Yayı yola salmışıqsa, deməli, bədəni qışa hazırlamağın əsl vaxtıdır. Bunun ən yaxşı yollardan biri detoks etməkdir.
Bədəni təmizləyərək onu qışa hazırlayan detoks reseptini təqdim edirik:
Zəncəfilli detoks
Tərkibi:
3 nazik dilim təzə zəncəfil
Bir ədəd yerkökü
Bir ədəd kiçik çuğundur
Yarım alma
Hazırlanması:
Yerkökü, çuğundur, zəncəfil və yarım almanı blenderdən keçirib yaxşıca qarışdırın. Çuğundur və yerkökü şirin olduğu üçün almanı turş seçmək olar. 155 kalori olan bu detoks orqanizmi xəstəliklərə qarşı müdafiə edir.
C vitaminli detoks
Tərkibi:
1 kivi
1 qreypfrut
1 portağal
Yarım çay qaşığı darçın
Hazırlanması:
Kivi, qreypfrut və portağalı blenderdən keçirib üstünə 4-5 çimdik darçın tökün və onları qarışdırıb özünüzə ləzzətli detoks hazırlayın. Bu, immunitet sisteminizi möhkəmləndirəcək, eyni zamanda bədəni ehtiyacı olduğu vitaminlərlə təmin edəcək.
Sarıköklü detoks Tərkibi:
1 armud
1 alma
Yarım çay qaşığı sarıkök
Hazırlanması:
Bu detoks vitaminlər baxımından çox zəngindir. Sadəcə 192 kalori olan bu detoksu etsəniz, onun sayəsində özünüzü hər zamankından daha yaxşı hiss edəcəksiniz. Armud və almanı blenderdən keçirib, üstünə yarım çay qaşığı sarıkök əlavə edib yaxşıca qarışdırın. Bu meyvə suyuna A vitamini, B vitamin kompleksi, C və E vitaminləri daxildir. Sarıköklü detoks sümük güclənməsini təmin edir və qocalmanın qarşısını alır.