İdmançıların ispanaq yeməsi niyə qadağandır? - Alman mütəxəssislər açıqladı

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 1 776
Səs ver:
(səs: 0)
İspanağın əzələ böyüməsində və bərkiməsində əvəzsiz rolu elmi sübutunu tapıb.

Qadınla.Com xəbər verir ki, Almaniyanın Berlin Freie Universitetinin professorları Ümumdünya Antodiponq Agentliyi üçün ispanaq üzərində araşdırma aparıb.
Araşdırmada 46 atlet 4 qrupa ayrılıb. Bir qrupun qidalanması nəzarət altında saxlanılıb. Digər qrupa dərman kimi istifadə olunan təsirsiz maddələr verilib. Digər iki qrup isə ispanağın tərkibində olan ekdisteron maddəsindən gündə 2-8 kapsul qəbul edib. Ardınca idmançılar fiziki məşqə başlayıb.
10 həftə davam edən sınaqdan sonra mütəxəssislər ekdisteron maddəsi içən atletlərin digərlərinə nisbətən daha yaxşı əzələ yığdığını və üçqat güc qazandığını təsbit edib.
Ekdisteron maddəsi atletlər üçün nəzərdə tutulan "Steroid" siyahısında qadağan olunmuş maddə kimi yer alıb.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 776
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri