Sahurda nə yeməliyik? Sağlam qidalanma tövsiyələri

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 1 788
Səs ver:
(səs: 0)
Ramazan ayında da kilo verməyə davam edib formada qala biləcəyinizi bilirsinizmi? İftardan daha çox sahurda yediklərimizə diqqət etməliyik. Hələ ki, sahur edib yatdığımızı fikirləşsək…

Əlbəttə, hər kəs oruc tuta bilməz. Orucu hər hansı bir metabolik xəstəlik dediyimiz (şəkər, təzyiq, ürək və s.) xəstəlikləri olmayan, günün müəyyən saatlarında dərman istifadə etməyən, sağlam insanlar tutmalıdır.

Bir çox insanlar ramazanda sağlam qidalanmanın mümkün olmayacağını düşünürlər. 17-18 saat ac qaldıqda, iftarda və sahurda yediklərinin miqdarına nəzarət edə bilməyəcəyini düşünüb, pəhriz saxlamaqdan, yəni balanslı qidalanmaqdan imtina edirlər. “Həm uzun müddət aclıq çəkirik həm də axşam az yesək bədən dayanmaz” sözünü çox eşitdim. Bəli, haqlısınız onsuz da buna görə, keyfiyyətli qidalardan enerjini almalıyıq ki, bizi daha çox tox tutsun.

Bəli, iftar və sahur arasındakı müddət qısadır. Buna görə də sağlam qidalar seçin ki, gün boyu həm qida, həm də vitamin/mineral ehtiyaclarınız ödənsin. Şübhəsiz ki, şirniyyat yemək meyvədən daha cəlbedicidir. Bəs yediyiniz şirniyyatın meyvəyə nisbətlə daha tez acmağınıza səbəb olduğunu bilirsinizmi? Məncə meyvəyə bir şans verməlisiniz.

Sahurda mütləq qəbul edilməlidir;

Sahurda xüsusilə tox tutan qidaların yeyilməsi lazımdır.

YUMURTA
Xolesterol probleminiz yoxdursa, mütləq 1 ədəd qaynadılmış hətta 2 də ola bilər yumurta yeyin. Həm ana südünə bərabər keyfiyyətdə zülal ehtiva edir, həm də uzun müddət tox saxlayır.

Çörək
Mütləq sağlam çörək qəbul etməyə çalışın. Xüsusilə də buğda unundan hazırlanan çörəklər. Tərkibindəki lif sayəsində həzm prosesi uzun çəkəcəyindən sizi uzun müddət tox tutacaqdır.

Çörək əvəzinə; yulaf, granola, müsli və s. kimi qidalar da sizi uzun müddət tox tutacaqdır.

Sağlam yağlar
Qoz, fındıq, badam kimi sağlam yağ ehtiva edən çərəzlər yenə sizi tox tutacaqdır.

Süd / qatıq / kefir
Sahurda mütləq 1 su stəkanı qədər süd, qatıq və ya kefir içməyə diqqət edin. Tərkibindəki sağlam yağ və zülal sayəsində sizi uzun müddət tox tutacaqdır. Kiçik bir məsləhət vermək istəyirəm. Əgər ürəyiniz çox şirin istəyərsə, südünüzü darçınla və ya kakao ilə qarışdırıb içə bilərsiniz. Bu sizin şirin istəyinizi öldürəcəkdir.

Meyvə
Ümumiyyətlə meyvələri iftar ilə sahur arasında ara öyündə yemək məsləhətdir. Amma yenə də sahurda da yeyilə bilər. Meyvələrin xüsusilə lifi çox olanlarından qəbul etməyə çalışın. Məsələn, alma, armud, ananas, kivi, çiyələk, gavalı və s. Bu sayədə həzmi uzun olacaq və dərhal acmağınızın qarşısını alacaqdır.

Sahurda yeyilməsi lazım olmayan qidalar
Şəkərli və xəmir yeməklər, yağlı duzlu və qızarmış qidalar, turşular, işlənmiş qidalar (sosiska, kolbasa, basdırma və s.) kimi şeyləri sahurda yeməkdən imtina edin. Bu yeməklər sizi tox tutmaq yerinə daha da gün ərzində susuz qalmağınıza səbəb olacaqdır.

Su miqdarı
İftar ilə sahur arasındakı vaxt az olduğu üçün içilə biləcək su miqdarı da məhduddur. Bu görə, ən az 1,5 litr su mütləq qəbul edin. Suyu bir dəfəyə içməyin. Müəyyən vaxt aralıqlarına bölərək içsəniz böyrəklərə də həddindən artıq yüklənmiş olmazsınız.

VİTAMİN/MİNERAL ƏLAVƏSİ
Kifayət qədər qida qəbul edilə bilmədiyi üçün mütləq multivitamin və omeqa-3 qəbul etməyə çalışın.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 788
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri