İnsan orqanizminin gizli həkimi- Çeynəmək bizi nələrdən xilas edir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 2 456
Səs ver:
(səs: 0)
XXI əsr sürət əsridir. Bütün dünyada insanlar daim sanki harasa tələsir, işlərini tez-bazar həyata keçirməyə çalışırlar. Normalara əsasən, gündə 3 yemə fasiləsinə vaxt ayrılmalıdır. Lakin insanlar bunda da dırnaqarası yanaşır və naharlarını (şam və səhər yeməklərini) sürətlə həzm-rabedən keçirirlər. Bu zaman çox vacib bir prosesi unuduruq – çeynəmək! Biz hələ də tam bilmirik ki, çeynəmə prosesi insan orqanizmi üçün nə dərəcədə vacibdir!

Lakin bir çox sağlamlıq və gigiyena mütəxəssisləri qidaları düzgün çeynəmənin gərəkliliyinə hər zaman önəm veribər. Bunların arasında böyük yapon alimi Katsudzo Nişini göstərmək kifayət edir.

Qadinla.com xəbər verir ki, Azərbaycanda Nişi sisteminin təbliğatçılarından olan Ərşad Əzimzadə düzgün qidalanma, xüsusən də çeynəmənin faydaları haqqına bunları deyir:

“Adətən,biz yemək yeyərkən,ömrümüz boyu harasa tələsirik və qidanı bir təhər gəvələyib, mədəyə ötürürük.Elmi dildə desək,“passiv çeynəmə və aktiv udma” prosesinə əməl edirik.Çeynəmə aləti olan dişlər işlə yaxşı yüklənmədiyi üçün, tənbəlləşir və tez sıradan çıxır. Halbuki bir sıra Asiya və Afrika ölkələrində qidalanarkən “aktiv çeynəmə və passiv udma” prinsipini tətbiq edirlər.Burada yaşayanlar bir xışma düyünü, yaxud buğdanı 10-12 dəqiqə ərzində çeynəyirlər. Qida ağız şirəsi ilə mükəmməl qaydada reaksiyaya girir.Əbəs yerə deməyiblər ki,hindular bir xışma düyüdən daha çox faydalı maddələr alırlar, nəinki ingilislər bifşteksdən.

Tüpürcəyin ən başlıca funksiyası qidaya kimyəvi təsir göstərməkdir.Bu təsir nişastalı maddələri şəkərə çevirir.Udulan qida kifayət qədər çeynənilmirsə və tüpürcəklə isladılmırsa,onda qidanın bir şəkildən başqa şəkilə çevrilməsi prosesi pozulur, qida pis həzm olunur. Baş kimyəvi laboratoriya sayılan mədə 5 stəkan həcmində(bəzən daha çox) qida tutan kisədir.Mədə şirəsində pepsin adlı kimyəvi maddə vardır.Pepsin qidanın çevrilməsində mühüm rol oynayır.Sağlam adamın mədəsində 4,5 litr mədə şirəsi hasil olunur.Tüpürcəklə yaxşı isladılmış qida mədəyə 82 daxil olanda,mədə şirəsi çox rahat işləyir.Qida ağızda yaxşı çeynənməyəndə,yaxud qarınqulu adam mədəni qida ilə ağzınacan dolduranda, qida həzm olmaq əvəzinə,başlyır qıcqırmağa və çürüyür.Mədədə yaranan zərərli ferment uzun müddət orada qalır,yeni qidaya qarışır və acıma, qıcqırma prosesi davam edir. Mədə pinti zibilxanaya çevrilir.Mədənin üst hissəsi elastikliyini itirir,süzülüb nazikləşir,lırt olur,mədə vəzilərinin deşikləri tutulur və xəstəliklər baş alıb gedir. Bu yerdə peyğəmbərimizin müdrik kəlamını bir daha yada salmaq yerinə düşər:“Bütün fəsadların yuvası -mədədir, bütün dərdlərin çarəsi-pəhrizdir”.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 456
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri