Miluoki-Viskonsin Universitetinin psixoloqları məsləhət görürlər ki, hər
hansı kişinin etibarlı olub-olmadığını bilmək üçün onun üzünə baxmaq
bəs edər.
Enlisifət kişilər naziküzlü kişilərə nisbətən daha hiyləgər olur və öz
məqsədlərinə yalanın köməyilə çatırlar. Deily Mail tədqiqatçılarının
fikrincə darüzlü adamlar isə əksinə geniş ürəyə sahibdirlər. Zərif
cizgili kişilər daha səmimidirlər, ünsiyyətdə özlərini daha vicdanlı
aparacaqlarına əmin ola bilərsiniz.
Amerikalıların nəticələri frenalogiya haqqında (XIX əsrin ortalarında
insanın psixologiyası ilə onun kəllə quruluşu arasında əlaqə haqqında
məşhur olan elm) düşünməyə məcbur etsə də, tədqiqatın müəllifləri
əmindirlər ki, onların əldə etdikləri nəticəyə inanmaq olar. Tədqiqat
qrupunun rəhbəri doktor Maykl Xazelxan bildirmişdir: "Biz aydınlaşdırdıq
ki, enlisifət kişilər ünsiyyətdə özlərini daha rahat hiss edirlər və
hakimlik hissi onları istər-istəməz etik qaydalara az əməl etməyə, yalan
və müxtəlif hiylələrə əl atmağa məcbur edir”.
Amma doktor Xazelxan bu nöqteyi-nəzərlə tam razı deyil. Onun sözlərinə
görə cazibəli, bacarıqlı və yumor hissi olan qadınlar belə fiziki
əlamətlərə fikir vermirlər.
Öz ehtimallarını yoxlamaq üçün tədqiqatçılar iki təcrübə aparmışlar.
Biznes-kollecin 192 tələbəsinə rollu oyunda iştirak etməyi təklif
etmişlər. İki yerə bölünərək onlar daşınmaz əmlakın satıcıları və
alıcıları qismində çıxış etmişlər. Oyun zamanı iştirakçılar elektron
poçt ilə razılaşma əldə olunana qədər danışıqlar aparmalı idilər. Bu
yazışmanın tədqiqi göstərmişdir ki, enlisifət kişilər naziküzlülərə
nisbətən öz məqsədlərinə çatmaq üçün aldatmağa daha çox meyillidirlər.
Eyni vaxtda müəyyən olunmuşdur ki, bu hal qadınlara şamil deyildir.
Başqa bir tədqiqatın gedişatında 103 tələbəyə lotereyada 50 dollar udmaq
imkanı verilmişdir. Təcrübədən keçənləri xəbərdar etmişlər ki, onlar bu
lotereyada bir neçə dəfə oynaya bilərlər. Oyunun miqdarını zaman
göstərəcək. Onlara oyun zərləri atmaq və alınmış nəticəni kompyuterə
yerləşdirmək təklif olunmuşdur.
Təəcüblüdür ki, naziküzlülərə nisbətən enliüzlü kişilərin oyunda daha
çox "bəxti” gətirmişdi. Bununla, psixoloqlar birmənalı nəticəyə
gəlmişlər ki, üzü enli olan kişilər aldatmağa daha çox meyllidirlər.
Yekun rəyə iştirakçıların eksperimentdən əvvəl doldurduqları anketlər də
kömək etmişdir. Enliüzlü kişilərdə ümumi xüsusiyyət, yəni öz hökmünə və
gücünə inam aşkar olunmuşdur. Alimlər qərara gəlmişlər ki, bu
hakimlilik hissi bilavasitə onların etik baxışlarını və davranışını
müəyyənləşdirir.