Başınıza gələcək hadisələri siz seçirsiniz

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 2 406
Səs ver:
(səs: 0)
Başınıza gələn min bir müxtəlif hadisənin səbəbi ilə maraqlanırsınızmı? Niyə bunları yaşadığınızı, niyə eyni tərz adamları seçdiyinizi, niyə heç cür xoşbəxt olmadığınızı bilirsinizmi?

Hamımız həyatımızın bir dövrünə qədər şanssız olduğumuzu düşünmüşük. Eyni məktəbdən məzun olduğumuz yoldaşımızın niyə daha yaxşı bir işi, daha yaxşı bir sevgilisi, daha yaxşı bir gəliri olduğunu anlamaqda çətinlik çəkmişik.

Ardından da qismət dediyimiz şeyə sığınırıq. Beləcə rahatlayarıq. Əslində başımıza gələnlərdən özümüz məsuliyyət daşıyırıq. Həyatımızla əlaqədar nə düşünürüksə, onu yaşayırıq. Buna görə həyatımızı dəyişdirmək bizim əlimizdədir.
Xəyal etdiyimiz , bərabər yaşayacağımız həyat yoldaşına və xoşbəxt həyata, həqiqətən istəyərək və inanaraq çata bilərik.

Hər an sizə olan sədaqətsizliyini göstərəcəyinə dair bir inancınız var. Və gün gəlir, həqiqətən sizi aldadır. Siz ilk olaraq nə deyərsiniz: "Onsuz da məni aldadacağını bilirdim!"
Mütəxəssislər başınıza gələn hadisələri çox düşündüyünüz üçün yaşadığınızı söyləyir. Ümidsiz düşüncələr, bir gün bir yerdə sizə dağıdıcı hadisələr gətirmək üçün qapınızda gözləyir.
Rahat və heç nəyi düşünməyən insanların başına pis və əksinə şeylər daha nadir hallarda gəlir. Siz nə qədər yanlış fikirli və vasvası olsanız, bütün şanssızlıqlar gəlib sizi tapar. Bax, düşüncənin gücünün ən böyük göstəricisi budur.

Unutmayın: Əgər şüuraltınıza bədbəxtliyi və şanssızlığı salsanız , o da əsla yaxanızı buraxmaz. Əslində bizlər həyatımızda yaşadığımız hadisələri özümüz yaradırıq. Və artıq bunu dəyişdirməkdə öz əlimizdədir.
Bir kresloya uzanın, gözlərinizi bağlayın və olmaq istədiyiniz yeri arzulayın. Amma buna həqiqətən inanın.İstədiyiniz bir hadisənin olduğunu və o anda yaşadığınızı xoşbəxtliyi hiss edin. Bunu gün içində bir neçə dəfə təcrübə edin..

Mütəxəssislərə görə dünya üzərində bir çox adam bu düşüncə gücüylə həyatını dəyişdirmişdir. Siz də yoxlayın!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 406
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri