Ünsiyyət qura bilməməyin səbəbləri

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 11680
Səs ver:
(səs: 4)
Əslində kainat enerjilər üzərində qurulmuşdur.

Amma bir çox insan bunun əhəmiyyət kəsb etmədiyini düşünür. Türkiyəli ünsiyyət və münasibətlər üzrə mütəxəssis Pınar Pişirgenin neqativ enerjilərin insanların ünsiyyətindəki əhəmiyyətli rolu haqqındakı fikirlərini təqdim edir.

Pozitiv və neqativ kimi iki yerə ayrılan müsbət və mənfi enerjilər birbaşa insanların davranışında, ünsiyyətində, mənəvi dünyalarında özünü büruzə verməkdədir. Eyni zamanda bu enerjilər insanların ünsiyyət qurmasına da təsirini göstərir. Təbii ki, hər bir insan daxili dünyası ilə barışıq bir vəziyyətdə yaşamaq istəyir. Amma təəssüf ki, bəzən bu istək sadəcə istək olaraq qalır. Çünki mənəvi dünyası ilə barışıq olmaq üçün ətrafındakı insanlarla ünsiyyətin, münasibətin son dərəcə qaydasında olmalıdır.

Bəzən fiziki olaraq heç bir işlə məşğul olmasanız belə özünüzü çox yorğun və halsız hiss edərsiniz.Və təbii ki, bu vəziyyət ətrafınızdakı insanlarla münasibətinizə də təsir edəcək. Bunu əsl səbəbi nə beyin, nə də fiziki yorğunluqdur. Başlıca səbəb üzərinizdəki neqativ və artıq enerjilər toplusudur. İnsan özünü belə rahatsız hiss edərkən ətrafındakılar ilə sağlam münasibət qura bilməsi imkansızdır. Neqativ və artıq enerjilər insanın olduqca əsəbi, gərgin və səbrsiz olmasına səbəb olar. Düşdüyü məkanda olan neqativ enerjilər, əsəbilik insanın xarakterinə xas olmasa da onda belə vəziyyətlərin müşahidə edilməsinə gətirib çıxarar.

Bəzən insanın ünsiyyət kanalları tıxanır, lakin insan bunu hiss etməz. Bunun qarşısını almaq üçün olduğunuz məkanda mütləq yaşıllıq yaradın. Dəniz kənarında və ya meşədə, çəmənlikdə özünüzü yaxşı hiss etməyinizin səbəbi ordakıpozitiv enerjidir. Ona görə də həmi şəraiti tam olmasa da, qismən –məsələn dibçəkdəki güllər, gözəl bir mənzərə ilə evinizdə yaratmağa çalışın. Otaqdakı dibçəkəki gül evdə olan bütün negativ enerjini özünə çəkəcək. Daha bir sadə üsul isə yemək duzudur. Yemək duzu da neqativ enerjiləri hopmaqla insanın ruhən rahatlıq tapmasına kömək olur.
 
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 11680
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri