Allergiyalı uşaqlara bu qidaları vermək olmaz – ÖZƏL MENYU

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 2 333
Səs ver:
(səs: 0)
Son illər allergiyalı uşaqların sayı həddindən artıq çoxalıb.
Bu isə onlarda bir çox narahatlıqlara və problemlərə səbəb olur. Xüsusilə də allergikuşaqların qidalanması zamanı valideynlər onları necə qidalandıracaqları ilə bağlı çətinlik çəkirlər.
Bəs bu cür uşaqların menyusu necə
təşkil olunmalıdır ki, hansısa allergik reaksiyaya səbəb olmasın?

Pediatr Günay Rəsulovabununla bağlı xüsusi menyu hazırlayıb.
Qadınla.Com həmin menyunu valideynlərin diqqətinə çatdırır.

Yeyilməsinə icazə verilməyən qidalar:
Şirin qidalar (şirniyyatlar, tortlar, kekslər, şokolad, mürəbbə, cem, şirin çay)Ədviyyatlı, duzlu, istiotlu qidalar

“Abur-cubur” (çipsi, pepsi, suxarı, qazlı içəcəklər, jelibon, marmelad, çubuqlar vəs)Ketçup, tomatRəf ömrü uzun qidalarSitrus meyvələr, qırmızı meyvələr (portağal, naringi, kivi, ananas, çiyələk, moruq)Qızartma yeməklər (yanmış yağ)

Yatmazdan öncə süd vermək (reflyuksa bağlı astma riski yaratdığı üçün)Fast foodlar:
(dönər, pizza, hamburqer, Mc Donalds, KFC, kartof free)Kolbasa, sosiskaYumurtaSüd (fərdi həssaslıq)Bal

Mövsümi olmayan
meyvə tərəvəzlər
Broyler toyuqlar
Enerji içkiləri
Ağ un məmulatları

Qidalanması məsləhət olanlar:
Şorba, bulyon
(yağsız mal və ya toyuq ətində, qovrulmuş soğan və tomatsız)
Tərəvəz püreləri (mövsümi)
Mövsüminə uyğun allergik olmayan meyvələr,
tərəvəzlər
Sıyıqlar (südsüz və ya südlü fərdi həssaslıq nəzərə alınmaqla)

Turş süd məhsulları:
qatıq, süzmə, kəsmik.

Körpələrdə inək südü allergiyasında süd verən ananın belə, bu qidaları qəbul etməməsi məsləhətdir)Lobya, mərci (fərdi həssaslığı yoxdursa)Sobada bişirilmiş ət, ət yeməkləri

GöyərtilərTərəvəz şorbaları (zeytun yağında)Pürelər (meyvə, tərəvəz)Şəkərsiz, evdə hazırlanmış peçenyelər, (çovdar unu məsləhətlidir) bişmələrBitki çayları

Təzə meyvə sularıTaxıllar:
düyü, qarabaşaq, herkules, mannı, qarğıdalı, bulqurYeməklər: küftə, buxarda kotlet, dolma, bulqur (tomatsız, qovrulmuş soğansız), dovğa, aş, qarabaşaq, ispanaq, qara mayasız çörək, zamanla allergiyaya görə sınanılmış digər qidalar və s.

Günay Rəsulova diqqətə çatdırır ki, allergiya barmaq izi kimidir. Hər kəsə özəldir. Bu səbəbdən istifadə etmək istədiyiniz hər qida üçün uşağı allergiyaya görə düzənli nəzarətdə saxlayan həkiminizlə məsləhətləşməyi unutmayın. Öz həkiminizin məsləhəti hər kəsin məsləhətindən üstündür.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 333
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri