Xərçəngdən qoruyan ərzaqlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 698
Səs ver:
(səs: 3)
Onkoloqlar xərçəngdən müdafiə edən 4 ərzağın adlarını açıqlayıblar. ABŞ-da keçirilən beynəlxalq konfrans kişilərin sağlamlığına həsr edilib. 
Xüsusilə prostat xərçənginə. 
Alimlər aşağıda qeyd edilən 4 ərzaq məhsulunun şiş xəstəliyindən qoruduğunu, xərçəng prosesini ləngitdiyini deyirlər. 
- nar,
- yaşıl çay,
- sarıkök (zərdəçal),
- brokolli kələm.
 
Yarım il davam edən araşdırmalarda prostat xərçəngi olan kişilər iştirak ediblər. Onların bir qrupuna aldığı müalicə ilə yanaşı nar,yaşıl çay, zərdəçal, brokolli olan kapsullar verilib. Nəticədə onlarda xəstəlikli hüceyrə sayında əhəmiyyətli azalma müşahidə edilib.
Adıçəkilən bu ərzaqların faydası onların tərkibindəki polifenolla əlaqədardır. Mütəxəssilər 35-40 yaşdan sonra həftədə azı iki dəfə nar şirəsi, hər gün yaşıl çay içməyi, brokolli yeməyi məsləhət görürlər. 
Qeyd edək ki, əvvəldə xərçəngdən müdafiə edən 5 məhsul adı çəkilmişdi. Bunlar - qaragilə (təhlükəli bakteriyalardan ağırsağı qoruyur.Qırmızı qan hüceyrəsi yaradır).
Çiyələk - (ən güclü antioksidantdır) 
İspanaq - (tərkibindəki koenzim Q10 xərçəng hüceyrələrini tapır və killer-hüceyrələrə siqanl ötürür)
Moruq - (bədxassəli hüceyrələrin yayılmasını ləngidir)
Sarımsaq - (immun sistemini gücləndirir. Radiasiyadan qoruyur. 
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 1 698
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri