Daha xoşbəxt və enerjili olmaq üçün məsləhətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 334
Səs ver:
(səs: 2)
Özünüzü kədərli, yorğun və ümidsiz hiss edirsiniz? İstəklərinizi etmək üçün enerjiniz qalmayıb? Əslində bütün yaşadıqlarınız sizə xoşbəxt olmağın yollarını öyrətmək istəyir. Kiçik, amma təsirli dəyişikliklər edərək özünüzü daha xoşbəxt və enerjili hiss edəcəksiniz. Aşağıdakı məsləhətləri mütləq həyatınızda sınayın.
 
Bir fincan qəhvəni yaşıl çay ilə dəyişdirin
Gün ərzində iki fincandan çox qəhvə içirsiniz? Enerjinizi artırmaq üçün qəhvəyə ehtiyac duyursunuz? Ancaq bu vərdişinizi dəyişdirərək həqiqi xoşbəxtliyi və müsbət enerjinizi artıracaqsınız.

Yaşıl çay xərçəng xəstəliyinin qarşısının alınmasına və artıq çəkidən azad olmağınıza köməklik edəcək. Dərinizi və saçlarınızı gözəlləşdirəcək.

Şirələrin əvəzinə su için
Kola, soyuq çay, meyvə suları kimi glükozası çox olan içkilərdən uzaq durun. Çünki bu içkilər sizin artıq çəki almağınıza, enerji düşkünlüyünüzə, əsəbi və yorğun hiss etməyinizə səbəb olacaq. Qeyd etdiyimiz şəkərli və şəkərsiz içkilər xərçəng xəstəliyi və alzheimer xəstəliyi riskini artırır.

Su içmək, gün ərzində ehtiyacınız olan enerjini sizə verir və arıqlamağınıza, saçlarınızın, dərinizin gözəlləşməsinə səbəb olur.

İncə nüans: Əgər, suyu dadını xoşlamırsınızsa, limon, alma, darçın əlavə edib içə bilərsiniz.

Televizora baxmaq yerinə kitab oxuyun
Gündə neçə saatınızı televizora baxmağa sərf edirsiniz? Sonra da çox yoruldum, istədiklərimi etməyə vaxtım qalmadı deyərək gileylənirsiniz. Boş-boş televizora baxmaq vaxt itkisidir. Onun yerinə kitab oxumaq, vaxtınızı səmərəli keçirməyiniz və özünüzü inkişaf etdirməyiniz üçün düzgün seçimdir.

Kitab oxuyan zaman bütün fikriniz kitabda cəmləşir və bu da zehninizi sakitləşdirir.
Bu məsələ sadəcə televizor üçün keçərli deyil, eyni zamanda telefon və kompuyter üçündə keçərlidir.

Şirniyyat boşqabını meyvə boşqabı ilə əvəz edin
Evdə, iş yerində, məktəbdə enerji düşkünlüyü və ya aclıq hissi oyananda əlimizə keçən kalorili yeməkləri yeyirik. Və bunlar da kökəlməyimizə, sağlam qidalanmamağımıza səbəb olur. Kökəlmə, halsızlıq yaradan bu qidalar bizi bədbin hiss etdirir və beləliklə depressiya dövrü başlayır.

Bundan sonra şirniyyat yerinə meyvə yeməyə üstünlük verək.
Çünki meyvədə olan vitaminlər bizə bədənimizin tələb etdiyi şəkəri verir. Sağlam qidalanan zaman həm artıq çəkidən azad oluruq, həm də özümüzü gümrah hiss edirik.

Dik oturun
NewYork Universitetinin "The art of Fitness” fakütəsində təhsil alan tələbələr dik oturmağın faydaları dərsini 2 saata bölüblər. Geniş mövzulardan biri sayılan dik oturmaq və ya durmağın özümüzə inamımız, əhval-ruhiyyəmiz, boyun əyriliyi və zehnimizə belə təsiri var. Çalışın hər zaman dik durun.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 334
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri