Sevginin insana fiziki və psixoloji təsiri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 580
Səs ver:
(səs: 2)
Sevən insan gözlərindən bəlli olur deyirlər. Bilirsinizmi niyə? Çünki qarşılıqlı olan və doya-doya yaşanılan sevginin insana həm psixoloji, həm də fiziki təsirləri var. Bir-birini sevən cütlüklər həyata daha pozitiv baxır və bu onların üzlərinə təbəssüm şəklində yansıyır. İnsan sevəndə zehni daha yaxşı, orqanizmi isə daha güclü olur. Eyni zamanda aşiq insan daha az aqresivlik edir, ətrafa sadəcə xoş təsir bağışlayır.

Sevgi insanı həm də gözəlləşdirir. Bu isə özünü qadınlarda daha çox biruzə verir. Aşiq olan qadınların saçları daha gözəl olur, gözləri daha parlaq görünür. Bununla yanaşı, qadınlar sevərkən özlərinə daha çox diqqət yetirir və çalışırlar ki, sevdiyi insanın gözünə gözəl görünsünlər.

Bütün bu proseslər isə sadəcə orqanizmdəki hormonların müsbət şəkildə "alt-üst” olması nəticəsində baş verir. Sevgi bədəndəki xoşbəxtlik hormonlarının fəaliyyətini gücləndirir. Yəni sevəndə "Endorfin” adlanan, insana rahatlıq verən hormon ifraz olunur və stress hormonları azalır. Bu insanın rahatğına, bədəninin tarazlıq qazanmasına, gündəlik həyatda fikrini məşğul edən bir çox şeylərdən uzaq durmasına səbəb olur. Bədənə tarazlıq verən hər şey isə birbaşa olaraq sağlamlığa da müsbət təsirini göstərir.

İnsanların yaz və yay aylarında daha çox aşiq olmalarının səbəbləri də bu vaxtlarda xəbərdaredici hormonların ifrazı ilə bağlıdır. Yəni hər bahar aşiq oluram kimi deyilən sözlər  heç də yalan deyil.

Sevginin onun əsas xəbərdaredici nişanı olan ürəyin də fəaliyyətinə yaxşı təsiri var. Qeyd etdiyimiz kimi insan sevərkən ondakı stress hormonları azalır. Bu isə ürəyin sağlığında böyük rol oynayır. Bir çox mütəxəssislər sevginin beyində başladığını bildirsələr də, ürək cərrahları bunun tam əksinə olaraq deyirlər ki, "Beyin olanları qavrayana qədər, ürək ilk reaksiyanı verərək, sevginin fərqinə varmış olur.” Elə buna görə də insan sevərkən onun ürəyi yerindən çıxacaq kimi döyünür.

Amma bu o demək deyil ki, beyin sevgidən təsirlənmir. Sevgi və eşq beynin ən sağlıqlı vitamini hesab olunur. Sevgi beyindəki kimyəvi fəaliyyəti canlandırır, gücləndirir və aktiv edir. Hətta aşiq olmuş bir beyin ürəkdən daha sağlıqlıdır.

Sevginin sağlamlığa olan müsbət təsirləri bunlarla bitmir. Qeyd olunanlarla yanaşı, sevərkən insanların görmə, eşitmə, toxunma və qoxu hissləri də güclənir. Elə buna görə də, insan daha çox həssas olur, sevdiyilə bağlı bütün lazımsız sözlər, xırdalıqlar yaddaşında vacibmiş kimi yer alır.

Bütün bunlar sevginin insana fiziki və psixoloji təsirlərinin sadəcə üzdə olanlarıdır. Yəni gündəlik həyatımızda sevən insanlarda müşahidə etdiyimiz nüansları. Sevgi isə təkcə bu qeyd olunanlardan ibarət deyil. Amma insana aşiq olmaq, sevmək üçün bu qədəri belə kifayətdir. Sevin ki, üzünüzdə gülüş, simanızda xoşbəxtlik, gözlərinizdə canlılıq, bədəninizdə isə sağlam ruh olsun. Ən əsas isə sevin ki, həyatın hər anını doyasıya yaşaya biləsiniz.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 580
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri