Xoşbəxt insanların bədbəxtlərdən fərqi nədir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 2 926
Səs ver:
(səs: 1)
Xoşbəxt insanların gözə görünən ən əhəmiyyətli xüsusiyyətlərindən biri də ətraflarına davamlı müsbət enerji yaymalarıdır. Bədbəxt olanlarda isə bu vəziyyət tam tərsidir. Bədbəxtlik adamda psixoloji çöküntü yaradır və bu da, ətrafına mənfi enerji yaymasına səbəb olur. Yaxşı, xoşbəxt insanların digərlərindən fərqli olaraq etdikləri şeylər nələrdir?

"Xoşbəxtlik, həyatın bir yerində var olan və olmağı gözləyən bir duyğu deyildir, onu əldə etmək üçün güc sərf etmək lazımdır." (Dalay Lama)

Xoşbəxtlik nədir sualı soruşulduğunda bir çox insanın ağlına şans, pul, uğur kimi şeylər gəlir. Yaxşı, bəs xoşbəxtliyin qaynağı əslində harada gizlidir deyə, heç düşündünüzmü? Limitsiz pul, şans və müvəffəqiyyət təkbaşına xoşbəxt olmanız üçün yetərlidirmi?

"Xoşbəxtlik nədir?" Sualı üzərində bir az düşündük və xoşbəxt insanları fərqli edən 10 nüansı sizlər üçün yığdıq.

Budur xoşbəxt insanların fərqli etdiyi 10 xüsusiyyət

1. Həyatı balanslı yaşayarlar

Xoşbəxt insanların ortaq xüsusiyyətlərinin ən başında, sahib olduqları şeylərlə kifayətlənməyə və narahatlıq, stress kimi duyğular yarada biləcək vəziyyətlər üzərinə zaman itirməmələri yer alır. Bədbəxt insanlar isə bunun tam əksi bir həyat tərzini mənimsəmişdirlər, sahib olmadıqları şeylər üçün gərəksiz yerə düşünər və çox zaman xərcləyərlər. Xoşbəxt insanlar həyatlarını balanslı yaşayarlar və ailə, dostlar, karyera, səhiyyə, din kimi özləri üçün əhəmiyyətli olan mövzular xaricində çox şeyə baş yormazlar.

2. Ətraflarındakı insanlara əhəmiyyət verərlər

Xoşbəxt insanlar qarşılarındakı insanlara hörmət duyarlar. Ətraflarındakı insanların duyğuları və düşüncələri mövzusunda hər vaxt həssasdırlar. Çox vaxt da bu davranışlarının qarşılığını hörmət duyduqları insanlardan alırlar.

3. Kiçik şeyləri problem etməzlər

Xoşbəxt insanları bədbəxt insanlardan ayıran bəlkə də ən əhəmiyyətli xüsusiyyət "əhəmiyyət verməmək" dir. Bəzən nə qədər yaxşı bir insan olsanız da, pis vəziyyətlərlə qarşılaşa bilərsiniz. Xoşbəxt insanlar bu vəziyyətin fərqində olan və xoşagəlməz vəziyyətlərin həyatlarının axışına mane olmasına icazə verməyən insanlardır. Bədbəxt insanlar isə bu tərz vəziyyətlərlə qarşılaşdıqlarında ümumiyyətlə kədər, günahkarlıq, əsəbiləşmə kimi duyğularla özlərini üzərlər.

4. Etdikləri hər şeyin məsuliyyətini öz üstlərinə alırlar

Xoşbəxt insanlar mükəmməl insanlar deyildirlər və özləri də bunun fərqindədirlər. Müvəffəqiyyətsizliklərinə bəhanələr tapmaq əvəzinə, əksinə qəbul etməyi seçərlər. Səhvlərindən dərslər çıxarıb, bu dərsləri fərdi inkişaflarında təcrübə təmin edəcək şəkildə istifadə edərlər. Bədbəxt insanlar isə etdikləri səhvləri ümumiyyətlə başqalarına yıxmağa və bəhanələr çıxarmağa uyğundurlar.

5. Ətraflarında xoşbəxt insanlar saxlayarlar

Xoşbəxt insanların əhəmiyyətli bir xüsusiyyəti də davamlı özləri kimi insanlarla zaman keçirmələridir. Bədbəxt insanlar isə ümumiyyətlə mənfi enerjilərini ətraflarındakı insanlara da əks etdirdikləri üçün davamlı bədbəxt və gərgin mühitlərdə olmaq məcburiyyətində qalırlar. Bu səbəblə özünüzü kədərli, bədbəxt və çarəsiz hiss etdiyiniz vəziyyətlərdə sizi xoşbəxt edə biləcəyinə inandığınız yoldaşlarınızı ya da ailə üzvlərini axtarışınız, sizə müsbət enerji olaraq geri əks oluna bilər.

6. Özlərinə və ətraflarındakı insanlara qarşı dürüstdürlər

Xoşbəxt insanlar ümumiyyətlə etibar və dürüstlük kimi dəyərlərə sahibdirlər. Qarşılarındakı insanda mənfi bir imic yarada biləcəklərini bilə-bilə doğruları söyləməkdən əsla imtina etməzlər və sizə obyektiv "geri dönüş" edirlər. Bundan əlavə, özləri üçün edilən dürüst və açıq tənqidləri də hörmət və ehtiramla qarşılayarlar.

7. Xoşbəxt olduqlarını müəyyən edərlər

Bu, xoşbəxt və bədbəxt insanları ayırd etmədə istifadə etdiyimiz ən sadə, ancaq ən əmin olduğumuz xüsusiyyətlərdən biridir. Çox xoşbəxt olduğunu bildiyiniz bir yaxınınızı düşünün. Fikrinizdə canlandırdığınız rəsm, böyük bir ehtimalla etibar, qəhqəhə və xoşbəxt olduğu hər hərəkətindən bəlli olan bir mənzərədir. Digər tərəfdən, bədbəxt olan insanlara baxdığımızda qarşımıza çıxan mənzərə isə ümumiyyətlə ciddi, özünə inamı aşağı və gülməyən üzlərin rəsmidir.

8. Ehtiraslıdırlar

Xoşbəxt insanların bir digər ortaq xüsusiyyəti də həyatı ehtiraslı yaşamaları və bu ehtiraslarını həmişə yüksəklərdə tutmaq üçün çalışmalarıdır. Xoşbəxt insanlar ümumiyyətlə axtardıqları şeyləri həyatlarının bir yerində, ya da bir dövründə tapan və daim sevdikləri şeyləri edərək zaman keçirən fərdlərdir.

9. Maneələrdən fürsətlər yaradarlar

Xoşbəxt insanlar ümumiyyətlə həyatın onlara təqdim etdiyi çətinlikləri qəbul edən və bu çətinlikləri özlərini inkişaf etdirmək üçün fürsətə çevirən insanlardır. Mənfiliklərdən müsbət vəziyyətlər yaradarlar və hər zaman stəkanın dolu tərəfinə baxarlar. Öz iradələri xaricində inkişaf edən hadisələrə ilişib qalmaq yerinə, problem yaradan vəziyyətlərə yaradıcı həll tapmaqla məşğul olarlar.

10. Anı yaşayarlar
Bədbəxt insanlar keçmişlərinə ilişib qalırlar, gələcək haqqındakı narahatlıqlarını zaman göstərəcək,ancaq onlar boş vaxt sərf edərlər. Xoşbəxt insanlar isə içində olduqları anın dadını çıxarmaqla məşğuldurlar. Yaşadıqları anın dəyərini bilirlər və o anı mümkün ola bildiyi qədər öz xoşbəxtlikləri istiqamətində dolu-dolu yaşamağa çalışarlar.

Özünüzü xoşbəxt insanlar qurupuna aid hiss etməniz arzusu ilə...
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 926
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri