Selfimaniya - psixiki pozulma

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 767
Səs ver:
(səs: 1)
Müasir cavanlar müxtəlif yerlərdə və vəziyyətlərdə öz şəkillərini çəkməyi və sosial şəbəkələrdə paylaşmağı xoşlayır.

Bu yeni hobbinin adı "selfi"dir (ingilis dilində "self" - özü, özüm). Təbii ki, insan arabir selfi çəkəndə (məsələn, səyahət zamanı, təzə yerlərə gedəndə, məclislərdə, şənliklərdə və s. ) bu normaldır.

Lakin insanlar var ki, bunu həddən artıq tez-tez edir və bu da onlarda asılılıq yaradır - insan yeni və yeni şəkilləri çəkmək və internetdə paylaşmaq istəyir, bəyənmə "like" yığmaq istəyir və artıq dayana bilmir.

Maraqlı, qeyri-adi şəkillər çəkmək üçün bəzi insanlar özlərini təhlükə altına salır - hündürmərtəbəli binaların damlarının qıraqlarında, körpülərdə, hətta hərəkət edən qatarların damlarında selfi çəkir. Xaricdə selfi-dən asılılıq dəfələrlə ölümlərə və intiharlara səbəb olub.

Bütün sadaladığımız artıq zərərsiz hobbi deyil, bu psixiki pozulmanın yeni növü "selfimaniya"dır. Amerika psixiatrlar assosiasiyası "selfimaniya"nı psixiki pozulma kimi təsdiq edib. Psixiatrların müşahidələrinə görə, bu pozulma insanda mərhələli şəkildə inkişaf edir.

İlkin mərhələdə (epizodik) insan hər gün 1-3 selfi çəkir və bu zaman onları sosial şəbəkələrdə paylaşmır.

İkinci mərhələdə (kəskin) insan hər gün 3 selfidən az olmayaraq çəkir və onları aktiv şəkildə sosial şəbəkələrdə paylaşır.

Üçüncü mərhələdə (xroniki) insan gündə 6 dəfədən az olmayaraq selfi çəkir və bütün selfiləri internetdə yerləşdirir.

2-ci və 3-cü mərhələdə artıq mütəxəssisin köməyinə ehtiyac yaranır. Özündə belə asılılığı müşahidə edən insan mütləq psixoloqa (psixoterapevtə) müraciət etməlidir. Əks halda bu çox pis fəsadlara səbəb ola bilər.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 767
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri