Heç kəs deyə bilməz ki, həyatında yalan danışmayıb. Bəs, birinin yalan danışıb danışmadığını necə anlamaq olar?
Hamımız özəl keçmişimizə baxdığımızda söylədiyimiz bir yalanla
qarşılaşarıq. Təbii ki, yenə eyni keçmişdə gerçəkləri söylədiyimiz
vəziyyətlərlə də qarşılaşarıq. Kimsə bu keçmişində daha çox yalan
danışdığını, kim isə daha çox gerçəkləri söylədiyini deyə bilər. Bu
səbəbdən də hər birimizin həm yalanlı, həm də dürüst bir
şəxsiyyətimizin olduğunu söyləyə bilərik. Zamanı gəldiyində
şəxsiyyətimiz uyğun olan davranışı bir daha ortaya qoya bilər.
Belə ki, adətən insan özünü fiziki və ya psixoloji təhlükədən qorumaq
üçün yalan danışmalı olur. Amma bir də patoloji yalançılıq da var ki, bu
psixoloji pozğunluğun təzahürüdür.
İstərsə də psixoloji pozğunluqla
ortaya çıxan yalan danışmanın ən çox qarşılaşılan səbəblərini bu
şəkildə sıralayır:
Məşhurluq və bəyənilmək istəyi:
Yalnız digərləri tərəfindən bəyənildiyi, sevildiyi təqdirdə qiymətli
olduğu inancı vardır. Bu dəyəri əldə etmək, ya da itirməmək üçün marağı
özünə çəkən yalanlar deyər.
İdarə istəyi:
İstəklərinə və hədəflərinə çatmaq üçün digər insanlara nəzarət etmə ehtiyacı ilə yalan danışar.
Öz güvən əskikliyi:
Özündə qəbul etdiyi bir əskikliyi, ya da pis olaraq gördüyü bir
xüsusiyyətini gizləmək üçün yalan danışar. Bu "əskik" və ya "pis"
istiqamətlərinin aşkar olunacağı təqdirdə rədd ediləcəyi, sevilməyəcəyi
inancı vardır.
Səhvləri gizləmə istəyi:
Edilən ən kiçik səhvinin belə ətrafdakılar tərəfindən müvəffəqiyyətsiz
olduğu şəklində qəbul ediləcəyi inancı vardır. Müvəffəqiyyətli, güclü
etiketinə sahib olma, ya da bu etiketləri itirməmək üçün yalan danışar.
Birinin yalan danışdığı necə bilmək olar?
Xoş niyyətliyalanlardan patoloji yalanlara qədər, insanlar müəyyən bir
səbəbdən yalan danışarlar. Bu nöqtədə, ağılımıza gələn bir sual da bizim
bu yalanları fərq etməmiz, ətrafımızdakıların nə vaxt yalan
danışdıqlarını anlamamızın mümkünlüyüdür.
Birinin yalan danışdığının qəti bir yolu olmasa da yalan danışanlarda,
ümumiyyətlə hiss olunan bəzi işarələr vardır. Bu işarələri də bu şəkildə
sıralaya bilərik:
Danışma şəkli:
Yüksək tonlarda danışma, kəkələmə, tez-tez boğazını təmizləmə, dayanma,
dil dolaşmaları və "eeee", "şey" kimi sözlər istifadə etməsi...
Sualları təkrarlama:
Yalanı düzüb qoşmağa zaman qazanmaq üçün suala cavab vermək yerinə sualı təkrar etmənizi istər.
İnkar:
Yayınan bir şəkildə, qarşısındakını günahlandırmağa çalışan və yalan danışmadığına razı salmağa çalışan, davranışları...
Mövzunu ya da hekayəni dəyişdirmə:
Yalan danışdığı mövzularla əlaqədar danışılarkən sürətlə mövzunu dəyişdirmə səyi...
Ayrıca izah etdikləri hekayədə əskikliklər və bir-biriylə ziddiyyət təşkil edən ifadələr olar.
Əgər bu kimi işarələr diqqətinizi çəksə yalan danışdığını düşündüyünüz
adama mövzuyla əlaqədar suallar verə bilər və bir-birini tutmayan
detalları araşdıra bilərsiniz.