Hər bir bədbinliyin altındakı o nikbinliyi görməli

Müəllif: Fialka
Şərhlər: 2
Baxılıb: 2 720
Səs ver:
(səs: 1)
Nikbinlik hər şeyin yaxşı tərəfini görməyi, hər şeyə xoş münsaibət bəsləməyi bacarmaqdır. Nikbinlik müvəffəqiyyətin, gələcəyə inamın göstəricisidir. Nikbinliyin qayda qanunu yoxdur. Bu sadəcə insanın xarakterik xüsusuiyyəti ilə və həyata baxışı ilə əlaqəlidir. Gün ərzində bizim həyatımızda müxtəlif hadisələr baş verir. Bu hadisələr bizə həm mənfi, həm də müsbət təsir edə bilər. Bəzi hallarda mənfi hadisələrə görə biz bədbinliyə qapılırıq. Qapıldığımız bu bədbinlik bəzən özümüzdə bilmədən bizi daxildən sarsıdır. Bunun fərqinə vardıqda isə çox gec ola bilər. Artıq bu zaman biz depressiv vəziyyətdə oluruq. Lakin hadisəyə nikbin yanaşmamağımız bizi bu depressiv vəziyyətdən azad edir. Həyatımızda baş verən hər bir hadisədən düzgün nəticələr çıxarıb, gələcəyə inamla baxmalıyıq. Çünki biz düşüncələrimizi nə qədər müsbətə doğru yönəltsək özümüzü nə qədər müsbət enerji ilə zənginləşdirsək, həyatımızda da o müsbətləri görməyə başlayacağıq. 
Nikbin olmaq üçün nələri bilməli nələrə diqqət etməliyik? Nikbinlik bizə yaşadığımız bu həyatda nə qazandıracaq?

1.Hər bir bədbinliyin altındakı o nikbinliyi görməli və onu aşkara çıxrmalıyıq. Çünki bəzən baş vermiş bir pis hadisə xoş bir hadisənin başlamasına səbəb olur. 
2.Düşüncələrimizi ancaq müsbət enerji ilə təmin etməliyik. Çünki biz təbiətə hansı enerjini ötürürüksə təbiətdə bizə o enerjini qaytaracaq.
3.Emosional cəhətdən güclü olmağı bacarmalıyıq. Bu nikbin olmağın ən başlıca şərtidir. Çünki bizi həyatda bəzən mənfi hadislərdə gözdəyir və biz buna hər zaman hazır olmalıyıq. 
4.Nikbinliyimiz aqressiyanıda azalda bilər. Biz hadisələrə nə qədər nikbin yanaşsaq, aqressiyadan da bir o qədər uzaqlaşarıq. Aqressiya insanda uzun müddətli davam etdikdə mənfi fəsadlar yarada və digər psixoloji problemlərin yaranmasına səbəb ola bilər.
5.Baş vermiş hadisələrə dar, rəngsiz çərçivədən baxmayaq. Hər şeyi daha rəngli, xoş, geniş çərçivədə görməyə çalışmalıyıq. Onda gələcəyə inamımız daha da yüksək olacaq.

Nikbinliyimiz bizə bu həyatda hər şeyi böyük ümidlə yaşamağı, baş verən hadisələrə optimist tərzdə yanaşmağı öyrədir. Gəlin nikbin yaşamağı öyrənək ki, həyatımızın hər anını dəyərləndirə bilək. Bu zaman biz həm özümüzə həm də ətrafımızdakı insanlara müsbət enerji ötürmüş olarıq.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 720
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri