Təbii ağrıkəsici tərkibli qidalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 912
Səs ver:
(səs: 2)
Əvvəl təbii ağrı kəsiciləri yoxlamağa cəhd göstərin, ağrıdan xilas ola bilmədiyiniz təqdirdə tibbi müalicə yollarına müraciət etməlisiniz. Beləliklə, 5 təbii ağrı kəsici barədə məlumat:

Kofein
İdmandan sonra dözülməz əzələ ağrıları ilə mübarizə aparırsınız? Bu vəziyyətinizdə kofein sizə kömək edə bilər. Gürcüstan Universitetində görülən işlərdən sonra məlum olub ki, gündə iki fincan qəhvə içən könüllülərin ağrıları 48 faiz azalıb.

Çobanyastığı çayı
Əsrlərdir mədə xəstəlikləri, yuxusuzluq, narahatlıq kimi problemlərə əlac olan çobanyastığı çayı… Təbriz Universitetində aparılan təcrübələrdən sonra bildirilib ki, bu çay iltihabı azaldaraq bir çox ağrını da azalda bilər. O, mədə ağrılarına da sakitləşdirici təsir göstərir.

Zəncəfil
Mədə narahatlığı, soyuqdəymə kimi problemlərin qarşısını aldığı düşünülən zəncəfil hər gün istifadə olunsa, məşq sonrası əzələ ağrılarının sakitləşməsinə kömək edə bilir, əzələ ağrılarını azaldır. Gürcüstan Universitetinin araşdırmasında könüllü bir qrup gündə iki qram çiy zəncəfil yeyərkən, digər qrup eyni miqdarda isidilmiş zəncəfil yeyiblər. 11 gün sonra hər iki qrupda da məşq ağrılarının 25% azaldığı məlum olub.

Yağlı balıq
Qızılbalıq, skumbriya kimi omeqa 3 yağ turşuları baxımından bol yağlı balıqlar təbii anti-iltihab xüsusiyyəti daşıyır. Pitsburq Universitetinin etdiyi tədqiqata görə, tərkibində omeqa 3 ehtiva edən yağlı balıqlar revmatizm ağrılarının sakitləşməsinə yaxşı təsir göstərir.

Albalı
Oreqon sağlamlıq və elm Universitetinin tədqiqatına görə, albalıda olan antioksidantlar oynaq ağrısının yol açdığı xroniki iltihabı azaldan təsirə sahibdir. Daha əvvəl edilən bir tədqiqatda da albalının əzələ ağrılarını aradan qaldırdığı məlum olub. İltihabla mübarizə üçün gün ərzində bir stəkan albalı suyu və ya bir qab albalı yemək lazımdır.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 4 912
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri