Sağlam qida məhsulları

Müəllif: Fialka
Şərhlər: 8
Baxılıb: 1488
Paylaş:
Səs ver:
(səs: 5)
Qızıl balıq. Qızıl balıq zülal və LDL xolesterini azaldan, HDL xolesterini artıran omeqa 3 yağ turşularının zəngin mənbəyi hesab olunur. 2002-ci ildə Amerika Ürək Assosiasiyası (American Heart Association) həftədə ən azı 2 dəfə, xüsusilə də qızıl balıq kimi yağlı balıq növü yeməyi tövsiyyə etmişdir. Hazırda süni şəraitdə yetişdirilən qızıl balıq keyfiyyətli hesab edilmədiyi üçün təbii yetişmişlərə üstünlük verilir. Konservləşdirilmiş qızıl balıqlar adətən təbii şəraitdə yetişənlərdir.
 
Soya. Soya məhsulları heyvani qida məhsullarının ən yaxşı əvəzləyicisidirlər. Soya dənələri bütün mühüm amin turşularına sahib yüksək miqdarda zülal tərkibinə malikdir (bu növ tək tərəvəz məhsuludur). Soya həmçinin kalsiumun, dəmirin, sinkin, fosforun, maqneziumun, B vitamininin, omeqa 3 yağ turşularının və liflərin zəngin mənbəyidir. Çoxsaylı elmi araşdırmalar göstərir ki, əhəmiyyətli miqdarda soya zülalına malik pəhriz ürək xəstəliklərinə faydalı ola bilər. Bundan əlavə nəşr olunan bir çox araşdırmalarda soyanın prostat və süd vəzisi xərçəngi, həmçinin osteoparoz kimi xəstəliklərin qarşısının alınmasında əhəmiyyətli olduğu göstərilir.
 
Göyərti . Kələm, çuğundur, çin kələmi, brokkoli, quşqonmaz, yaşıl paxlalar və s. vitamin A və C, dəmir, kalsium və fitonutrientlərlə zəngindirlər. Yaşıl tərəvəzlər çox doyumlu, yüksək lifli və aşağı kalorilidirlər.  Amerika Ürək Assosiasiyası (American Heart Association) tərəfindən işlənmiş yeni pəhriz gündə ən azı 4 dəfə müxtəlif növ tərəvəzlər yeməyi tövsiyyə edir.

Giləmeyvələr. Giləmeyvələr şərtsiz ən sevimli meyvələrdəndir! Onlar C vitamini, fol turşusu, lif və fitonutrientlərlə zəngindir. Həqiqətən də, yüksək antioksidant xüsusiyyətinə malik olduqlarına görə təzə gilemeyvələr xəstəlik əlehinə ən güclü qida məhsullarıdır. ORAC- Oksigen Radikalları Udma Həcmi (antioksidant aktivliyi ölçmək üçün metod) siyahısında birinci yerlərdə dururlar. Giləmeyvəni yeməyə hazırlamaq da asandır- sadəcə yuyur və yaxalayırsan- və qabıq soymağa da heç ehtiyac yoxdur! Üstəlik siz giləmeyvələri desert olaraq da (təzə və ya bişmiş) təqdim edə bilərsiniz.

Emal olunmamış dənlilər meyvə və tərəvəzlərdə rast gəlinməyən bəzi dəyərli antioksidantlara malikdirlər. Onlarda həmçinin B vitamini, E vitamini, maqnezium, dəmir və liflər var. Amerikalılar üçün yeni 2005-ci il Pəhriz Kitabçası böyüklərə yedikləri dənlərin yarısının- gündəlik 5-dən 3 hissəsinin emal olunmamış dənlərdən ibarət olmasını tövsiyyə edir. Rasionunuza daha çox emal olunmamış dənlilər daxil etmək üçün ağ un əvəzinə emal olunmamış buğda unu istifadə edin. Makaron, çörək, biskvit kimi məhsullar aldıqda "emal olunmamış” yazılmasına diqqət edin. Emal olunmamış dənlilərin qəbulunu artırmaq üçün şorbanıza yabanı düyü, təmizlənmiş düyü və ya arpa əlavə edin.

loading...
(səs: 5)
Şərhlər: 8
Baxılıb: 1488
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Nergız33
Balığı cox sevirem ve yeyirem
9 aprel 2015 00:12
8
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Offline
Fialka
Qeyd olunan qidalardan təkcə soyadan istifadə etmirəm ama qalan qidalardan çalışıram sağlam şəkildə istifadə edim.
xəbəri redaktə edənə təşəkkürlər.
8 aprel 2015 23:24
7
Offline
vipbetul
chalishiriq ki her zaman saqlam qidalanaq
8 aprel 2015 23:02
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
emis
burda olanlardan hec birinnen istifade etmirem ama yazilanlardan cox faydali olduqlari gorunur soya mehsullari nedi bilmedim
8 aprel 2015 22:41
5
Offline
Qlamurr
Qeyd olunan məhsullardan balıq və soyanı elədə sevmirəm,digərlərindən xüsusəndə göyərtidən çox istifadə edirəm,həm vitaminli,həm də həzmə kömək edici.Bir sözlə qidalanmağımız sağlamlığımızın göstəricisidir.
Təşəkkür....
8 aprel 2015 22:03
4
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
aliceWOnDer
Cox qidanı sevmirəm,balığıda normal

Cox qidanı sevmirəm,balığıda normal

Cox qidanı sevmirəm,balığıda normal
8 aprel 2015 21:57
3
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
BARBI
En sevmediyim baliqdi hec vaxt yememisem
8 aprel 2015 21:09
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Catwoman666
burda adi sadalanan qidalari cox sevirem
hele balig en cox sevdiyim yemklerdendir. baliq her seyimdiii.
8 aprel 2015 20:11
1
Viking

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv