Sidik yolu infeksiyalarına diqqət edilməlidir.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 367
Səs ver:
(səs: 0)
Qadınlarda sıx rast gəlinən sidik yolu infeksiyasının, körpə ölümlərinin ən əhəmiyyətli səbəbi olan erkən doğuma səbəb ola bildiyi bildirildi.

Pamukkale Universiteti (Pau) Tibb Fakültəsi Qadın Xəstəlikləri və Doğum Fundamental elm sahəsi Başçısı Dos. Dr. Qız Yıldırım, 37 həftədən az müddətdə meydana gələn doğuşların "erkən doğum" olaraq təyin olunduğunu ifadə etdi.
Körpə ölümlərinin də ən əhəmiyyətli səbəblərindən birinin erkən doğum olduğuna diqqəti çəkən Yıldırım, "Erkən doğum körpələrində inkişaf və zəka geriliyi yaşana bilir. Bununla yanaşı bağırsaqlar inkişaf etmədiyi üçün körpələr bəslənə bilmir və bağırsaqlarda qopmalar, cırılmalar meydana gələ bilir. Bir də ağciyərin tam inkşaf etməməsi vəziyyəti var ki bu vəziyyət erkən doğumlarda görülən ölümlərin ən böyük səbəblərindən biridir "dedi.
Elmlər namizədi Yıldırım, körpə ölümlərinin qarşısının alınması baxımından erkən doğum nisbətinin azaldılması lazım olduğunu vurğuladı.
Erkən doğuma səbəb olan bir çox risk faktorunun olduğunu, qadınlarda tez-tez rast gəlinən sidik yolu infeksiyasının da bunlar arasında iştirak etdiyini bildirən Yıldırım, bunları qeyd etdi:
"Sidik yolu infeksiyaları səbəbiylə ifraz olunan bəzi maddələr, erkən doğuma səbəb ola bilir. Onun üçün sidik yolu infeksiyalarını dərhal müalicə edirik. Beləliklə erkən doğumu maneə törətmiş oluruq. Erkən doğum təhdidinə səbəb olan bir başqa faktor da çoxluq gəbəliklərdir. Burada rəhm çox miqdarda gərildiyində sancılar erkən başlaya bilər. Rəhm suyunun çox olduğu hadisələrdə də bənzər mexanizm ilə doğum vaxtından əvvəl reallaşa bilər. "
Qız Yıldırım, erkən doğum riskinin əhəmiyyətli bir problem olduğunu vurğulayaraq, "Hələ də qadın doğum dünyasının ən əhəmiyyətli problemlərindən biri, erkən doğumlardır. Bunun həlli üçün çox böyük bir ictimaiyyət çalışır, amma çox müvəffəqiyyət əldə edilməyib.Çünki doğum başladıqdan sonra dayandırmaq əlimizdə olan dərmanlarla mümkün deyil. Doğumun əlimizdəki dərmanlarla 3 gün qarşısını ala bilirik "dedi.


                    Tərcümə Etdi:  Lovely Girl




(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 367
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri