Səhərlər ac qarına su içməyin bir çox faydası vardır. Səhərlər ac qarına
su içərək metabolizmanızı sürətləndirə, daha sürətli arıqlaya və parlaq
bir dəriyə sahib ola bilərsiniz.
Həyat qaynağı olan suyu gün ərzində
içməklə birlikdə səhər oyandığınız zaman içmək də sağlamlıq baxımından
önəmlidir. Bədəniniz gecə boyunca susuz qaldığı üçün səhər oyandığınız
zaman ac qarına su içmək bir çox xəstəliyin qarşısını alır. Ancaq su
içmədən öncə mütləq dişlərinizi fırçalamalısınız. Həmçinin dili
təmizləmək də sağlamlıq baxımından önəmlidir. Səhərlər oyandığınız zaman
limonlu və ya azacıq sirkəli su içərək də günə başlaya bilərsiniz.
Bunların immuniteti gücləndirici və iltihablanmanı azaldıcı
xüsusiyyətləri vardır.
Səhərlər ac qarına su içmək:
Hüceyrələri yeniləyir
Səhər ac qarına su içilməsi əzələ və hüceyrələrin yaranma prosesini sürətləndirir.
Limfa sistemini tənimləyir
Limfa sistemimizdə olan limfa vəziləri həyatımızı davam etdirə bilməyimiz üçün bədənimizi infeksiyalara qarşı qoruyur.
Arıqlamağa kömək edir
Yarım litr su içmək metabolizmin
gündə 24 saat daha artıq işləməsini təmin edir. Bu da, əlavə yağ
yandırmaq anlamına gəlir. Hər səhər su içmək bu səbəbdən daha sürətli
çəki atmağımıza köməkçi olur.
Həzm sisteminizi işlədir
Səhərlər ac qarına su içdiyimiz
zaman qalın bağırsağımız daha sürətli işləyir. Bu da daha yaxşı bir
həzmə və bədəndən toksinlərin asan atılmasına səbəb olur.
Dərinizi parlaqlaşdırır
Su qanınızdakı toksinləri təmizlədiyi üçün dərinizin gəncləşməsinə və parlamasına kömək edir.
Xəstəlikləri sağaldır
Hər zaman ac qarına su içənlərdə
miqren, qusma, ishal, böyrək xəstəlikləri kimi bir çox xəstəliyin
azaldığı elmi olaraq sübut olunmuşdur.