Oturuş pozisiyanız xasiyyətiniz barəsində nə deyir?

Müəllif: arzum-aysum
Şərhlər: 9
Baxılıb: 3 369
Səs ver:
(səs: 1)
Oturuş pozisiyanız xasiyyətiniz barəsində nə deyir?

Əslində, bədən dili vasitəsi ilə insanlar haqqında bir çox şey öyrənə bilərik.

Yorğun, həyəcanlı, qəmli və ya şən olub-olmadıqlarını insanların bədən dillərindən anlamaq mümkündür. Lakin, oturuş pozisiyaları insanlar haqqında birbaşa olaraq məlumat vermir.

Bəzi detalların fərqinə varıb diqqətli şəkildə yozmaq lazımdır.

Hamımız özümüzü rahat hiss etdiyimiz şəkildə otururuq. Əslində isə, bu bizim seçimimiz deyil. Vərdişdir və o şəkildə oturmağa vərdiş olmuşuq.

Ən çox bilinən 5 oturuş pozisiyalarının nə anlama gəldiyinə baxaq. Çox güman ki, siz də bu 5 oturuş pozisiyalarından birini istifadə edirsiniz.

A pozisiyası
Belə oturan insanlar yaradıcı və xarizmatik insanlardır. Xoşbəxtdirlər və bir an belə sıxılmırlar. Problemlərə baxış tərzləri ilə çox qısa bir zaman kəsiyində problemə cavab tapırlar. Ağıllarına gələni deyərlər. Ünsiyyətcil insanlardır.

B pozisiyası
Bu formada oturanlar xəyalpərəstdirlər. Xəyal gücləri qüvvətlidir və xəyalları ilə yaşayırlar. Bu, insanlar dostları və iş yoldaşları arasında çox səmimidirlər. Macerapərəstdirlər, səyahət etməyi sevirlər və yeni dostluqlara açıqdırlar. Dəyişiklik etmək üçün yeni ili gözləmirlər. Ağıllarına gələn fikri anındaca həyata keçirirlər. Bu cür insanlar yaşadıqları şəhəri, sevdiyi insanları və ya işlərini tez-tez dəyişə bilirlər. Eyni yerdə uzun müddət qalmaqdan sıxılırlar.

C pozisiyası
Belə oturan insanlar bir şeyə diqqətlərini cəlb etməkdə çətinlik çəkirlər. İnsanların xaos olaraq gördükləri şey onlar üçün həyatın normal bir parçasıdır. Özlərinə xas tərzləri var. Rahatlığı sevirlər və canlarının qiymətini bilirlər.

D pozisiyası
Bu pozisiyada oturanlar dəqiq, ağıllı və yaxşı davranışlara sahibdirlər. Bu cür insanlar düşüncələrini və duyğularını özlərinə saxlayırlar. Hər şeyi hər kəslə paylaşmağı sevmirlər. İnsanlarla üzləşməkdən qorxmurlar. Ancaq, doğruları müdafiə edərkən insanların qəlblərinə dəyə bilərlər.

E pozisiyası
Bu tip insanlar normalda diqqətlərini karyeralarına yönəldirlər və həyatın əsl məqsədinin pul qazanmaq olduğunu düşünürlər. Ailə qurmaq üçün tələsmirlər. Çatmaq istədikləri arzuları böyükdür və bunları həyata keçirmək üçün lazım olan hər şeyi edərlər.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 3 369
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri