Qadında depressiya (Melanxoliya)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 944
Səs ver:
(səs: 1)
Özünüzü test edin
Depressiya ya da digər adıiya melanxoliya müasir cəmiyyətimizdə tez-tez rast gəlinən bir xəstəlikdir. Yüngül hallarda özünü yuxu pozuntusu, əhvalın korlanması kimi özünü göstərdiyi halda, ağır hallarında depressiya insanı intihara sürükləyə bilər. Depressiya səbəbiylə özünə qəsd edən insanlar barədə xəbərlərdə çox eşidirik.

İstənilən formasında depressiya insanın həyatını, başqalarıyla münasibətlərini korlayır. Həyatdan zövq almasına mane olur.
Bu yazımızda məqsədimiz depressiyanı tanıtmaq və xəstəliyin varlığını xatırlatmaq, əlamətləri barədə oxucularımıza xəbərdarlıq etmək və müalicə edilə bilən bir xəstəlik olduğunu vurğulamaqdır. 
Depressiyalı olan xəstəyə bəzən əlamətlərə görə tibbin müxtəlif sahələrində çalışan həkimlər də məşğul olur. Belə hallara əsasən yüngül formalarda rast gəlinir. Lakin xəstəlik inkişaf etdikdə xəstənin həkimi psixiatr və psixoloqların konsultasiyası məsləhət görülür.
Kimlərdə rast gəlinir?
Gündəlik praktikada belə xəstələrə tez-tez rast gəlinir. Səbəblərini araşdırdıqca aşağıdakı səbəbləri görürük:
-Yaxınlardan kiminsə itkisi, ölümü
-Yaxın qohumlardan kiminsə ağır xəstəliyi
-Qəzalar, yanğınlar, borclanmalar
-Ayrılıq və boşanmalar
-Sevgidə uğursuzluq
-Ağır xəstəliyə düçar olma(Xərçəng, hepatit və sairə)
-Fəsil dəyişikliyi
Digər bu kimi səbəblər… 
Aşağıdakı əlamətlərin 5 və ya daha çoxu sizdə varsa və bunlar 2 həftədən çox çəkmişsə, depressiv əlamətlərdən hansısa iş həyatınızı və ailə yaşantılarınıza ps təsir göstərmişsə yardım almaqçün həkimə və ya psixoloqa hökmən müraciət etməlisiniz:
Depressiyanın əlamətləri:
-Özünü elə hey kefsiz-əhvalsız və boşluqda hiss etmək,
-Cinsi həyat da daxil olmaqla əvvəllər zövq alınan gündəlik şeylərin zövq verməməsi, heç nədən ləzzət almamaq. Bunlara qarşı marağı itməsi,
-Özünü bitmiş-tükənmiş və yorğun hissetmə
-Yuxunun pozulması, səhər tezdən oyanma və ya əksinə həddən çox yatmaq,
-İştahanın pozulması. İştahın artması və ya azalması. Bununla əlaqədar olaraq çəkinin dəyişikliyi. 
-Diqqəti bir yerə toplaya bilməmək, xatırlamaqda çətinlik çəkmək, qərar verməkdə çətinlik çəkmək
-Günahkarlıq, dəyərsizlik hissləri,
-Əsəbilik, kədərlilik, asanlıqla ağlamaq, 
-Həyatın mənasız olduğunu düşünmək, insanlara qarşı küskünlük,
-İntihar düşüncələri və ya intihara cəhd. Bu əlamət depressiyanın güclü olduğunu göstərir və müalicədən əsla qaçmaq olmaz
-Müalicəyə cavab verməyən əzələ, oynaq ağrıları, 
-Alkoqol və həblərdən asılılıq
-Qumar, alkoqol və ya narkotiklərə sığınmaq 
Depressiya iş yerində də özünü bu şəkildə göstərə bilər:
-Həmin adamın əmək məhsuldarlığının azalması
-İşə həvəsin azalması
-İş yerində həmin adamın təhlükəsizlik xətaları etməsi və beləcə qəzalara məruz qalma riskinin artması
Depressiyada olan şəxslər nələrdən diqqətli olmalıdırlar?
1) Üzgün və özlərinə qapıldıqlarına görə ətrafda olub-bitənlərə qarşı diqqətcil olmurlar.
Dalğın və unutqan olduqlarına görə qəza törədə bilərlər (avtomobillə və sairə) ya da qəzalara səbəb ola bilərlər. Evdə unutqanlıqdan və fikirli olmaqdan dolayı qaz sobasını və ya su kranını açıq qoyub faciyələrə səbəb ola bilərlər.
2) Depressiyada olan insanlarda intihar riski yüksəkdir. Bu insanlar özlərini ümidsiz, uğursuz və günahkar hissetdikləri üçün intihar edə bilərlər.
3) Depressiya içində olan insanların uğursuzluq, ümidsizlik və bədbəxtlik hissləri ətrafındakılara siraət edə bilər.Bunula da ətraf mühitdə mənfi situasiyalara səbəb ola bilərlər.
Depressiya payız və qış aylarında artır. Bəzi hallarda derpessiya içində olan adam ümidsiz , yorğun, maraqsız və insanlardan uzaqlaşmağa meyli olduğu üçün psixoloji terapiyadan da qaçar. Hətta elə depressiyalı adamlar da var ki, düşdükləri depressiyanın özündən zövq alırlar. Depressiyada olmaq onların davranış və həyat tərzində oturuşmuş olur.
Depressiya dövrü bəzən məktəb və universitet çağında, bəzən yetkinlik yaşlarında, bəzənsə evlilik çağında baş verir. Təbii daha sonralar da bu baş verə bilir.
İnsandan insana əlamətlər dəyişə bilər.Depressiya psixoloji bir rahatsızlıqdır. 
Bu xəstəliyi keçirməkdən dolayı üzüntü keçirib özünü günahlandırmaq və ya "Niyə mən” deyib haqsızlığa uğradığını düşünmək, şikayət etməyin heç bir faydası yoxdur. Depressiya keçirən insanda bu duyğular onu dözülməz adama çevirir. O insan həm iş həyatında, həm də şəxsi həyatında, ailədə münasibət pozuntuları ilə rastlaşır. Bu da onun psixoloqa getməsini əngəlləyir. 
Əslində isə psixoloji terapiya olduqca asan, ucuz və qısa müddətlidir.  
Depressiyanin iki cür müalicəsi var Dermanla və dərmansız  Antidepressantlar antistress dərmanları sizin vəziyyətinizi yaxshilaşdıra bilər Ancaq unutmayin ki sizi depressiyaya salan vəziyyət, düşüncə tərziniz davam etdikcə həyata və insanlara eyni baxışlarınınz davam etdikcə depressiya da qayıdacaq. Problemi kökündən həll etmək lazımdır
Unutmayın: Depressiya ciddi bir xəstəlikdir. Utanılacaq bir xəstəlik deyil. Özünüzdə və ya yaxınınızda belə bir xəstəliyin olduğunu görürsünüzsə dərhal müalicə üçün peşəkarlara müraciət edin.

Ramil Nəcəfli, Psixoloq
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 944
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri