Suyu vaxtında içmək lazımdır – Hansı saatda içilən su faydalıdır?

Müəllif: Ay_işığı
Şərhlər: 9
Baxılıb: 3 561
Səs ver:
(səs: 0)
Çox su içmək yox, vaxtında suyu içmək lazımdır. Bunu bir çox mütəxəssislər bildirir.

Qadinla.com sağlamlıq baxımından sutkalıq su rejimini təqdim edir.

Əgər siz günün saatlarında lazımi qədər su içmirsizsə, çox keçmədən orqanizmin susuzlaşması, su-duz balansının pozulması, ciddi xroniki xəstəliklər qazana bilərsiz.

1. Səhər oyanan kimi su

Dərhal 1 stəkan su içilir. Bir çox həkimlər məsləhət görür ki, bu zaman ilk qurtumları udmayın, əvvəlcə boğaz, ağız boşluğu yaxalayın, çünki gecədən ağız boşluğuna bakteriya və müxtəlif qalıqlar, dilin üzərinə ərp yığılır. Onları su içməklə yenidən mədəyə qaytarmaq olmaz.

2. Yeməkdən 1 saat əvvəl

Bu metobolizmə kömək edir.

3. Yeməkdən 30 dəqiqə sonra

Əslində yeməklə su içmək olmaz fikri mifdir, alimlər bunu dəstəkləmir. Əksinə yemək zamanı, xüsusən quru qidalanmada orqanizmə həzm üçün daha çox maye lazımdır.

Xüsusən müasir insan öz mədə şirəsinə arxayın ola bilməz. Amma yemək zamanı içmək istəmirsizsə, mütləq 30 dəqiqə sonra için. Yeməkdən sonra çay olmaz.

4. Çimməzdən əvvəl

Duş, vanna qəbulundan öncə də 1 stəkan su lazımdır. Bu, təzyiqi stabil saxlamağa kömək edər.

5. Yuxudan əvvəl

1 stəkan su ürəyə düşən yükü azaldır, yaxşı yuxu gətirir, yuxuda ürək tutması riski azalır, yuxuda yenilənən orqan və sistemlərin işi yüngülləşir

6. Yorğun olanda və əhvalın pozulanda

Əhvalı qaldırmaq və enerjilənmək üçün mütləq həmin an bir stəkan su için. Xüsusən qadınlara əsəb və hormonal sistemi tənzimləmək üçün su lazımdır.

7. İdman və məşqlər zamanı

Mütləq fitnes zalında məşqə başlamazdan öncə su için. Yoxsa tərlə itirlən su itkisi ilə orqanizm susuzlaşar. Əzələlər də su ilə çalışır. İntensiv məşqlər zamanı 1 lirt suyu hər 15 dəqiqədən bir az –az içmək lazımdır.

Mədə toxdursa, doludursa, suyu məşqin ortasında için.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 3 561
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri