Stephen Hawkingin depressiyada olanlara gözəl məsləhəti

Şərhlər: 3
Baxılıb: 1 668
Səs ver:
(səs: 1)
Dünya şöhrətli alim Stephen Hawking kosmos və zamanla bağlı fikirləri ilə daima beynimizdə fırtınalar yaratmağı bacarıb. Bütün bunlardan başqa, o daha həssas mövzulara da toxunur. Müsahibələrindən birində o depressiyadan əziyyət çəkən insalara faydalı məsləhətlər verib. Alim depressiyanı qara dəliklərlə müqayisə edir. Bizə başa salır ki, qara dəliklər kimi depressiyalar da qaranlıq və içindən çıxılması mümkün olmayan şeyə bənzəyir.

1963-cü ildə qoyulan diaqnozla 54 ildən artıqdır ki, çox ağır xəstəliklə mübarizə aparan alim bu yaşadıqlarına baxmayaraq, insanlara ümidli olmağı və depressiyadan uzaq durmağı məsləhət görə bilir. Hawking deyir: "Sizə bildirmək istəyirəm ki, qara dəliklər təsvir edildikləri qədər qara deyillər. Bir zamanlar düşündüyümüz kimi, onlar əbədi qazamat da deyillər. Qara dəlikdən qurtulmaq və hətta başqa kainata keçmək də mümkündür. Yəni, əgər siz qara dəlikdəsinizsə, təslim olmayın – çıxış yolu var.”
 
Həmin mühazirəsi zamanı qızı Lucy də çıxış edərək, atasının həm mənəvi, həm də intellektual baxımdan çox güclü olmasından bəhs edib: "O, hər zaman davam etmək üçün özündə güc tapır. Bütün gücü, enerjisi, intellektual bacarıqlarını toplayıb, yola davam etmək üçün hədəflərini müəyyən edir. Bu gücdən təkcə özü üçün deyil, başqa insanları ilhamlandırmaq, kitablar yazmaq, elmi işlər görmək, mühazirələr vermək üçün də istifadə edir. "
Bəli, güclü insanlar fiziki vəziyyətlərindən asılı olmayaraq intellekt və mənəviyyatları ilə dünyanı dəyişməyi bacarırlar.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 668
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri