Doğru və yalanın ailədə rolu

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 2 900
Bölmə: Psixologiya / Evlilik
Səs ver:
(səs: 4)
Ailə cəmiyyət, dövlət kimidir. Əvvəldən təməli necə qoyulsa, sonda nəticə elə olacaq. Bu, tikilən binaya oxşayır, hələ təməli qazılanda möhkəm olmalıdır. Əks halda, nə qədər mərtəbə ucalsa da, gec-tez alt-üst olacaq. Ailə qurarkən ilk növbədə seçdiyimiz insanı nəzərdən keçirməliyik. Düzgün insan olmasa o da, gec-tez fəsad törədəcək.

Keçək ailə daxilində olan düzlük və yalana... İlk gündən kişi və qadın özlərində qəbul etməlidirlər ki, biz artıq müstəqil ailə həyatı qurmuşuq. Yəni qız ailədən ayrılmasını qəbul etməli və öz yeni ailəsinə sahib çıxmalıdır. Kişi də həmçinin. Bəzən bizim fikir vermədiyimiz xırda məsələlər belə düzlüyü aradan qaldıra bilər. Məsələn, evə saat 16.00-da qayıtdığınız halda 15.00-da qayıtdım deməniz. Zahiri cəhətdən "burda nə var ki?” deyə bilərik və ya bir əşyanı 10 manata alıb 15 manata aldım demək belə düzlüyü aradan götürür.

Xanımlar, özünüzə meyar seçin ki, ailənizə aid hər şeyi hamıdan qabaq yoldaşınıza özünüz deyəcəksiniz. Bəzən xırda bir yalan insanı etibardan salar. Bu məsələyə dırnaq arası baxmayın, çünki ailə xırda bir anlayış deyil.

Psixoloqlar deyirlər ki, ailə mikro dövlətdir. Kişi bu dövlətin prezidenti sayılır. Müasir qızlarımız deyir ki, ailə hüquqları qadın və kişi arasında 50/50-yə bölünməlidir. Heç kim bir-birindən üstün olmamalıdır. Bununla razılaşsaq görərik ki, bu tip ailələrdə heç də vəziyyət 50/50-yə olmur. Bu ailələrdə idarəçi xanım olur, gec-tez onun fəsadı üzə çıxır.

Bilirsiz, düzlük niyə vacibdir? Çünki düz əyrini kəsər. Düz acı da olsa düzdür. Bilin, birini özünüzə yalanlarla bağlasanız bir gün bu yalanlar ortaya çıxacaq. Amma düzlüyün acısını yaşaya-yaşaya onu olduğu kimi izah etsəniz bu qəbul olunacaq. Sonda bütün xanımlara üzümü tutub deyirəm ki, ailə müqəddəsdir! Onun təməlini yalanla qurmayın! Bəlkə sizin bir yalanınız bir insanın həyatını məhv edər və ya illər sonra üzə çıxmış bir yalan dünyaya gətirdiyiniz bir körpənin həyatını sarsıda bilər.

Nəzərə alın ki, yalanın həm dünya, həm axirət üçün zərəri var.

Psixoloq Zeynəb Zeynalova
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 2 900
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri