İmmuniteti gücləndirən təbii antibiotiklər

Müəllif: tek umidim sen
Şərhlər: 13
Baxılıb: 1243
Paylaş:
Səs ver:
(səs: 5)
Antibiotik sözü «anti» — qarşı və «bio» — həyat sözlərindən əmələ gəlib.

Bu preparatlar mikrobları məhv edir. Bir çox xəstəliklərin (məsələn, tonzillit, haymorit, otit və s.) müalicəsində antibiotiklərdən istifadə olunur.

Təbiətdə insan orqanizminə antibiotiklərin təsirinə oxşar təsir edən bəzi bitkilər və maddələr var. Onlar da orqanizmə düşən zərərli mikrobları məhv edir. Bundan əlavə bu təbii vasitələr virusəleyhinə təsir edir (kimyəvi antibiotiklər — yox!), immuniteti möhkəmləndirir, bağırsaqların xeyirli mikroflorasını məhv etmir (kimyəvi antibiotiklər isə edir!), allergik reaksiyalara çox nadir hallarda səbəb olur (antibiotiklər isə kifayyət qədər tez-tez müxtəlif allergik reaksiyalara səbəb olur). Beləliklə təbii «antibiotiklərin» bir çox üstünlükləri var. Əlbəttə ki, həqiqi antibiotiklərləri heç bir təbii vasitələrlə tam əvəz etmək mümkün deyil. Lakin təbii antibiotiklərin istifadəsi soyuqdəymə və iltihablar zamanı müalicə müddətini xeyli azalda bilər.

Beləliklə, təbii antibiotiklərin arasında bu kimi məhsulları göstərmək olar.

— Moruq və moruq mürəbbəsi. Moruğun tərkibində asetilsalisil turşuya oxşar maddələr var. (Biz bu turşunu «aspirin» kimi tanıyırıq.) Bu səbəbdən moruq orqanizmə hərarətsalan, iltihabəleyhinə, ağrısızlaşdıran təsir edir. Qripp və soyuqdəymələr zamanı moruq mürəbbəsi əvəzolunmaz vasitədir.

— Bal qədim vaxtlardan müxtəlif iltihablar zamanı istifadə olunur. Bal mikrob, iltihab və göbələkəleyhinə təsir edir. Bu əsl təbii antibiotikdir.

— Xardal da orqanizmə güclü iltihab və mikrobəəleyhinə təsir edir. Məhz bu səbəbdən soyuqdəymənın ilk simptomlarında xardal əlavə olunmuş isti ayaq vannaları çox yaxşı təsir edir. 5 l isti suya 2 xörək qaşığı quru xardal əlavə olunur. Bundan əlavə xardal  boğaz iltihabları zamanı da uğurla istifadə oluna bilər. 1 stəkan ilıq suya 1/2 çay qaşığı quru xardal əlavə olunur, qarışdırılır və qarqara edilir. Boğazda «qaşınma» hissi və ağrı yox olur, iltihab azalır.

— Sarımsaq və soğan da orqanizmə güclü iltihab, mikrob və virusəleyhinə təsir edir. Angina zamanı sarımsaqla qarqara etmək yaxşıdır. Bunun üçün 1 diş sarımsağı xırda doğrayın, üzərinə 1/2 stəkan isti su tökün, 15 dəqiqədən sonra süzün və qarqara edin (gün ərzində 3-4 dəfə).

— Qara qarağat və qara qarağat mürəbbəsi də soyuqdəymələr və iltihablar zamanı geniş istifadə olunur.

— Ağ turpun şirəsi çox yaxşı iltihabəleyhinə təsir edir və bəlgəmgətirici vasitə kimi istifadə olunur. Öskürək, bronxit zamanı çox güclü müalicəvi təsir edir.

— Qıtığotu kökün tərkibində də antibiotiklərin tərkibinə oxşar maddələr var. Qıtığotu müxtəlif iltihablar zamanı və həmçinin profilaktik məqsədi ilə istifadə oluna bilər.

— Qreypfrutun tərkibində olan bəzi maddələr müxtəlif mikroblar, viruslar, göbələklərlə mübarizə aparır.

— Propolis (arı yapışqanı) mikrob və viruslarla çox uğurla mübarizə aparır. Angina zamanı propolislə qarqaralar güclü iltihabəleyhinə təsir edir. Propolis bağırsaqlarda, sidik yollarında və sidik kisəsində olan iltihablarla da mübarizə aparır.

— Bəzi otlar da güclü iltihabəleyhinə təsirinə malikdir. Bu otların arasında: çobanyastığı, sürvə, kalendula, aloe, kalanxoe. Çobanyastığı, sürvə, kalendula kimi otların dəmləmələri angina, bağırsaqlar və sidik yolları iltihabları zamanı uğurla istifadə olunur. Aloe və kalanxoe bitkilərin şirəsi zökəm və haymorit zamanı burna damızdırmaq lazımdır. Bu vasitələr çox güclü təsir edir.

loading...
(səs: 5)
Şərhlər: 13
Baxılıb: 1243
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
lazimli melumatdi
7 aprel 2015 16:21
13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Online
tatyana
demek birsey bildikleri varki boyuklerin,xestelenen kimi moruqlu cay ic deyirler,bal verirler,qreyfrutu esitmisdim
7 aprel 2015 11:24
12
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
Wappuw
gozel meslehetdi,ama bali hec sevmirem
7 aprel 2015 01:25
11
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
Offline
NERGIZ LOVE
Gozel meslehetlerdi.tsk...

Gozel meslehetlerdi.tsk...
7 aprel 2015 00:15
10
SENI EBEDI QELBIME YAZDIM///
Offline
emis
men agrimiram agrimiram ta agriyandada olumnen qayidiram pis gunde oluram taa bali evveller sevirdim indi yox babamin coxlu arilari qesengde bali olur ama men yemirem tesekkurler
7 aprel 2015 00:15
9
Offline
arzum-aysum
men soyuqlayanda derman içmirəm. ancaq moruqlu cay icirem. cox da gozel təsir edir
6 aprel 2015 23:45
8
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
Qlamurr
İmmunitetim zəifdi,dəhşət tez xəstələnirəm.Qeyd olunan vasitələrdən də istifadə edirəm.
6 aprel 2015 23:39
7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Luna-90
Bali sevmirem ancaq bu gunki dietamda vardi 2x/q men 1c/q zorla icdim
6 aprel 2015 22:18
6
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
Meleknur
menim immunitetim zeifdi yanimdan kuley essin tez xestelenirem gec sagaliram
6 aprel 2015 21:40
5
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Offline
aliceWOnDer
Sevmirəm bal
6 aprel 2015 20:34
4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
BARBI
Her biri tebii vasitelerdi her zaman mueyyen miqdarda istifade edilmelidir
6 aprel 2015 20:14
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Fialka
Hər biri faydalı məsləhətlərdi, qeyd olunan qidaların bir neçəsindən istifadə edirəm.
6 aprel 2015 20:10
2
Offline
Catwoman666
Xeberin ön sekli vareee oxxx beh behh baldan otru oluremmmmm
6 aprel 2015 20:01
1
Viking

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv