Maral ətinin faydaları

Müəllif: Barbaris
Şərhlər: 6
Baxılıb: 308
Səs ver:
(səs: 0)
Mətbəxlərdə ən çox gənc maralın ətindən istifadə edilir. Maral əti Şimal ölkələrdə yaşayan əhalı tərəfindən daha çox istifadə olunur. Onun xüsusi dadı olur və müalicəvi, dietik ətlərdən hesab edilir. Maral əti bişirildiyi zaman gözəl dada malik xüsusi bulyona və ətə çevrilir. Ondan avitaminozlar və maddələr mübadiləsinin pozulmaları zamanı istifadə edilir. Maraldan məşhur diç adlanan yemək hazırlanır. Maral ətini buxarda və ya közdə bişirirlər.
Necə seçməli?
Qadınla.com bildirir ki, ən yaxşı maral əti 6 ayına qədər yaşı olan maralın əti hesab olunur. Gənc maral əti tünd qırmızı rəngdə və zərif, yaşlı maralın ətinin rəngi isə daha tünd və bərk olur. Ən yaxşı maral əti isə erkək maralın əti hesab edilir.
Necə saxlamalı?
Maralın ətində yağın miqdarı az olduğuna görə onu uzun müddət saxlamaq olmur. Maral əti tez xarab olan ətlərdəndir. Onu hətta dondurucuda 3 gündən artıq saxlamaq mümkün deyil. Çünki saxlanılan maral əti dadını və keyfiyyətini itirir. Maral ətindən müxtəlif dadlı yeməklərin hazırlanmasında geniş istifadə edilir.
100 qram maral ətinin qida dəyəri:
- Zülallar - 19,5 qr
- Yağlar - 8,5 qr
- Su - 71 qr
- Kalori - 154,5 kKal.
Maral ətinin bir çox müsbət özəllikləri var. Onun tərkibində yağların və xolesterinin miqdarı çox azdır. Bu ət ürək-damar sistemi xəstəliklərinin əmələ gəlməsi üçün riskli qida sayılmır. Maral ətinin tərkibində yağların miqdarının az oluğuna görə o orqanizm üçün zərərli sayılmır. Onun tərkibində PP, B1, B2, B1 vitaminləri vardır ki, bu vitaminlərin qarışımı beynin funksiyasını yaxşılaşdırır, beyin hüceyrələrinin inkişafına səbəb olur, enerji mübadiləsini normallaşdırır, iştahanı artırır. Maral ətinin tərkibindəki antioksidantlar xərçəng hüceyrələrinə qarşı mübarizə aparmaq qabiliyyətinə malikdir. Maral əti antibiotik və müalicəvi təsirlərə malikdir. Bu səbəblər onun digər ətlərdən qiymətli olmasını təsdiq edir. Maral əti qoyun, toyuq və mal ətindən daha tez orqanizm tərəfindən sorulmaq qabiliyyətinə malikdir. Mütəmadi olaraq maral əti yemək atereskleroz, şəkərli diabet və hipertoniya xəstəliklərinin əmələgəlmə riskini aradan qaldırır. Maral əti yemək maddələr mübadiləsini yaxşılaşdırmaqla orqanizmdə piy toxumasının yığılmasının qarşısını alır. Onun tərkibində olan maddələr sərbəst radikallara qarşı mübarizə aparır, orqanizmdən ağır metal duz zəhərlənmələrinin xaric olunmasını sürətləndirir. Maral əti ürəkdə infarkt xəstəliyinin əmələgəlmə riskini aradan qaldırır.
Maral əti yemək dərini cavan və gözəl saxlayır. Hamilə və uşaqəmizdirən qadınlara maral əti yemək çox faydalıdır. O orqanizmin kanserogen maddələrə qarşı olan müdafiəsini möhkəmləndirir. Maral ətini kartof, tərəvəz və göbələklərlə bişirmək olur. Ondan dadlı kabab bişirilir. Maral əti dietik qida sayılır. O orqanizmi təmizləyici və sağlamlaşdırıcı qidalardan hesab edilir. Sağlam həyat tərzi yaşamaq istəyənlərə maral əti yemək tövsiyə edilıir. O dərinin elastik və davamlı olmasına səbəb olur.
Maral ətinin zərərli xüsusiyyətləri

Maral ətinin zərərli olması barədə heç bir yerdə qeydlərə rast gəlinməyib. Nadir hallarda maral əti allergik reaksiyaların meydana çıxmasına səbəb olur.

(səs: 0)
Şərhlər: 6
Baxılıb: 308
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
lazimli xeberdir

lazimli xeberdir
11 iyul 2018 19:54
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
❤Ə❤CANAN❤G❤
Sitat: Yağmur
Maral eti de yeyilir ki? Birazda aclıq olsa bir birimizi yeyeceyik
5 iyul 2018 23:50
5
canan qizim sirin seker qizim.
Offline
BARBI
Hec yemeremde.Yaziq heyvanin nesli tukenir
5 iyul 2018 10:21
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Narın Yağış
Sitat: YalniZ-ArZu
yaa yaziq deyilmi bu qeder gozel heyvana? onu yemeye kim qiyar?((

- Eynən onu yazacaqdım Arzuş pff
5 iyul 2018 09:54
3
Düşsən üstündən keçəcək insanlar var...

Ayaqda qal...
Offline
YalniZ-ArZu
yaa yaziq deyilmi bu qeder gozel heyvana? onu yemeye kim qiyar?((
5 iyul 2018 09:51
2
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
Cema_Axodova
Maraqli melumatcun tewekkurler
5 iyul 2018 09:45
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri