Duyğu aclığı sindromu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 059
Səs ver:
(səs: 1)
Bekarçılıqdan yemək yeyirsiniz?

Qidaya yüksək aclıq hissi ilə yanaşan insanlar stolda, soyuducuda və ehtiyatda olan qidaları yeməyincə özlərini yaxşı hiss etmirlər. Ətrafınızda kimsə yemək yedikdə ac olmadığınız halıda belə nəsə yemək istəyirsiniz, televizor qarşısında sıx-sıx yemək yeyir, gecələr yatarkan yerinizdən qalxıb, özünüzü soyuducunun qarşısında tapırsınızsa, siz yeni bir psixoloji sindiromla qarşı-qarşıyasınız.

Qadınlar.biz  çoxlarınızı təəccübləndirəcək bir sindirom haqqında məlumat verir.

Psixoloqların fikirincə, əslində bu mədədəki, aclıq hissindən deyil "duyğularınızın aclığ”ından dolayı baş verir. Bu sindiromdan əsasən iş həyatından narazı olan, dostları ilə münasibətləri korlanan, sevgidə bəxti gətirməyən, maddi durumu yerində olmayan insanlar əziyyət çəkir.

Sindiromun əlaməti olaraq kimsə yemək yedikdə həmin insana qoşulub yemək arzusu, ən sevdiyiniz yemək yeyildikdə ondan yeməsəniz özünüzü çox pis hiss edirsiniz.Bekarçılıqdan yəni məşğuliyyət olsun deyə yemək yeyirsiniz.Televizora baxdıqda yemədən dura bilmirsiniz və gecələri tez- tez qalxıb yemək yeyirsinizsə, deməli siz də bu sindiromdan əziyyət çəkirsiniz.

Belə psixoloji müddətlərdə serotonin və dopamin maddələri insan orqanizmində əhval-ruhiyyəni idarə edir. Dopamin azlığı yaşayan insanlar həyat enerjisini itirmiş, kefsiz, daxilinizdə sanki bir boşluq varmış kimi özlərini hiss edir. 

Serotonin aclığı çəkən insanlar isə narahat və gərgin olur, hər zaman nələrinsə yolunda getmədiyini düşünürlər. Əslində "duyğusal aclığa” orqanizimdə bu iki maddənin əksikliyi səbəb olur. Bunun nəticəsi olaraq insanlar daha çox karbohidrat və yağlı qidalar tükətməyə həvəsli olur. Bunun ən ağır əlamətləri olaraq, stress, gərginlik, titrəmə, baş gicəllənməsi, tərləmə, bulanıq görmə, baş gicəllənməsidir.

Bu halların aradan qaldırılması üçün günəşli havada yaxudda açıq havada gəzmək bədənin D vitamini deposunu gücləndirmək lazımdır. Karbohidratlardan isə daha çox qara olanlardan istifadə edin. Beləki, ağ çörək əvəzinə qara çörək, düyü plovu əvəzinə bulğur plovu yemək məsləhətdir.

Proteinə olan təlabatınız artığından az miqdarda yumurta və qatıq, yağlı pendirlə qidalana bilərsiniz. Bu vəziyyət həddindən artıq gərginləşibsə, həır hansı bir mütıəxəsisə müraciət etməyiniz məsləhətdir.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 059
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri