Gözü hansı rəng olan insanlara güvənmək olar?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 3 152
Səs ver:
(səs: 0)
Gözünün rəngi qəhvəyi olan insanlara, gözünün rəngi mavi olan insanlara nisbətən daha çox etibar edildiyi müəyyən olunub.

Çexiyanın elm adamları "gözlər ruhun aynasıdır” ifadəsinə əsaslanaraq gözlərin rənginin insanın etibarlılığına nə qədər təsir etdiyini araşdırıb.

Gözü mavi və qəhvəyi rəngdə olan təxminən 20 yaşlı 40 kişi və 40 qadının fotosunu çəkən elm adamları bu fotoları 238 könüllüyə göstərərək hansı fotodakıların daha çox etibar hissi yaratdığını soruşublar.

Gözü qəhvəyi rəng olan insanların daha çox etibar hissi yaratdığı, qəhvəyi gözlü kişilərin isə daha çox etibar edilən hesab olunduğu müəyyən olunub.

Gözlərin rənginin insanı qiymətləndirmək üçün bir kriteriya olduğunu, yoxsa üzün forması kimi hər hansı bir vəziyyəti ört-basdır edib –etmədiyini də araşdıran elm adamları başqa bir sınaq da həyata keçirib.

Bu sınaq zamanı isə araşdırmaçılar gözün rəngini dəyişdirərək başqa könülülərdən fotolardakı insanlar barədə rəy soruşub.

Üz formasının sadəcə kişilərdə etibarlılığa təsir göstərdiyini, təsirin qadınlar üçün keçərli olmadığı müşahidə edilib.

Elm adamları, bildirib ki, gözünün rəngi qəhvəyi olan üzlərin daha etibarlı olduğu müəyyən olunsa da bunun sadəcə qəhvəyi rəng ilə deyil gözünün rəngi qəhvəyi olan insanların üz quruluşu ilə (daha çox kişisayaq) bağlı ola biləcəyi nəticəsinə gəlib.

Plose One jurnalında yayımlanan araşdırmaya ara rəng olduğuna görə yaşıl gözlülər daxil edilməyib
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 152
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri