Bakirəlik Sindromu - Psixoloq Sabina Bayramova

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 6 348
Səs ver:
(səs: 0)
Mifalogiyada bəkarət bildiyimiz kimi, saflığı, insanın özünü cilovlamasını təmsil edir. 
 Hər bir etnosun da özünəməxsus dəyərləri olduğu kimi bizim cəmiyyətimizin də dəyərləri var, belə ki, əsrlərdir davam edən və qadın cinsi üzərində böyük bir təzyiq yaradan "bəkarət" anlayışı, bu günkü gündə də cəmiyyətimizin önəm verdiyi mövzulardan biridir. Bu mövzuda narahatlıq doğuran, böyük bir problem kimi gözə çarpan məsələ isə "bakirəliyə insan canından daha çox önəm verilməsi"dir. Məsələn, bəzən gənclər nigaha girərkən cinsi münasibətlə əlaqədar doğru bilgilər əldə etmədən davranırlar və bəkarətin ondan öncə kimsə tərəfindən pozulduğunu düşünərək, qadına təzyiq göstərməyə və boynuna qoymağa çalışırlar. İlkin kişiliyini sübut etmək üçün qadının bakirə olmasını istəyirlər və bununla da öz eqolarını üstün tutaraq, namusunu təmizləməyin çıxış yolunu qadını öldürməkdə görürlər. Əlbəttə ki, öldürmək çıxış yolu deyil, əgər həqiqətən nigaha girdiyi qadın bakirə deyildisə, öldürməkdənsə, boşanmaq daha məqsədəuyğun hesab olunur. Və ya nigaha girmədən öncə bəkarətə önəm verən kişilər mütləq bu mövzuya toxunaraq, narazılığını öncədən mütləq bildirməlidir. 

Bəli, cəmiyyətimizdə və bənzər cəmiyyətlərdə bəkarət anlayışı çox böyük bir önəm daşıyır. Buna baxmayaraq, kişilər yeniyetməlik dövründən etibarən cinsi həyata addım atması üçün təşviq edildiyi halda, qadınlar evlənənə qədər bəkarətin qorunması gərəkdiyi barədə psixoloji təzyiqə məruz qalırlar. Cəmiyyətimizdə nigahdan öncə cinsi münasibət yaşayan gıza xoş baxılmadığı üçün hər hansı səbəbdən, istəyərək və ya istəməyərək bəkarətini itirən qızlar, cəmiyyətin qınaq obyektinə çevrilməmək qorxusu ilə bu mövzunu valideynlərindən və sosial çevrəsindəki insanlardan gizlətməyi seçirlər. Bu qorxudan dolayı, qadına xas olan hər hansı bir xəstəlik yaranarsa, bunu ailəsi ilə paylaşa bilmir və irəlidə daha da ciddi problemlərin yaşanmasına gətirib çıxarırlar. Xüsusilə də istəməyərək hər hansı səbəbdən (təcavüz, əməliyyat, zədələnmə) bəkarətini itirən qızlar cəmiyyət tərəfindən damğalanmamaq üçün bu mövzunu gizlətməyi seçirlər və sevdiyi evlənəcəyi şəxsə, birdən onu itirər - qorxusu ilə bunu öncədən bildirməyə çəkinirlər. Sonradan aralarında yaranan problemlər isə gələcək psixoloji travmalara yol açır. 

 Bəzən də ailəsində problemlər olan, şiddət görən, atadan ayrı yaşayan, atasına güvəni olmayan qızlar, güvənmək üçün birinə ehtiyac duyurlar, sevdiyi şəxsdə bu güvəni tapa bilir və əgər sevdiyi şəxs əgər ondan sui-istifadə edirsə, tezliklə aldanırlar. Aldadılan qızlar "evlənəcəyik" deyib onda güvən oyadan şəxsə qarşı çox həssas və zəif olurlar, buna görə də bütün varlığıyla ona inanaraq, bəkarətini sevdiyi güvən yaradan şəxslə pozurlar. Əlbəttə ki o evlilik ola da bilər, olmaya da bilər, situasiyadan asılı olaraq dəyişir.

Bununla belə, bəkarətini itirən gənc qızları günahkarlıq, özünü günahlandırma, şok, qorxu, narahatlıq, əsəb gərginliyi, çarəsizlik, yalnızlıq, yorğunluq, istəksizlik, ümidsizlik, özünü azad hiss etməmə, peşmanlıq duyğuları bürüyür. Mədədə boşluq, ürəkdə və boğazda sıxılma, ağızda quruluq, nəfəsdə darlıq, özünü hiss etməmə, zəiflik və s. kimi simptomlarla müşahidə olunur. Bunlar saflıq və məsumiyyətini itirməsi nəticəsində yaranan kədər hissinə verdiyi reaksiyadır. Bu dövrə bəkarət itkisinin ardınca yaranan qısa müddətli davam edən "yas tutma" dövrü deyilir. Qeyd edim ki, bu yas tutma dövrü, tarazılığın yenidən qurulması üçün normal müddət hesab olunur və bu dövr hər qadında fərdi olaraq, müxtəlif formalarda müşahidə oluna bilər. Yas tutma müddəti normal və təbii olsa da, çox çətin keçən, hazırki vəziyyəti qəbullanmaq üçün məqsədəuyğun bir dövrdür, eyni zamanda cəsarətə və dəstəyə çox ehtiyacı olan bir dövrdür. Bəkarət itkisi yaşayan qadınlar diqqət dağınıqlığı, unutqanlıq, davranışlarında diqqətsiz olması, yuxu və iştah pozulması, narahat edən yuxular görməyə başlaması, alkoqol və ya başqa maddədən istifadəyə başlaması, öz sosial çevrəsindən və ona bəkarəti xatırladan insanlardan qaçma kimi davranışları ilə seçilirlər. 
Bu mövzu ilə əlaqədar olaraq, valideynlərin qız övladlarını öncədən ruh və bədən sağlamlığı baxımından cinsi münasibət mövzusunda məlumatlandırması daha çox önəm daşıyır.
 
Ümumiyyətlə, gördüyümüz kimi bəkarətin həddən ziyadə müqəddəsləşdirilməsi böyük psixoloji problemlərə səbəb olur, buna görə də sonradan bu kimi problemlərin, psixoloji gərginliklərin yaşanmaması üçün, bu mövzularda ilk addımı atarkən iki dəfə düşünmək lazımdır.

Psixoloq Sabina Bayramova
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 6 348
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri