Psixoloq özü və ya mühit tərəfindən sıxılan, təzyiqə məruz qalan insanları gərginlikdən, sıxıntıdan azad edir, gizli qalmış qabiliyyətini üzə çıxarır, ona pozitiv stimul verərək onu cəmiyyətə qazandırır. Burada "insanın özü” sözünü işlətdim, çünki insan bəzən özünü haqsız tənqid edir, özündə yersiz utancaqlıq, qorxaqlıq və zəiflik yaradır. Bunları dəf etmək üçün psixoloqa müraciət etmək məqsədəuyğundur. Amma bunu hamı bilməlidir ki, psixoloqa sağlam düşüncəli insanlar da müraciət edirlər, mütləq ağır travma almaq vacib deyil.

Hətta psixoloqun özü belə  ara-sıra psixoloqa müraciət edib faydalı məsləhətlər ala bilər. İldə bir dəfə də olsa psixoloqa müraciət yalnız səmərəli və faydalıdır. Amma bunu bilmək lazımdır ki, psixoloq problemləri həll etmir, insanlarda ruh düşkünlüyünü, özünə qapanmanı, neqativ ab- havanı aradan qaldırır. Bununla da insan özündə güc tapıb problərini həll edir, bir növ doğru istiqamətə yönləndirir. Onu da deyim ki, Azərbaycanda hal-hazırda psixologiyanın inkişafında irəliləyiş var. Ümumiyyətlə dünyada XXI əsr psixologiya əsri elan olunub.  Mən Azərbaycanda və dünyada psixologiyanın inkişafından narazı deyiləm. Paytaxtımızda və bölgələrdə məsləhət mərkəzləri fəaliyyət göstərir, insanlar çəkinmədən belə mərkəzlərə müraciət edirlər.

loading...
(səs: 1)
Şərhlər: 19
Baxılıb: 1910
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Xediw
men pisixoloqa getsem pisxoloqun pisixologiyasi pozulacag
29 oktyabr 2015 15:26
19
x
Offline
lelos
menimde ehtiyacim var deyesen
17 aprel 2015 08:04
18
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
vipbetul
her kes ilde iki defe en azindan psixiatira muraciyet etmelidi yungulluk tapmalidi icindiki sixintilari danisharaq
9 mart 2015 19:21
17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Aysel Tatli
gerek menim 3 psixiloqom olsun ki menim eseblerimi sakitlewdirsin undiki zamane de hamiya psixoloq laazimdir
25 yanvar 2015 16:25
16
Offline
Turkan Abbasova
Psixoloqa cox ehtiyacim var. Bir terefden usaq gundelik qaygilar bir terefden eseb. Ozumu herden ele pis his edirem. Her seye stress kecirdirem
25 yanvar 2015 10:46
15
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Offline
ismayilova ulker
İndiki zamanda məncə hərkəsin psixoloqa ehtiyacı var. Əsəblər gərgin olur.

İndiki zamanda məncə hərkəsin psixoloqa ehtiyacı var. Əsəblər gərgin olur.

İndiki zamanda məncə hərkəsin psixoloqa ehtiyacı var. Əsəblər gərgin olur.

İndiki zamanda məncə hərkəsin psixoloqa ehtiyacı var. Əsəblər gərgin olur.
25 yanvar 2015 10:20
14
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Offline
uliçka
mənimdə bəzən ehtiyyacım olur
25 yanvar 2015 04:16
13
Həyat kino kimidir,ən marağlı anında bitir
Offline
Wappuw
ehh butun nevrozame ehtiyyac var menimde,deyiwiklik etmek istirem bezmiwem 15
25 yanvar 2015 02:14
12
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
Offline
ece uslu
cox ehtiyacim var psixoloqa
25 yanvar 2015 01:17
11
Offline
ŞehZam
Nece edim bilmirem bawdan ayaga stress eseb icindeyem her wey yaxwi olanda bele((
25 yanvar 2015 00:44
10
Offline
emis
mende gorusmek isterdim
25 yanvar 2015 00:18
9
Offline
Qlamurr
Zaman-zaman hər kəsin psixoloqa ehtiyacı olur,ən azından stressdən,gərginlikdən çıxararaq,insanı mənən rahat edir.....bir zamanlar mənimdə ehtiyacım olub,düzdü o aşamaları çətin də olsa keçmişəm,indi artıq özüm psixoloq olmuşam....xəbəri çox bəyəndim...tşk...
25 yanvar 2015 00:03
8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
KRALİCEM
Mene laZimdi
24 yanvar 2015 23:13
7
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Offline
NUR
kimin yoxdurki her kesin var ama sanalda olmaz ki tekliyde sexsi sms la olsa daha yaxsi olar
24 yanvar 2015 23:05
6
Offline
arzum-aysum
Menim de cox ehtiyacım var. Beynimdə bezi suallar, yorgunluqlar... Sakitlesmeye cox ehtiyacım var
24 yanvar 2015 22:27
5
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
BARBI
Her bir insan mueyyen dovrlerde psixoloqa ehtiyac duyur men de getmisem hec pis bir sey deyil insan daha da rahatlayir
24 yanvar 2015 21:16
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Tomris Müslümova
mende istiyerdim...
24 yanvar 2015 21:04
3

Sən sadəcə mənimsən...!
Online
aziz a
Menim cox ehtiyacim var psixoloqnan sohbete, amma burda yoxdu.
24 yanvar 2015 20:59
2
Rebbim kömek olsun cümlemize Amin
Offline
Fialka
Elə insanlar olurki elə bilirlərki psixoloqa ancaq dəliləri göstərmək olar ki,bu səf anlayışdı psixoloq insanın ruhən negativ ab havanısını dəyişir onlara ruhən kömək göstərir.
24 yanvar 2015 20:52
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv