Utananda üzümüz niyə qızarır? – ELMİ İZAH

Müəllif: emis
Şərhlər: 13
Baxılıb: 1641
Paylaş:
Səs ver:
(səs: 3)
Üzümüz duyğularımızın ortaya çıxdığı bir bölgədir.

Sevinc, üzüntü, qayğı, əsəbilik, utanma kimi duyğularımız üzümüzdəki ifadə və üz rəngimizin dəyişməsi ilə özünü büruzə verir.

Bəzən isə duyğularımızı gizlətməli olduğumuz zamanlarda üz ifadəmiz, yanağımızın qızarması bizi ələ verir.

Ani üz qızarıqlığı daha çox yanaqlarda və üzün ön bölgəsində ortaya çıxır. Bəzi hallarda qulaqlar, boyun, sinənin yuxarı bölgəsi də qızara bilər. Qızarma ilə birlikdə istilik basma halı da yaşanır.

Üz qızarması normal və anormal olaraq iki cür yaşanır.
Normal üz qızarması utanma, səhv hərəkət etmə, pis vəziyyətdə olma, günah işləmək, əsəbilik, həyəcan, narahatlıq kimi duyğu hallarında təbii bədən reaksiyası kimi ortaya çıxır. Belə hallarda insan bədənində adrenalin hormonu ifraz olunur və bədən istiliyi ani olaraq artır. Bədənin ani artan istiliyi simpatik sinir sisteminə təsir edir. Simpatik sinir sistemi üzün qan damarlarını genişləndirərək isinmiş qanı üz bölgəsinə göndərir. Belə halda isinmə hissi və üz qızarması ortaya çıxır. Bir müddət sonra yoxa çıxan bu üz qızarması normal qəbul edilir.

Gündəlik olaraq adi vaxtlarda, səbəb olmadan yaşanan üz qızarması anormal hesab olunur. Deməli, simpatik sinir sistemi çox işləyir və həddən çox həssas olur. Bu insanlarda yuxarıdakı duyğulardan başqa normal hallarda da sistem funksiyası pozulur və çox işləməyə davam edir.

Belə qızarma problemi insanın psixoloji halına təsir edirsə, bu, üz qızartısı xəstəliyi adlanır.

Kişi və qadınlarda eyni səviyyədə görülür. 10-20 yaş arasında narahatlıq, əsəbilik və hormonal funksiya ilə bağlı olaraq daha çox görülür.

Spirtli içki, isti və ədviyyatlı yeməklər, isti içkilər, ani olaraq isti, ya soyuq bir yerə girmək, çox isti hava, isti hamam, qızdırma, idman etmək kimi bədən istiliyini artıran hallar da üz qızarmasına səbəb olur.

Bəzi xəstəliklərin müalicəsində istifadə edilən dərmanlar, qidalara atılan bəzi qoruyucu kimyəvi maddələr, bəzi şəkər, döş xərçəngi, angina və yüksək təzyiq, sümük xəstəlikləri, prostat xərçəngi üçün istifadə edilən dərmanlar üz qızarmasına səbəb ola bilər.

Üz qızarmasının səbəb olduğu xəstəliklər hansılardır?
Rosacea: Bu, qızartıya səbəb olan geniş yayılmış bir dəri xəstəliyidir. Bu xəstəlik zamanı üz damarlarında qalıcı genişlənmə olur. Əsasən yanaq və burun bölgəsində ortaya çıxır. Bəzən gözlərə də təsir edə bilər.

Hiperhidroz. Bəzi insanlarda üz qızartısı çox tərləmə (üz, əl, qoltuqaltı tərləməsi kimi) ilə birlikdə yaşanır.

Menopauza. Üz qızarması menopauza ilə də bağlı ola bilər.

Karsinoid sindromu. Nadir rastlanan bir xəstəlik olan karsinoid üzdə qızartıya səbəb olur. Bu xəstəlikdə üz qızarması əsasən 20 dəqiqə davam edir, mədə ağrısı, ürək döyüntüsü, ishal halları da yaşana bilər.

Üz qızarması ilə bağlı insanlarda iki fobiya yaşanır:

Sosial fobiya - sosial şəraitlərdə ya performans göstərərkən tənqid edilməkdən, ya özünə güvənsizlikdən dolayı insan narahatlıq içində olur və üzü qızarmağa başlayır.

Utancaqlıqla da sıx bağlı olur.

Erotrofobiya - "İndi üzüm qızaracaq” qorxusu ilə həmişə qayğı içində olan bir narahatlıq halıdır.

loading...
(səs: 3)
Şərhlər: 13
Baxılıb: 1641
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
aLoNe AnGeL
men utandiqda qipqirmizi oluram usaqlar ne oldu yene qizardin deyirler 122
29 avqust 2015 12:10
13
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
Offline
Catwoman666
utana bilirəm, amma üzüm qızarmır.

...666...
30 iyul 2015 14:57
12
Viking
Offline
...AdaDunyam``
Sitat: saniyy
Utandıgım və agladıgım zaman üzüm qızarır

men de
28 iyul 2015 22:07
11
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Offline
vipbetul
o insanin ozunden asli olmadan uz qizarir elmin bu tecrubesi duzgun deyil bu xesdelik deyil

o insanin ozunden asli olmadan uz qizarir elmin bu tecrubesi duzgun deyil bu xesdelik deyil
28 iyul 2015 19:15
10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
VIP
Utandıgım və agladıgım zaman üzüm qızarır
28 iyul 2015 18:05
9
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Offline
Dj_Vampir
Men ancaq aglayanda belke qizararam ve yaxud da heyecanlanandaa((
28 iyul 2015 16:38
8
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Offline
Mrs.A
Utanıram düzdü amma qızarmıram ))
28 iyul 2015 15:19
7
Acısı çox olan qizların guluşu gozel olur.!
Offline
Fialka
İnsanın emosiyaları onun üz mimikalarında əksini tapır, Allah heç kəsin üzünü qızartmasın inşAllah.
28 iyul 2015 14:48
6
Offline
Dosta_inam
Mende kimse meni teriflese hemen utanib qizarir uzum, 09 tesekkur.
28 iyul 2015 13:35
5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
sadecə mən
Uzüm qızarır.Həyəcanlananda,bir şey üçün kimdənsə soruşanda və ya istiyəndə,idman edəndə..və.s
28 iyul 2015 11:20
4
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
Offline
Meleknur
Cox utananda uzum qizarir )
28 iyul 2015 11:01
3
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Offline
ayka
cox maraqli idi heqiqeten meni terifleyende men utaniram ve bir şey istəyəndə 09
28 iyul 2015 10:54
2
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Offline
BARBI
Elede utancaq insan deyilem. Her seyde uzum qizarmir. Yalniz cox boyuk sehvler etdikde cox utandiqda uzum qizarir
28 iyul 2015 08:45
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook