Bu qidalar insan ömrünü uzadır

Müəllif: Wiyinka
Şərhlər: 4
Baxılıb: 4 541
Səs ver:
(səs: 2)
Amerikanın Harvard Universitetinin alimləri müntəzəm qəbul edildikdə, insan ömrünü uzadan ərzaqların siyahısını hazırlayıb. Araşdırmalarda 30 min insan iştirak edib.

Birinci yerə alimlər meyvə və tərəvəzləri layiq biliblər. Ancaq alimlər deyirlər ki, bunlar rəngbərəng olmalıdır. Xüsusən, tərəvəzlər maddələr mübadiləsinin normal getməsinə və arıqlamağa kömək edir. Gündə 3 porsiya tərəvəz yemək infarkt riskini 42 faiz azaldır.

Siyahının ikinci yerində tərkibində katexin olan yaşıl çay qərarlaşıb. Bu üzvi maddələr həzm sistemində xərçəng əmələgəlmə təhlükəsini 20 faiz azaldır. Alimlər qeyd edir ki, profilaktika üçün gündə 1 fincan yaşıl çay içmək kifayət edir.

Siyahının 3-cüsü sitrus bitkiləri - portağal, limon, qreypfrut dayanır. Bu meyvələr qanda xolesterini aşağı salmağa kömək edir.

Daha sonra siyahıda düyü, küncüt, yulaf, paxla, yer kökü, badımcan, şirin bibər, püstə və çay kimi qida maddələri yer alıb.

Bundan başqa alimlər qeyd ediblər ki, qəhvə də insan ömrünü uzatmağa kömək edir. Gündə 1 fincan qəhvə ömrü təxminən 2 ilə qədər uzadır.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 4 541
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri