Həyati hədəfinizi seçməkdə 7 sual yardımı

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1042
Səs ver:
(səs: 1)
Həyati hədəfinizi seçməkdə aşağıdakı yeddi sual sizə yardımçı ola bilər:

1. Hansı işlə məşğul olmaq daha çox xoşunuza gəlir?
Sizin hədəfiniz sevdiyiniz şeylə birbaşa əlaqəlidir. Ən aydın məqsədli insanlar o adamlardır ki, sevdikləri işlə məşğul olurlar. Məsələn Bil Geyts kompyuterləri, Opra Uinfri adamlara yardım etməyi sevir, Edison isə yeni bir şey icad etməyi sevirdi. Bəs sizin xoşunuza gələn nədir?
Bəlkə siz oxumağı, yazı yazmağı sevirsiniz; bəlkə idmanla məşğul olmaq, oxumaq, rəsm çəkmək və ya yemək bişirməkdən xoşunuz gəlir? Bəlkə bizneslə məşğul olmaq, alqı-satqı etmək, ünsiyyət qurmaq və ya hər hansı bir şeyi təmir etməkdən xoşunuz gəlir? Ya da bəlkə insanları dinləməkdən zövq alırsınız? Hər halda, sizin hədəfiniz sevdiyiniz şeylə bağlı olmalıdır.

2. Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
Boş vaxtlarınızda məşğul olduğunuz məşğuliyyət sizə həyatdakı hədəfinizi tapmaqda yardımçı ola bilər. Rəsm çəkməyi sevirsinizsə, deməli, bu məşğuliyyət sizə istiqamət verə bilər. Bunu istənilən hobbi və maraq haqqında da söyləmək olar - istər yemək hazırlamaq olsun, istərsə də insanlarla danışıqlar aparmaq və s. Siz sadəcə bu əlamətləri gözardı etməməlisiniz. Bəs bu əlamətləri necə ayırd etmək olar? Məsələn, kiminsə təhsil almaqdan və nə isə yeni bir şey öyrənməkdən xoşu gəlir. Ola bilər ki, belə bir şəxsin həyati məqsədi müəllimlikdir. Buna görə də mütləq bu haqda düşünün: Boş vaxtınızda nə işlə məşğul olursunuz və ya nə işlə məşğul olmağı istəyərdiniz?

3. Daha çox nəyə diqqət göstərirsiniz?
Satıcı asanlıqla malın satılıb-satılmayacağını ayrıd edə bilir. Saç ustası insanın saç düzümünə diqqət edir, dizayner zövqsüzlüyü seçə bilir, mexanik isə maşının səsindən onun durumunu müəyyən edə bilir. Bəs siz nəyə diqqət edirsiniz? Sizdə nə ikrah hissi doğurur? Sizin verdiyiniz cavabların hamısı həyati hədəfinizi seçməkdə sizə yardımçı olacaqdır.

4. Öyrənmək istədikdə nə haqqında məlumat almaqdan xoşunuz gəlir?
Hansı kitab və jurnalları oxumaq xoşunuza gəlir? Bəlkə sizə biznez, kulinariya və ya balıq tutmaq haqqında oxumaq zövq verir? Hər halda, siz öz tərcihinizi həyatınızda həll etməyinizin zəruri sayıldığı problemə eyham kimi qiymətləndirməlisiniz. Düşünün, əgər şəxsi kitabxananızı qurmaq istəsəydiniz, oraya hansı kitabları seçərdiniz? Bəlkə sizin xoşunuza gələn kitablar fərdi inkişafla bağlıdır?

5. Hansı şey sizdə incəsənətlə məşğul olmaq arzusu yaradır?
Bəlkə sizin üçün alqı-satqı prosesi bir incəsənət təcəssümüdür? Ya da bəlkə siz jurnalda yeni orijinal yemək resepti görən kimi dərhal onu hazırlamaq istəyirsiniz? Bəlkə qarşılaşdığınız hansısa bir səhnə sizdə gördüklərinizi kağız üzərinə köçürmək hissi yaradır? Düşünün görün, sizi nə irəliyə doğru çəkir?

6. Ətrafınızdakı insanların sizdə bəyəndiyi keyfiyyət nədir?
Ətrafınızda sizi dəyərləndirə biləcək insanlar vardırmı? Əgər sizin bişirdiyiniz yemək kiminsə xoşuna gəlmirsə, sizdən çətin ki, baş aşpaz çıxsın. Bəlkə camaatın sizin oxumağınızdan xoşu gəlir, ya da sizin rəsm qabiliyyətinizi, alqı-satqı bacarığınızı tərifləyirlər?Gəlin razılaşaq ki, hər birimizdə elə bir xüsusiyyət vardır ki, başqa insanların da xoşuna gəlir.

7. Əgər siz qəti surətdə bilsəydiniz ki, uğur qazanacaqsınız hansı peşə ilə məşğul olardınız?
Kimsə şəxsi gözəllik salonunu açardı, kimsə öz gücünü musiqi layihəsində sınayardı, kimsə bir dükan açıb ticarətlə məşğul olardı. Sizin də verəcəyiniz cavab axtardığınız həyati hədəfiniz üçün açar rolunu oynayacaqdır.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1042
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 4927
Xəbər sayı: 48
fiyonik
Menim de hedeflerime qarsi hormet gozleyirem ailemden
6 yanvar 2018 14:33
3
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 3636
Xəbər sayı: 171
Meleknur
Eslinde suallarin coxsu eyni cavaba getirir insani.
Esni suallar amma bawqa wekilde verilir ve cavablar ise eynidi insanin istediyi weyi tekrar gosterir
6 yanvar 2018 10:13
2
Düşdüyündə ümidini, qalxdığında insanlığını itirmə!
Şərh sayı: 15091
Xəbər sayı: 6883
YalniZ-ArZu
Esas da gencler ucun cox lazimli ve faydali meslehetlerdir,ele olur gencler qalir arafta,ata ana bir senet deyir,ozleri bawqa senet axtarir,ona gore gelecekleri dumanli gorunur gozlerine.)
6 yanvar 2018 09:25
1
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri