Həyatdan yorulmusunuzsa, bu yazını MÜTLƏQ oxuyun...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2 980
Səs ver:
(səs: 0)
Fəaliyyətlə dolu yorucu bir gündən sonra bədəni bürüyən yorğunluqdan şikayət edirik. Bu təbii haldır. Lakin bu yorğunluğu qismən də olsa azaltmaq və ya ona səbəb olan amillərin bəzisini aradan qaldırmaqla bir qədər rahatlığa qovuşmaq olar.

Dünya – fəaliyyətlə dolu bir şəxs üçün fürsətdir. Şəxsi səadəti gerçəkləşdirmək, işdə, sənətdə uğurlar əldə etmək, məqsədi müəyyən etmək üçün həyatda ən çox nail olmağa çalışılan şeyi vərəq üzərində yazmaq çox faydalıdır. Bundan sonra bu məqsədləri həyata keçirmək üçün lazımi gücün kəmiyyətini hesablamaq lazımdır. Öz hədəflərini, məqsədlərini diqqətlə müəyyən etdikdən sonra insan öz batinində hiss etdiyi hədəfləri həyata keçirməyə çalışmalı və həqiqətən onları həyata keçirməyə qadir olduğunu bilməlidir. Məqsədlərini əldə etmək qərarına gələn şəxs ümidsizliyə düşməməli, məqsədinə çatmaq üçün iradə qüvvəsindən istifadə etməlidir.

Mütəxəssislərin dediyinə görə, yorğunluq və çətinliklər, bəzilərinin inandığı kimi, həqiqətdə o qədər də pis bir iş deyil. O bizim qüdrətimizi dəyişdirmir, bəlkə onu müvəqqəti olaraq azaldır. Çətinlik bizə təbii bir dərs öyrədə bilir. O bizə cismimizin lazımi şeyləri əldə etməsi üçün tələb etdiyi qüvvənin miqdarının nə qədər olduğunu öyrədir, bizə sıxıntının əlamətlərini və ona qarşı hərəkət etməli olduğumuzu başa salır.

Təbiblər yorğunluq və sıxıntı ilə müşayiət olunan hissləri üç yerə bölürlər:

1. Hər hansı bir üzvün xəstəliyi nəticəsində yaranan sıxıntı.

2. Qandakı kimyəvi reaksiyalar nəticəsində əmələ gələn sıxıntı.

3. Psixoloji sıxıntı. Uzun müddət bir-biri ilə mübarizə aparan hisslər, yaxud da həyacan darıxma və sıxıntı yaradır.

Lakin bəzi insanlar var ki, hətta fiziki yorğunluq və ya zehni məyusluq müqabilində yorğunluq hiss etmirlər, əksinə, daha da ruhlanırlar. Belələri əzəmətli bir gücə sahibdirlər, çətinlikdən qətiyyən şikayət etmirlər. Bu da optimistliyə və qətiyyətə, altı ya da yeddi proyekt düşünərək, eyni vaxtda onu həyata keçirmək üçün çalışmağa gətirib çıxarır. Əgər biz optimistlik və ümid yoluna tabe olsaq hər birimiz yorğunluğu hiss etməmək iqtidarındayıq.
Bəzən biz yorğunluğu hiss edirik və bunun üçün birbaşa bir səbəb tapmırıq. Yorğunluq təkcə qüvvənin tükənməsi nəticəsində yaranmır, buna psixoloji amillər də təkan verir. Əgər yorğunluqdan əziyyət çəkirsinizsə, aşağıdakı nəsihətləri təcrübədən keçirin.

Bu nəsihətlər sizin çətinlikdən və onun əsər-əlamətindən xilas olmanız üçün faydalı ola bilər:

1. Gündəlik işlərinizi və fəaliyyətinizdəki müvəfəqiyyətləri qeyd edin, vaxtınızı dəqiq şəkildə necə keçirəcəyinizi hesablayın. Daha sonra həyata keçirmək istədiyiniz işləri müəyyən edin. Lakin təkcə onlara əməl etməklə kifayətlənməyin, daha artıq iş görməyə çalışın.

2. Həkimə müraciət edin və cisminizi kamil surətdə müayinə etdirin, əgər sıxıntılar bir xəstəliklə əlaqədardırsa, siz artıq bunun səbəbini tapmış olacaqsınız. Sizdə heç bir xəstəlik tapılmaya da bilər. Lakin bu halda da bu yoxlama sizi rahatladacaq və siz sıxıntının səbəbinin başqa yerdə olduğundan xəbərdar olacaqsınız.

3. Əgər sizin probleminiz bəzi işlərin mahiyyətini dərk edə bilmədiyinizdən irəli gəlirsə, onda özünüzdən soruşun: «Nə üçün bacarmıram?» Səbəb budur ki, siz onun elmi metodlarını bilmirsiniz. Unutmayın ki, beşikdən qəbrə kimi öyrənə bilərsiniz.

4. Vaxtınızı və günlərinizi nizamlayın. Sevincli hadisələrdən həzz almağa çalışın. Axşam üçün yeni bir şey fikirləşin. Həyatınızı mənasız keçirməkdən qaçmağa çalışın.

5. Təklikdən qaçın. Çətinliklə üzləşənlərin çoxusu həmişə özünə qapalı halda yaşayırlar.

6. İfrat rahatlıq fikrindən uzaq olun. Çətinliklə üzləşən şəxslər, adətən çarpayıya üz tutaraq ağlayırlar və bu da onların sakitləşmələri, rahatlanmaları üçün zəruridir. Amma bu işin uzun müddət davam etməsi heç də rahatlığa səbəb olmaz, əksinə pessimistlik yaradar.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 980
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri